Previous Next
Bağla

Osman Gündüz: Ötən il təxminən 178 pensiyaçı aldadılıb

10-02-2025 14:35
Osman Gündüz: Ötən il təxminən 178 pensiyaçı aldadılıb
"Ötən həftə DİN 2024-cü ildə kiber müdaxilə yolu ilə bank kartlarından ümumilikdə 22 milyon manat vəsaitin talanması haqqında çox diqqətçəkən məlumat paylaşıb. Azərbaycan üçün bu, çox böyük rəqəmdir. Sektorda ciddi problemlərin olmasından xəbər verir".
 
Xeberler.az məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Osman Gündüz qeyd edib ki, bu cinayətlərin 178-i "bankamatdan pul çıxarılmasına kömək adı ilə" vətəndaşın aldadılması yolu ilə həyata keçirilib:
 
"Düşünmək olar ki, bu üsulla aldadılanların əksəriyyəti pensiyaçılar olub. Əlbəttə, çox təəssüfləndiricidir.
 
Təsəvvür edək, 178 pensiyaçı bir ay pulunu gözləyir, son anda onu hansısa kiber dələduz “yardım etmək” məqsədilə kart nömrəsi, PIN kodu və digər vacib məlumatları ələ keçirməklə mənimsəyir".
 
Ekspertin fikrincə burada hamı günahkardır:
 
"Cəmiyyət bunun fərqində olmalıdır. Əlbəttə ilk növbədə pensiyaçı diqqətli olmalıdır, amma pensiyaçını günahlandırmaq da doğru olmazdı.
 
İlk növbədə bu 178 pensiyaçı hansı bankın müştərisidirsə daha çox məsuliyyət daşıyan da onlardır, daha çox vəzifə onların üzərinə düşür.
 
Banklar müştərilərinin təhlükəsizliyini qorumaq üçün daha ciddi işlər aparmalı, bura resurslar ayırmalıdır. Xüsusilə də pensiyaçılar üçün əlavə tədbirlər görülməlidir. Pensiyaçıların kartları ilə bağlı əlavə təhlükəsizlik tədbirləri görülə bilər. Bütün bankomatların ətrafı müşahidə kameraları ilə təmin edilməli və onlar daim işlək vəziyyətdə olmalıdır.
 
Eyni zamanda aidiyyatı dövlət qurumları tərəfindən yaşlı insanlara kiber fırıldaqçılıq üsulları izah edilməli və onların heç bir halda bank kartı məlumatlarını, PIN kodlarını və SMS təsdiq kodlarını başqalarına verməmələri tövsiyə olunmalıdır.
 
Ailə üzvləri də yaşlı insanlara kartlarındakı vəsaitlərdən istifadə ilə bağlı daim nəzarət etməlidir . Onlara bank adından , yaxud dövlət qurumları adından bank kartı ilə bağlı hansı zənglər və mesajlar aldıqları barədə, kartdan istifadənin kimə həvalə edilməsi haqqında məlumatlı olması da faydalıdır".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

7000 şəxsə elektron qaydada pensiya təyinatı aparılıb

29-03-2019

Yanvar ayında 3 mindən çox şəxsə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub

04-02-2019

DİN: Bank kartlarına kibermüdaxilə halları var

03-10-2025

Avstraliyanın ən böyük pensiya fondları kiber hücuma məruz qalıb

04-04-2025

Əlilliyə görə pensiyaların elektron qaydada təyinatına başlanacaq

06-03-2019

Bu e-xidmətə 1,3 milyondan çox müraciət olub

09-01-2023

DİN: Dünən bank kartlarından 12 min manat oğurlanıb

21-06-2025

DİN kiber talamalar üzrə vəziyyəti açıqladı: “Hər bir vətəndaş diqqətli olmalıdır”

05-02-2025

Pensiya təyinatlarının 82 faizi e-qaydada həyata keçirilib

18-07-2019

“Pensiya kalkulyatoru” e-xidmətinə 1,9 milyondan çox müraciət olub

29-12-2024

DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı çağırış edir

25-06-2025

DİN: Ötən gün bank kartlarından 40 min manatdan çox pul oğurlanıb

10-04-2025

Ötən il bank kartlarından 22 milyon manat kiber üsulla oğurlanıb

21-05-2025

DİN: Ötən gün bank kartlarından 5 min manatdan çox pul oğurlanıb

17-06-2025

Ötən gün bank kartlarından 11 min manatdan çox vəsait oğurlanıb

24-06-2025

I rübdə “Pensiya kalkulyatoru" 368 min dəfə istifadə olunub

23-04-2025

“Pensiya kalkulyatoru” elektron xidmətinə 1,3 milyonadək müraciət olub

23-09-2024

DİN: Bank kartlarına müdaxilə varsa, dərhal 102-yə məlumat verin

06-10-2025

Ötən gün bank kartlarından 6 mindən çox pul vəsaiti oğurlanıb

12-06-2025

Artıq 600-ə yaxın şəxsə elektron qaydada pensiya təyin olunub

09-01-2019

30 minədək şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

11-04-2020

Pensiya təyinatı artıq e-qaydada reallaşdırılacaq

09-10-2019

Sahibləri pensiya kartı ilə marketlərdən alış-veriş edə biləcək

11-11-2013

DİN kiberdələduzluqla bağlı əhaliyə müraciət edib

03-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə