Previous Next
Bağla

Texnologiyalar parkına rezidentlik nə qazandırır?

10-02-2023 11:30
Texnologiyalar parkına rezidentlik nə qazandırır?

Son vaxtlar ölkədə İKT şirkətlərinin fəaliyyətini təşviq etmək, bu sahədə əlverişli mühit yaratmaq məqsədilə qanunvericilikdə, vergi siyasətində əhəmiyyətli imtiyazlar, güzəştlərə yol açan dəyişikliklər edilib. Texnopark formatında təşkilatlanan, rezident statusu alan şirkətlər bu güzəştlərdən əhəmiyyətli dərəcədə yararlanmalıdır.

Bu mövzu ətrafında İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya ekosistemi departamentinin layihələr üzrə meneceri Fərid Hüseynov suallarımızı cavablandırıb.

 

Xeberler.az həmin müsahibəni təqdim edir:

- Texnopark rezidenti hansı imtiyazlar qazanır?

-Rezidentlər gəlir və mənfəət, dividend, əmlak, torpaq vergisi kimi bir sıra vergilərdən azad olunurlar. Gəlir vergisində bu güzəştlər  8 min manatadək olduqda sıfır faiz, 8 min manatdan çox olan məbləğin 5 faizi həcmində təqdim edilir. 2026-cı ildən 7 il müddətinə isə gəlirin 5 faizi həcmində ödəniləcəyi nəzərdə tutulub.

Daha bir vacib məqam isə əcnəbi mütəxəssislərə iş icazəsinin alınması ilə bağlıdır. Burada sözügedən icazə tələb olunmur. Texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı gömrük rüsumundan və ƏDV- dən azad olunur. Rezidentlərin əməkdaşları seçimlərindən asılı olaraq bu ildən başlayaraq 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqı məbləğinin 4 misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən ödənilir.

Texnologiyalar parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən vətəndaşlığı olmayan şəxslər və əcnəbilərdən məcburi dövlət sosial sığortası tutulmur.

 - “Texnoparkdan kənar fəaliyyət” dedikdə hansı addımlar nəzərdə tutulur?

Sistem inteqrasiyası və proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət bu istiqamətləri əhatə edir. Bununla yanaşı, qurğu və avadanlıqların, o cümlədən kompüter sistemlərinin və əlaqəli komponentlərin istehsalı, həmin məhsulların iş proseslərinə inteqrasiyası və tətbiqi, texnoloji qurğu və avadanlıqların, o cümlədən kompüter sistemlərinin və əlaqəli komponentlərin iş proseslərinə inteqrasiyası və tətbiqi proqram təminatının hazırlanması və inkişafı üzrə, proqram təminatının hazırlanması, yaradılması, o cümlədən proqram kodlarının yazılması, proqram təminatının iş proseslərinə tətbiqi sözügedən fəaliyyətdə vurğulanan məqamlardır.
Qeyd olunan sahədə ən azı 1 dəfə fəaliyyət göstərmiş və 1 məhsulun satışını həyata keçirmiş şəxslərin müraciəti daha məqsədəuyğundur. Bu sahələrdə 1 –dən çox əməkdaş olması vacibdir və İKT sahəsinə aid təhsili haqda məlumat və ya əlavə sertifikat, o cümlədən 1 ildən artıq təcrübə mühümdür.
Xatırladım ki, yalnız kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olanlar müraciət edə bilərlər.

- Müraciət prosesi necə həyata keçirilir?

–Hazırda idda.az saytına daxil olub müraciət edə bilərsiniz.
Tələb olunan sənəd toplusu ilə tanış olursunuz, ərizəni yükləyib tələb olunan xanaları doldurursuz.
Sənədlərin hamısını topladıqdan sonra ərizəni imzalayıb [email protected] ünvanına göndərirsiniz.

- Müraciət edən şəxs tələb olunan arayışları haradan toplaya bilər?

– Bunun ən sürətli və qısa yolu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinə müraciət etməklə tələb olunan arayışlar haqqında məlumatı əldə etmək olar.


 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 7 şirkətə rezidentlik verib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 7 şirkətə rezidentlik verib

01-03-2023
 İKT sektoruna vergi və sosial sığorta üzrə güzəştlər verilir

İKT sektoruna vergi və sosial sığorta üzrə güzəştlər verilir

24-01-2023
Texnoparkdan kənar fəaliyyət üçün rezidentlik almış şirkətlərlə görüş keçirilib

Texnoparkdan kənar fəaliyyət üçün rezidentlik almış şirkətlərlə görüş keçirilib

15-12-2023
Azərbaycanda "Texnopark rezidenti" anlayışı dəyişir

Azərbaycanda "Texnopark rezidenti" anlayışı dəyişir

19-12-2022
Texnologiyalar parkında çalışan əcnəbilər sosial sığorta haqqı ödəməyəcək

Texnologiyalar parkında çalışan əcnəbilər sosial sığorta haqqı ödəməyəcək

27-12-2022
İT mütəxəssisləri üçün yeni vergi güzəşti tətbiq olunacaq

İT mütəxəssisləri üçün yeni vergi güzəşti tətbiq olunacaq

17-06-2026
Rəqəmsal texnologiya istehsalçılarına güzəştlər müəyyən ediləcək

Rəqəmsal texnologiya istehsalçılarına güzəştlər müəyyən ediləcək

17-06-2026
Deputat: Azərbaycan regionda İKT şirkətlərindən ən az vergi alan ölkə olacaq

Deputat: Azərbaycan regionda İKT şirkətlərindən ən az vergi alan ölkə olacaq

23-12-2022
Azərbaycan startaplarının cəlb etdiyi investisiyaların məbləği açıqlanıb

Azərbaycan startaplarının cəlb etdiyi investisiyaların məbləği açıqlanıb

02-10-2024
Kimlər texnopark rezidentliyi statusu alaraq güzəştlərdən bəhrələnir?

Kimlər texnopark rezidentliyi statusu alaraq güzəştlərdən bəhrələnir?

18-05-2023
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin texnoparkı rezident qəbuluna başlayıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin texnoparkı rezident qəbuluna başlayıb

24-01-2023
Texnoparkdan kənar fəaliyyət üçün rezidentlik verilən şirkətlərin sayı açıqlanıb

Texnoparkdan kənar fəaliyyət üçün rezidentlik verilən şirkətlərin sayı açıqlanıb

25-05-2023
İşğaldan azad edilmiş ərazinin rezidentləri hansı vergilərdən azaddır?

İşğaldan azad edilmiş ərazinin rezidentləri hansı vergilərdən azaddır?

01-05-2023
Qarabağdakı rezidentlər 10 il müddətinə idxal gömrük rüsumundan azad edilib

Qarabağdakı rezidentlər 10 il müddətinə idxal gömrük rüsumundan azad edilib

26-01-2023
AMEA Yüksək Texnologiyalar Parkı sahibkarları rezident olmağa dəvət edir

AMEA Yüksək Texnologiyalar Parkı sahibkarları rezident olmağa dəvət edir

03-12-2020
İKT sektoruna olan təşviqlər nəticəsində əməkhaqqı fondu və dövriyyə artıb

İKT sektoruna olan təşviqlər nəticəsində əməkhaqqı fondu və dövriyyə artıb

26-11-2024
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar vergidən azad edildi

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar vergidən azad edildi

09-01-2023
İKT sahəsində idarəetmə təkmilləşdirilir-Yeni qanunlar

İKT sahəsində idarəetmə təkmilləşdirilir-Yeni qanunlar

27-12-2022
"Xsolla" Azərbaycan texnoparkında fəaliyyət göstərəcək

"Xsolla" Azərbaycan texnoparkında fəaliyyət göstərəcək

18-09-2025
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara daha bir güzəşt

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara daha bir güzəşt

12-01-2023
Instagram və Facebook vasitəsilə xidmətlər göstərəndə vergi ödəməlidir?

Instagram və Facebook vasitəsilə xidmətlər göstərəndə vergi ödəməlidir?

01-03-2023
Əcnəbi İKT mütəxəssislərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

Əcnəbi İKT mütəxəssislərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

19-12-2022
YTP rezidentlərin sayını artıracaq

YTP rezidentlərin sayını artıracaq

06-01-2021
Əcnəbi İKT mütəxəssislərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

Əcnəbi İKT mütəxəssislərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

27-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə