Previous Next
Bağla

Qondarma "Artsax"da internet və rabitə xətləri kimə məxsusdur?

14-01-2023 22:54
Qondarma "Artsax"da internet və rabitə xətləri kimə məxsusdur?
"Məlum olduğu kimi, Ermənistanın bütün telekommunikasiya infrastrukturu "GNC-Alfa" şirkətinə məxsusdur. Bu şirkət isə Rusiyanın "Rostelekom" şirkətlər qrupuna daxildir. Deməli, güman etmək olar ki, bu magistral xətləri də məhz "GNC-Alfa" inşa edib və onun nəzarətindədir. Magistral xətlər də hazırda etiraz aksiyaları keçirilən ərazidən keçməklə Xankəndinə daxil olur".
 
Xeberler.az bildirir ki, bu barədə Azərbaycan Formunun prezidenti, ekspert Osman Gündüz paylaşım edib.
 
Bir neçə gün öncə "Karabakh Telecom" bu ərazidə baş verən nasazlığı Rusiya sülhməramlılarının köməyi ilə aradan qaldırıldığını bildirib.
 
"Karabakh Telecom" hansı vendorlarla işləyir? Hansı beynəlxalq şirkətlər "Karabakh Telecom"u avadanlıq və proqramlarla təmin edir?
 
Osman Gündüzün sözlərinə görə, aydındır ki, mobil operatorların fəaliyyəti üçün istifadə etdiyi texnologiyalar mühüm əhəmiyyət kəsb edir.
 
"Xaricdən bu tip texnologiyalarla təminat olmadan bu operator fəaliyyətini qura bilməz. Əgər "Karabakh Telecom"u bu texnolögiyalarla təmin edən şirkətlər məlum olarsa daha ciddi tədbirlər görmək olardı. "Karabah Telecom" rəhbərləri bütün müsahibələrində və açıqlamalarında bu məlumatları həmişə gizli saxlayıb".
 
"Karabakh Telecom" mobil şəbəkəni hansı beynəlxalq telefon kodları və tezlik üzərində qurub?
 
Osman Gündüz bildirib ki, bu operator uzun illərdi qeyri-qanuni olaraq beynəlxalq telekommunikasiya kodlarındandan, tezlik resurslarından istifadə edir:
 
"Bunlar Beynəlxalq Telekommunikasiya İttifaqından necə əldə olunub? Kim verib, Ermənistan lisenziyası olan bir şirkətə Azərbaycan ərazisində mobil infrastruktur qurmağa BTİ necə razılıq verib?. Müharibədən öncə "Karabakh Telecom" ancaq
2G - 3G texnologiya üzərində "oturmuşdu" . İndi baxıram ki 4G xidməti təklif etməyə başlayıb.Çox təəcüblənirəm. Bu necə ola bilər?.Ciddi investisiya, avadanlıq və proqram həlləri, infrastruktur tələb edən, xarici şirkətlərin birbaşa iştirakını tələb edən bu prosesləri kim maliyyələşdirir, hansı beynəlxalq şirkətlər bu işləri görür?
Düşünürəm ki, bütün bu sadaladıqlarım hökuməti ciddi narahat etməlidir".
 
Ekspert vurğulayıb ki, 20 il qanunsuz fəaliyyət göstərən bu şirkətə sakitcə, özünü daha da modernləşdirməklə fəaliyyətini davam etdirməsinə imkan vermək olmaz:
 
"Bir daha vurğulamaq istərdim ki, "Artsax"da yaşayan və Azərbaycan qanunlarına tabe olanlar üçün özümüz internet və rabitə imkanları yaratmalıyıq və dərhal da Ermənistandan gələn magistral xətlər kəsilməlidir. Və bütün baza stansiyalarının fəaliyyəti də radioelektron vasitələrlə söndürülməlidir. Hazırda qondarma "Artsax"ın bütün informasiya seli "Karabakh Telecom" üzərindən ötürülür. Bu trafik isə Azərbaycan hökumətinin nəzarətindən kənardadır. Ümid edirəm hökumət, təhlükəsizlik qurumlarımız, RİNN baş verənlərin fərqindədir".
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert mobil operatorlara maraqlı təklif verdi

Ekspert mobil operatorlara maraqlı təklif verdi

02-10-2020
Xankəndi və ətraf ərazilərdə internetlə rabitə xidməti necə təşkil olunmalıdır?

Xankəndi və ətraf ərazilərdə internetlə rabitə xidməti necə təşkil olunmalıdır?

13-01-2023
Karabakh Telecom hələ də qanunsuz fəaliyyətini davam etdirir

Karabakh Telecom hələ də qanunsuz fəaliyyətini davam etdirir

11-09-2023
Osman Gündüz: İşğal olunmuş ərazilərdə biznes quran “Karabakh Telecom”un taleyi necə oldu ?

Osman Gündüz: İşğal olunmuş ərazilərdə biznes quran “Karabakh Telecom”un taleyi necə oldu ?

17-07-2021
Bakcell Dağlıq Qarabağda qanunsuz fəaliyyətə etiraz edib

Bakcell Dağlıq Qarabağda qanunsuz fəaliyyətə etiraz edib

06-07-2018
Qarabağda internet və rabitə necə qurulacaq? - TƏKLİF

Qarabağda internet və rabitə necə qurulacaq? - TƏKLİF

26-11-2020
Hərbi məqsədlər üçün istifadə olunan Karabakh Telecom-un baza stansiyaları vurula bilərmi?

Hərbi məqsədlər üçün istifadə olunan Karabakh Telecom-un baza stansiyaları vurula bilərmi?

19-09-2023
Ekspert:Ermənilər Şuşa ətrafında baza stansiyalarını gücləndiriblər

Ekspert:Ermənilər Şuşa ətrafında baza stansiyalarını gücləndiriblər

25-04-2022
Delta Telecom mobil rabitə xidməti göstərəcək

Delta Telecom mobil rabitə xidməti göstərəcək

23-09-2015
Nazirlikdən Araikin çağırışına reaksiya

Nazirlikdən Araikin çağırışına reaksiya

04-12-2020
Ordumuz qondarma rejimin mobil operatorunu məhv edib

Ordumuz qondarma rejimin mobil operatorunu məhv edib

05-10-2020
Misirin mobil rabitə şirkəti işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərib

Misirin mobil rabitə şirkəti işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərib

01-06-2011
Ekspert: Azərbaycan interneti kifayət qədər  dayanıqlıdırmı?

Ekspert: Azərbaycan interneti kifayət qədər dayanıqlıdırmı?

14-03-2022
16 noyabr tarixdə Delta Telecom-da nə baş verib ?

16 noyabr tarixdə Delta Telecom-da nə baş verib ?

21-11-2015
Nazir: Region dövlətlərinin rabitə operatorları TASİM layihəsinə ciddi maraq göstərir

Nazir: Region dövlətlərinin rabitə operatorları TASİM layihəsinə ciddi maraq göstərir

20-12-2010
“Fact Chek Karabakh” təxribat xarakterli paylaşımı ifşa edib

“Fact Chek Karabakh” təxribat xarakterli paylaşımı ifşa edib

01-10-2020
ITU Telecom World 2019 beynəlxalq sərgisi öz işinə başlayıb

ITU Telecom World 2019 beynəlxalq sərgisi öz işinə başlayıb

10-09-2019
Data Plus da Delta Telecom-dan ayrılıb?

Data Plus da Delta Telecom-dan ayrılıb?

01-11-2017
Ermənilər İtaliyada www.Karabakh.it saytını yaratdılar

Ermənilər İtaliyada www.Karabakh.it saytını yaratdılar

23-01-2011
Iran Telecom 2019 sərgisi keçiriləcək

Iran Telecom 2019 sərgisi keçiriləcək

17-09-2019
Azercell Telecom abonentləri mümkün qüsurlar barədə xəbərdar edir

Azercell Telecom abonentləri mümkün qüsurlar barədə xəbərdar edir

06-08-2008
WhatsApp-ın zəng funksiyası qismən bərpa olunub

WhatsApp-ın zəng funksiyası qismən bərpa olunub

17-11-2015
Osman Gündüz: Ermənistanda “satqın ovu” başlandı

Osman Gündüz: Ermənistanda “satqın ovu” başlandı

20-10-2020
Ermənilərin qoyub qaçdığı stansiyalar: “Milli operatorlar onlardan istifadə edə bilər”

Ermənilərin qoyub qaçdığı stansiyalar: “Milli operatorlar onlardan istifadə edə bilər”

22-10-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə