Previous Next
Bağla

Ölkəmizə cəlb ediləcək əcnəbi İT mütəxəssisləri nə gözləyir?-ŞƏRH

13-01-2023 12:25
Ölkəmizə cəlb ediləcək əcnəbi İT mütəxəssisləri nə gözləyir?-ŞƏRH
Məlumat verdiyimiz kimi, ötən ilin sonu Prezident İlham Əliyev İKT sektorunda genişmiqyaslı güzəştləri nəzərdə tutan bir neçə qanuna dəyişiklikləri təsdiqləyib.
Bu dəyişikliklər nəticəsində İT sahəsindəki şirkətlərə, fiziki şəxslərə, eləcə də xarici vətəndaşlara ciddi vergi güzəştləri tətbiq ediləcək.Bu güşətlərə əsasən əcnəbi İT mütəxəssislərin ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları üçün şirkətlər tərəfindən iş icazəsinin alınması da tələb olunmayacaq.
 
Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bu güzəştlərin əhəmiyyətini Xeberler.az-a şərh edib.
 
Onun sözlərinə görə, qonşu ölkələrdə bu tip güzəştlər bir xeyli öncədən qəbul edilib. Həmin ölkələrə Rusiya, Belarus və Ukraynadan xeyli İT mütəxəssislərin relokasiyası da baş tutub.
 
"Bizim ölkəmizdə gec də olsa dəyişikliklər paketinin qəbulu çox əhəmiyyətlidir və bəzi ölkələrlə bu sahədə rəqabətədavamlılıq üçün münbit şərait yaradacaq. Bununla rəqəmsal sahibkarlığın inkişafı stimullaşdırılacaq,"beyin axınının" qarşısını almağa kömək olacaq.Sektorda yeni, rəqəmsal sahibkarlıq mədəniyyəti formalaşacaq.
Dəyişikliklər gələcəkdə ölkəmizin regionda İKT Mərkəzə çevrilməsinə də töhfə verəcək".
 
Ekspert onu da əlavə edib ki, əcnəbi İT mütəxəssis və şirkətlər üçün münbit şəraitin yaradılması sektora investisiyaların cəlbi, yerli İT kadrların hazırlanmasının sürətlənməsi və peşəkarlığının artırılması, innovativ mühitin inkişafı və ekosistemin yeni və daha peşəkar oyunçularla güclənməsi baxımından da əhəmiyyətlidir.
 
"Düşünürəm ki, bütün bu dəyişikliklər və formalaşacaq yeni İT mühit gələcəkdə ölkəmizdə ÜDM-də İKT-nin xüsusi çəkisinin artmasında və İT ixracın həcminin yüksəlməsində də özünü göstərəcək.Yeri gəlmişkən, bir daha vurğulamaq istərdim ki, bu güzəştlər paketinin hazırlanması və kordinasiya olunmaqla ortalığa çıxarılmasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ciddi rol oynayıb.
Bununla belə, hazırda güzəştlərin tətbiqi istiqamətində informasiyalı mühit çox zəifdir",-deyə Osman Gündüz vurğulayıb.
 
Onun sözlərinə görə, indiki halda, güzəştlər paketinin necə tətbiq olunacağı, kimlərə şamil olunacağı, güzəştlərdən bəhrlənmək üçün yerli və xarici İT mütəxəsislərdən və kiçik-orta biznesdən tələb olunanlarla bağlı RİNN, KOBİA və digər aidiyyatı qurumlar tərəfindən maarifçilik işlərinin aparılmasına, bununla bağlı rəqəmsal platformanın yaradılmasına ciddi ehtiyac var.
 
"Ümid edirəm RİNN, onun müvafiq Agentlikləri bu istiqamətdə, dövlət -özəl tərəfdaşlığı prinsipini gözləməklə, vətəndaş cəmiyyəti və medianı da cəlb etməklə səylərini gücləndirəcək.  RİNN, KOBİA, Miqrasiya və digər maraqlı tərəflərin iştirakı ilə güzəştlərin tətbiqi və ondan bəhrələnmək yolları, relokasiya edən əcnəbi İT mütəxəssislərə mesajların verilməsi məqsədilə geniş bir tədbirin keçirilməsi də faydalı olardı".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kimlər texnopark rezidentliyi statusu alaraq güzəştlərdən bəhrələnir?

18-05-2023

"İKT güzəştlər" paketi sektora necə təsir edəcək?-EKSPERT ŞƏRHİ

20-12-2022

Xaricdəki İT mütəxəssislərin ölkəyə qayıtması üçün bu güzəştlər ola bilər

19-12-2022

“Startaplar Dövlət Vergi Xidmətindən qaçır”-Səbəb

17-10-2023

Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

14-06-2022

Əcnəbi İKT mütəxəssislərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

19-12-2022

İKT şirkətləri vergi dəyişiklikləri barədə məlumatlandırıldı

15-02-2019

Azərbaycanda vahid dövlət telekommunikasiya operatoru yaradılacaq

21-10-2021

Həll edilməyən internet problemi: "Keyfiyyətsiz xidmətlə bağlı cərimələr tətbiq edilməlidir”

16-03-2021

Ümid edirəm ki, İnnovasiya Mərkəzi startap ekosistemi və innovasiyanın maraqlı tərəflərini birləşdirən güclü mərkəzə çevriləcək

03-10-2024

Hansı İT şirkətlər bütün vergilərdən azad edilib ?

29-12-2023

Ekspert: Qəbul edilən yeni sənədlər RİNN-nin sektorda rolunu gücləndirəcək

14-08-2025

Ekspert:Rusiyadan qaçan İT mütəxəssislər hara gedirlər ?

22-04-2022

Ekspert: Rusiyadan köçən İT mütəxəssislər hansı ölkələrə gediblər?

07-09-2022

"Aztelekom" 85 milyonu necə ala bilib?-EKSPERT ŞƏRHİ

23-12-2022

Texnologiyalar və innovasiyalar sahəsində Azərbaycanla Qazaxıstanın müqayisəsi

16-10-2023

Nokia bizdə modem satır, Ermənistanda 5G qurur

12-02-2024

Oracle və "Hökumət buludu" tərəfdaş oldular

20-05-2022

Xarici işçi qüvvəsinə icazələrin verilməsi təkmilləşdirilir

19-09-2015

İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

02-04-2021

Ekspert: RİNN 0.5 milyard manatlıq dövlət proqramını öz hesabına həll edə biləcəkmi?

18-10-2021

Ekspert:İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq?

08-09-2022

Ekspert: Elə MTK-lar var ki, özləri provayder yaradıblar

30-09-2022

Osman Gündüz : BakuTel-in hər il keçirilməsi effekt vermir

07-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə