Previous Next
Bağla

İRİA "texnopark rezidentləri" müzakirəsinə dövlət qurumlarını da dəvət etməyib - Ekspert

20-12-2025 21:25
İRİA "texnopark rezidentləri" müzakirəsinə dövlət qurumlarını da dəvət etməyib - Ekspert

İnformasiya texnologiyaları üzrə ekspert Osman Gündüz İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) “texnopark rezidentləri” mövzusunda keçirdiyi qapalı tədbirlə bağlı yeni məqamlar açıqlayıb.

Osman Gündüz bu barədə Facebook hesabında paylaşım edərək bildirib ki, qısa araşdırma nəticəsində tədbirin yalnız qapalı keçirilmədiyi, eyni zamanda İT sektoru, İT biznesi və ixracla bağlı heç bir aidiyyəti dövlət qurumunun müzakirəyə dəvət edilmədiyi məlum olub.

Ekspertin sözlərinə görə, məsələ Azərbaycan Prezidentinin 30 dekabr 2022-ci il tarixli, İT sektoruna güzəştlər nəzərdə tutan fərmanının icrası ilə birbaşa bağlıdır. Lakin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və İRİA bu fərmanın icrasını, eləcə də İT sektoruna tətbiq olunan güzəşt mexanizmini düzgün qura bilməyib.

Osman Gündüz diqqətə çatdırıb ki, İRİA-nın tədbirlə bağlı yaydığı məlumatda sözügedən Prezident fərmanının nə icrasına, nə də ümumiyyətlə adına yer verilib. Onun fikrincə, bu, sanki mövzunun tədbirlə əlaqəsi olmadığı təsiri yaradır.

Paylaşımda qeyd olunur ki, fərmanın qəbulundan artıq 3 il keçməsinə baxmayaraq, güzəştlərdən əldə olunan real nəticələr barədə ictimaiyyətə heç bir açıqlama verilməyib. Eyni zamanda, ixracyönümlü fəaliyyəti olmayan və əsasən dövlət sifarişləri hesabına fəaliyyət göstərən iri İT şirkətlərinin rezident statusundan necə yararlanması, eləcə də kiçik və orta biznesin və startapların bu mexanizmdə niyə arxa planda qalması ilə bağlı da məlumat yoxdur.

Ekspert, həmçinin rezident statusunun verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan Ekspertlər Şurasının yaradılmamasını prosesin şəffaflığına marağın olmadığının göstəricisi kimi qiymətləndirib.

Osman Gündüz xatırladıb ki, oxşar vəziyyət daha əvvəl İRİA-nın Technest layihəsində də yaşanmışdı. Həmin vaxt on milyonlarla manat vəsaitin fəaliyyəti şübhə doğuran təlim mərkəzlərinə yönəldildiyi iddia edilmiş və sonradan RİNN məsələ ilə bağlı araşdırma aparmağa məcbur qalmışdı.

Diqqətçəkən digər məqam isə qapalı tədbirdən yayımlanan fotolarda iştirakçıların kimliyinin açıq şəkildə göstərilməməsidir. Ekspertin bildirdiyinə görə, hətta bəzi iştirakçılara tədbirlə bağlı şəkillərin paylaşılmasının qadağan edildiyi ilə bağlı məlumatlar da var.

Osman Gündüz paylaşımının sonunda bu cür qapalı, selektiv və səmərəsiz müzakirələrin hansı məqsədə xidmət etdiyinin anlaşılmaz olduğunu vurğulayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Osman Gündüz: Prezidentin fərmanı düzgün icra olunmur

Osman Gündüz: Prezidentin fərmanı düzgün icra olunmur

19-12-2025
“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

06-02-2026
"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi" dəyişib

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi" dəyişib

12-08-2025
Ekspert: İnanıram ki, startap və innovasiya sektorunda ciddi irəliləyişlər müşahidə edə biləcəyik

Ekspert: İnanıram ki, startap və innovasiya sektorunda ciddi irəliləyişlər müşahidə edə biləcəyik

10-01-2025
Azərbaycanda neçə startap var?

Azərbaycanda neçə startap var?

13-03-2024
 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbərliyi ilə görüş keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbərliyi ilə görüş keçirilib

23-02-2023
Kimlər texnopark rezidentliyi statusu alaraq güzəştlərdən bəhrələnir?

Kimlər texnopark rezidentliyi statusu alaraq güzəştlərdən bəhrələnir?

18-05-2023
Hansı İT şirkətlər bütün vergilərdən azad edilib ?

Hansı İT şirkətlər bütün vergilərdən azad edilib ?

29-12-2023
Ekspert: Elə MTK-lar var ki, özləri provayder yaradıblar

Ekspert: Elə MTK-lar var ki, özləri provayder yaradıblar

30-09-2022
Ekspert: Dövlət xidmətlərinin qiymətləndirilməsində qeyri-müəyyənlik var

Ekspert: Dövlət xidmətlərinin qiymətləndirilməsində qeyri-müəyyənlik var

24-02-2025
Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

02-08-2023
Osman Gündüz: İRİA-da “təmizləmə” başlanıb

Osman Gündüz: İRİA-da “təmizləmə” başlanıb

13-02-2025
Ekspert: Azərbaycanın startap ekosisteminin vəziyyəti düşündürücüdür

Ekspert: Azərbaycanın startap ekosisteminin vəziyyəti düşündürücüdür

22-08-2025
Rəqəmsal Məcəllədən nə xəbər var ?

Rəqəmsal Məcəllədən nə xəbər var ?

15-01-2024
İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

20-10-2023
Ekspert: İRİA-nın vəsaitindən istifadə qaydaları və sədri dəyişib

Ekspert: İRİA-nın vəsaitindən istifadə qaydaları və sədri dəyişib

16-01-2025
“Elektron hökumət layihəsi uğursuz oldu”

“Elektron hökumət layihəsi uğursuz oldu”

27-02-2013
Ekspert: Qəbul edilən yeni sənədlər RİNN-nin sektorda rolunu gücləndirəcək

Ekspert: Qəbul edilən yeni sənədlər RİNN-nin sektorda rolunu gücləndirəcək

14-08-2025
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi auditor seçir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi auditor seçir

26-01-2026
Rəqəmsal diplomlar nə zaman veriləcək?

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023
İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026
Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?

Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?

24-01-2025
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini azaldıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini azaldıb

02-09-2025
ADY-də problem artıq təkcə qiymət siyasəti deyil - Ekspert

ADY-də problem artıq təkcə qiymət siyasəti deyil - Ekspert

22-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə