MC&S-in media monitorinq qrupu 01-30 sentyabr 2018-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Xeberler.az bildirir ki, Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 600 on-line media daxil olmaqla 665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.
Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumları təqdim edirik. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (1324 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (735 məlumat), sığorta şirkətləri arasında AtaSığorta (123 məlumat), ali məktəblər arasında BDU (1469 məlumat), otel və biznes mərkəzləri arasında Hilton ( 149 məlumat) irəlidədir.
Qeyd edək ki, daha dolğun nəticələr facebook səhifəsində yerləşdirilib:
https://web.facebook.com/MediaConsultingServices/
Əlavə etmək istərdik ki, elan olunan statistika ilkin nəticələrdir və yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır.
Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq istəyən şəxslər [email protected] ünvanına və 012-5678461
telefon nömrəsinə müraciət edə bilərlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri