Uzun illər işğal olunmuş ərazilərimzidə biznes quran “Karabakh Telecom”un taleyi necə oldu ?
"Müharibənin qızğın çağında, təxminən oktyabr aylarında, özünü geydirmə ”prezident” elan edən Araik Arutunyan “Karabakh Telecom”-u hərbçilərin köməyi ilə hərbi məqsədlər üçün ələ keçirərək özəlləşdirmişdi!".
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib:
"Sonradan bizim ordumzun dəqiq zərbələri ilə qurumun fəaliyyəti dayandırılmışdı. Həmin dövrədək “Karabakh Telecom”a livanlı Fatuş qardaşları, Pyer və Musa Fatuş ( Pierre и Mousa Fattouche ) sahiblik edirdilər, Kanada ermənisi Qarnegi Odabaşyan da onu idarə edirdi.
Təxminən 20 il ərzində, 2002-ci ildən sonra bu qurum ərazilərimzidə qanunsuz fəaliyyət göstərib.
Baxıram ki, “Karabakh Telecom” indi də sakitcə Xankəndində və ətraf rayonlarda fəaliyyətini davam etdirir. Mobil internet, fiber optik və sabit şəbəkə üzərindən digər rabitə xidmətləri təklif edir.
Ermənistanın bütün telekommunikasiya və internet şəbəkəsinə Rusiya şirkətləri rəhbərlik edir və güman ki, elə onların köməyi ilə də “Karabakh Telecom” yenidən Xankəndində telekommunikasiya xidmətlərini bərpa edə bilib".
Görəsən Baş Prokurorluq 20 il ərzində “Karabakh Telecom” şirkətinin qanunsuz biznesi ilə bağlı hansısa addımlar atırmı?
Hazırda “Karabakh Telecom” hansı beynəlxalq rabitə resurslarından istifadə edir ?
Ekspert qeyd edib ki, bu şirkət qanunsuz fəaliyyət göstərdiyi 20 il ərzində təxminən 15 milyon $ investisiya yatırmışdı, 70 baza stansiyası vardı, 100 mindən çox mobil istifadəçisi qeydiyyatdan keçmişdi.
"Azərbaycan hökumətinin uzun illər davam edən etirazlarına baxmayaraq şirkət Erməniustana məxsus beynəlxaq kodlardan və Beynəlxalq Telekommunikasiya İttifaqından qanunsuz olaraq əldə etdiyi mobil kodlardan istifadə edərək işğal olunmuş ərazilərimzidə fəaliyyət göstərib.
Əgər prokurorluq Fatuş qardaşlarını axtarırsa, təxmini istiqamət verə də bilərəm, onlar adətən bütün dünyada işğal olunan ərazilərdə, beynəlxalq birliklərin tanımadığı ərazilərdə biznes qururlar. Güman etmək olar ki, onlar Krımdadırlar, 2014-cü ildə onların orada mobil rabitə biznesləri olub.
Fikrimcə, Pyer və Musa Fatuş haqqında, yaxud elə indiki sahibi Arutunyan haqqında konkret bu məsələlərlə bağlı, Azərbaycana vurulmuş ziyanın ödənilməsi ilə bağlı aidiyyatı beynəlxalq qurumlara müraciət etmək doğru olardı".