Previous Next
Bağla

Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək

04-11-2024 13:33
Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək

2024-cü il noyabrın 16-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Asiya İnkişaf Bankı (AİB), Asiya İnkişaf Bankı İnstitutu (AİBİ) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutu (CAREC Institute) ilə birgə Qlobal Beyin Mərkəzləri Forumu keçirəcək.

Xeberler.az bildirir ki, “Qlobal Yaşıl İqtisadiyyat: İqlim Fəaliyyəti, Maliyyələşdirmə və İnnovasiya” (Global Green Economy: Climate Action, Financing and Innovation) mövzusunda təşkil olunan Forumda T20 şəbəkəsinə daxil olan və qlobal miqyasda ən nüfuzlu beyin mərkəzlərinin nümayəndələri, alimlər, dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, özəl sektor təmsilçiləri, QHT-lər və digər maraqlı tərəflər iştirak edəcəklər.

Qlobal Beyin Mərkəzləri Forumu ölkələr arasında dialoqu təşviq etməklə iqlim dəyişikliyinin təsirlərinin daha yaxşı anlaşılmasına və Paris Sazişinin icrasını dəstəkləyən tədbirlərin təşviqinə töhfə verməyi qarşıya hədəf qoyur. Forum Azərbaycanın COP29 çərçivəsində qlobal arenada nüfuzunun artırılmasına və beynəlxalq beyin mərkəzləri şəbəkəsi daxilində ölkənin strateji mövqeyinin gücləndirilməsinə mühüm töhfə verəcək.

Forumda İİTKM-in icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı, AİBİ-nin icraçı direktoru Dr. Tetsuşi Sonobe, İndoneziya Respublikası Prezidentinin xüsusi müşaviri Prof. Bambanq Brodjoneqoro, Asiya İnkişaf Bankı İnstitutunun (AİBİ) icraçı direktorunun müşaviri Nikolas Buşoud, BMT Universiteti - Ətraf Mühit və İnsan Təhlükəsizliyi İnstitutundan Dr. Şen Sayomenq, Brukinqs İnstitutunun baş elmi işçisi Amar Bhattaçarya, “Ümumdünya Təbiəti Mühafizə Fondu”nun prezidenti Dr. Adil Nacam və digər nüfuzlu beyin mərkəzlərinin rəhbərləri və alimləri çıxış edəcəklər.

Forumun birinci hissəsində “Davamlılığa aparan qlobal yollar: təsirlərin azaldılması, uyğunlaşma və enerji keçidi” (Global Pathways to Sustainability: Mitigation, Adaptation, and Energy Transition), ikinci hissədə isə “Qlobal İqlim Dayanıqlılığı üçün Yaşıl Maliyyə: Strategiyalar və İnnovasiyalar” (Green Finance for Global Climate Resilience: Strategies and Innovations) mövzuları ətrafında müzakirələr aparılacaq.

Tədbir İİTKM-in inzibati binasında hibrid rejimdə keçiriləcək. Forumda müzakirələrə onlayn qoşulmaq üçün http://globalthinktanksforum.ereforms.org saytından qeydiyyatdan keçmək lazımdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İİTKM-də Qlobal Beyin Mərkəzləri Forumu keçirilib

16-11-2024

Bakıda keçiriləcək Qlobal Beyin Mərkəzləri Forumuna hazırlıq Nyu-Yorkda müzakirə edilib

24-09-2024

Vüsal Qasımlı Nyu-Yorkda nüfuzlu beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb.

24-09-2024

Vüsal Qasımlı “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirində çıxış edib

23-09-2024

Vüsal Qasımlı qlobal beyin mərkəzləri tədbirində çıxış edib

22-03-2025

İİTKM-in əməkdaşı Çində beyin mərkəzləri forumunda iştirak edib

16-08-2023

İİTKM Asiya İnkişaf Bankı İnstitutu ilə əməkdaşlığı genişləndirir

21-01-2025

Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu keçirilir

18-11-2025

“Azexport” portalı Asiyada 15 ən yaxşı nümunədən biri seçilib

29-10-2025

COP29 çərçivəsində Davamlı İnnovasiya Forumu keçiriləcək

03-11-2024

Çində Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumu keçirilir

06-09-2025

İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib

22-01-2025

Bakıda AQEM Beyin Mərkəzləri Forumunun 13-cü iclası keçirilir

09-09-2025

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 5 illik yubileyini qeyd edir

20-04-2021

İİTKM beynəlxalq müsabiqədə ən yaxşı beyin mərkəzi elan olunub

18-11-2025

İİTKM Strateji zəka platformasında məzmun təchiz edən ilk qurumdur

25-04-2025

Azərbaycanda Beyin Mərkəzləri Platformasının və onun internet portalının təqdimatı keçirilir

21-10-2024

COP30-da Süni İntellekt üzrə İqlim İnstitutu təqdim edilib

13-11-2025

Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

06-05-2021

4SİM GTR2025 – Qlobal Texnologiya Forumunda təmsil olunub

11-06-2025

İİTKM-in yaradılmasının 9 illiyi qeyd olunub

21-04-2025

Astanada II Mərkəzi Asiya Media Forumu keçiriləcək

12-04-2025

Bu gün Davosda Dünya İqtisadi Forumu başlayır

22-01-2018

“Rəqəmsal CAREC: Regional rəqəmsal fərq” mövzusunda görüş keçirilib

25-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə