Previous Next
Bağla
REKLAM YERİ

Osman Gündüz: Prezidentin fərmanı düzgün icra olunmur

19-12-2025 18:52
Osman Gündüz: Prezidentin fərmanı düzgün icra olunmur

Azərbaycan İnternet Formunun Prezidenti, İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) texnopark rezidentliyi ilə bağlı tənqidi paylaşım edib.

O bildirib ki, Prezidentin bu sahə üzrə qəbul etdiyi fərman düzgün icra olunmur və güman ki, məhz bununla əlaqəli olaraq İRİA tərəfindən keçirilən bəzi tədbirlər qapalı formatda təşkil edilir.

Xeberler.az məlumat verir ki, onun sözlərinə görə, İRİA bu gün texnopark rezidenti olan 100-dən çox şirkətin nümayəndələri ilə görüş keçirdiyini və “Azərbaycanda İKT sənayesi və ixrac təcrübəsi” mövzusunda panel sessiyası təşkil etdiyini açıqlasa da, görüş və müzakirələr qapalı olub, maraqlı tərəflər prosesə cəlb edilməyib.

Osman Gündüz qeyd edib ki, müzakirə mövzuları sırasında hansı şirkətlərin vergidən azad edildiyi, rezidentlərin hansı prinsiplər və hansı qərarlar əsasında müəyyənləşdirildiyi, Prezidentin məlum fərmanından keçən üç il ərzində hansı nəticələrin əldə olunduğu kimi mühüm məsələlər var. Onun fikrincə, ictimai əhəmiyyət kəsb edən bu cür mövzuların qapalı şəkildə müzakirə olunması suallar yaradır.

Ekspert vurğulayıb ki, İRİA dövlət qurumu olaraq səlahiyyətlərinə aid olmayan yarış və müsabiqələrin təqdimatına maraqlı tərəfləri cəlb edə bildiyi halda, daha aktual və sistemli problemlərin müzakirəsini qapalı keçirir. O əlavə edib ki, texnopark rezidentliyi məsələsi ilə bağlı uzun müddətdir ciddi problemlər mövcuddur və bu mövzuda İRİA ilə Dövlət Vergi Xidməti (DVX) arasında dəfələrlə müzakirələr aparılıb. Hətta ötən illərdə Prezidentin 2022-ci ilin sonunda qəbul etdiyi fərmanın düzgün icra olunmaması və düzgün anlaşılmaması səbəbindən onun ləğvi və ya şərhi məsələsi də gündəmə gəlib.

Osman Gündüz xatırladıb ki, Prezidentin sözügedən fərmanının mahiyyəti “dövlət sifarişləri üzərində çalışan” iri İT şirkətlərinin vergidən azad edilməsi deyil, əsasən xaricə yönəlik fəaliyyəti olan kiçik və orta biznesin, startapların dəstəklənməsidir. Onun sözlərinə görə, oturuşmuş İT şirkətlərinə də qlobal bazarlara çıxış üçün dəstək verilməlidir, lakin bu, fərmanın birbaşa predmeti deyil.

Ekspert həmçinin qeyd edib ki, indiyədək vergidən azadolma mexanizmi düzgün qurulmayıb və qanunvericilikdə nəzərdə tutulan Ekspert Şurası hələ də formalaşdırılmayıb. Onun fikrincə, bu struktur yaradılmadan qəbul edilən qərarların hüquqi əsası yoxdur.

Paylaşımda vurğulanıb ki, tenderlər hesabına milyonlarla gəlir əldə edən, innovasiyası və xarici fəaliyyəti olmayan iri şirkətlərin bir imza ilə vergidən azad edilməsi, eyni zamanda yenicə yaranmış və ixracyönümlü fəaliyyəti olan kiçik bizneslərin güzəşt axtarması ciddi disbalans yaradır.

Osman Gündüz hesab edir ki, bu cür yanaşmaların nəticəsində Azərbaycanda İT yönümlü ixrac göstəriciləri regionda ən aşağı səviyyədədir, innovasiya və startap sahəsində qlobal göstəricilər isə qənaətbəxş deyil.

Sonda ekspert təəssüf hissi ilə bildirib ki, müəyyən sahələrdə uğurlar əldə olunsa da, İRİA texnopark siyasətindəki qüsurların aradan qaldırılmasına yetərincə diqqət yetirmir, proseslər qeyri-şəffaf qurulur, qapalı müzakirələr aparılır və mövcud normalara zidd qərarlar qəbul edilir. O ümidb edir ki, sektorda qərar verən və Prezidentin fərmanlarının icrasına cavabdeh olan qurumlar bu vəziyyətin fərqindədirlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İRİA "texnopark rezidentləri" müzakirəsinə dövlət qurumlarını da dəvət etməyib - Ekspert

20-12-2025

Hansı İT şirkətlər bütün vergilərdən azad edilib ?

29-12-2023

“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

06-02-2026

Kimlər texnopark rezidentliyi statusu alaraq güzəştlərdən bəhrələnir?

18-05-2023

Ekspert: İnanıram ki, startap və innovasiya sektorunda ciddi irəliləyişlər müşahidə edə biləcəyik

10-01-2025

Ekspert: Azərbaycanın startap ekosisteminin vəziyyəti düşündürücüdür

22-08-2025

Azərbaycanda texnopark imtiyazları İKT məhsullarının ixracını stimullaşdırır

19-12-2025

Azərbaycanda neçə startap var?

13-03-2024

“Startaplar Dövlət Vergi Xidmətindən qaçır”-Səbəb

17-10-2023

Osman Gündüz: İRİA-da “təmizləmə” başlanıb

13-02-2025

Ekspert: İRİA-nın vəsaitindən istifadə qaydaları və sədri dəyişib

16-01-2025

Ekspert: Ölkədə ən çox vergi ödəyən texnoloji şirkətlər hansılardır?

18-02-2025

Sosial Tədqiqatlar Mərkəzinin saytının təqdimatı keçirilib

24-09-2019

Ümid edirəm ki, İnnovasiya Mərkəzi startap ekosistemi və innovasiyanın maraqlı tərəflərini birləşdirən güclü mərkəzə çevriləcək

03-10-2024

Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

08-05-2026

İsrailin İT şirkətləri Azərbaycan texnoparklarında rezidentlik ala bilərlər

23-08-2023

Azərbaycan İT ixracında region ölkələrindən geri qalır - Osman Gündüz

14-04-2026

Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

02-08-2023

Ekspert: "Vətəndaş cəmiyyətinin inkişafını əngəlləyən kimdir" ?

04-12-2021

"BNA öz səlahiyyətlərini icra edə bilmədiyini açıqlayır"

28-04-2021

İRİA nümayəndəsi: İnnovasiya Mərkəzinin 111 texnopark rezidenti var

13-12-2024

Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?

07-04-2025

Ekspert : Tariflər təbii inhisar subyektlərinin mövqeyini qoruyub saxlamağa xidmət edir

29-11-2018

Ekspert: Dövlət xidmətlərinin qiymətləndirilməsində qeyri-müəyyənlik var

24-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə