Ötən ay mediada hansı qurum aktiv oldu?

01-12-2016 / 12:46

MC&S-in media monitorinq qrupu  01-30 noyabr 2016-cı il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  500 on-line media daxil olmaqla  565-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı  hallanan qurumları təqdim edirik.  Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (1095 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (2101 məlumat), sığorta şirkətləri arasında PAŞA Həyat  (263 məlumat),  ali məktəblər arasında BDU (1439 məlumat),  otel və biznes mərkəzləri  arasında  Marriott Abşeron Bakı (171 məlumat) irəlidədir.

Qeyd edək ki, daha dolğun nəticələr Facebook səhifəsində yerləşdirilib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə