Previous Next
Bağla

Vüsal Qasımlı “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirində çıxış edib

23-09-2024 11:58
Vüsal Qasımlı “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirində çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı BMT-nin Nyu-Yorkda keçirilən “Gələcəyin sammiti”ndə iştirak edir. Sammit çərçivəsində Vüsal Qasımlı “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirinə məruzəçi kimi qatılıb.

Xeberler.az bildirir ki, tədbirdə bu il Azərbaycanda keçiriləcək COP29 tədbiri və 2025-ci ildə Braziliyada keçiriləcək COP30-a dair mühüm müzakirələr aparılıb. Vüsal Qasımlı məruzəsində ekoloji problemlərin həllində qlobal çağırışlar, iqtisadi-siyasi islahatlar, davamlı inkişaf məqsədləri ilə bağlı məsələlərə toxunub. O bildirib ki, qlobal istiləşməni 1,5°C səviyyəsində saxlamaq hər kəsin öhdəliyinə çevrilməli, karbon emissiyası azaldılmalı, “Yaşıl iqtisadiyyat”a keçid bütün sahələri əhatə etməlidir. Bu isə təşəbbüslərin artırılması və icra prosesinə keçidin sürətləndirilməsi ilə mümkündür. COP29 planının təşəbbüslərin artırılmasını nəzərdə tutan birinci istiqaməti bütün tərəfləri iddialı milli planlara və şəffaflığı təmin etməyə çağırır. İkinci istiqamət isə təşəbbüsləri akta çevirməyi, ekoloji dəyişikliyə adaptasiyanı qarşıya məqsəd qoyur.

Vüsal Qasımlı bildirib ki, COP29 həm Paris Sazişi, həm də qlobal iqlim tədbirləri və əməkdaşlığı üçün bir sınaq olacaq: “Biz əsas diqqəti İqlim maliyyəsi üzrə “Yeni Kollektiv Kəmiyyət Hədəfi”nə (NCQG) yönəldərək COP29-da bütün əsas və aktual məsələləri həll etməliyik”.

Tədbirin sonunda dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri Azərbaycanda Asiya İnkişaf Bankı ilə İİTKM-in COP29 çərçivəsində keçirəcəyi tədbirdə iştirak niyyətlərini ifadə ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Vüsal Qasımlı Nyu-Yorkda nüfuzlu beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb.

24-09-2024

Bakıda keçiriləcək Qlobal Beyin Mərkəzləri Forumuna hazırlıq Nyu-Yorkda müzakirə edilib

24-09-2024

Vüsal Qasımlı qlobal beyin mərkəzləri tədbirində çıxış edib

22-03-2025

Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək

04-11-2024

İİTKM-də 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi anılıb

17-01-2025

Vüsal Qasımlı Parisdə Avrasiya həftəsi tədbirində çıxış edib

20-11-2018

Vüsal Qasımlı: "Azərbaycan rəqəmsal ticarətin asanlaşması üzrə ilk pillədədir"

14-04-2021

İİTKM-də Qlobal Beyin Mərkəzləri Forumu keçirilib

16-11-2024

Vüsal Qasımlı təhsilini Harvard Universitetində davam etdirəcək

18-03-2021

Vüsal Qasımlı Estoniyanın beynəlxalq tədris mərkəzinin rəhbəri ilə görüşüb

25-09-2024

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

Vüsal Qasımlı Gələcək üçün bacarıqlar: keçidin idarə edilməsi adlı beynəlxalq konfransda çıxış edib

23-11-2018

İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

17-07-2025

Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

07-07-2025

COP29-un prezidenti: Rəqəmsal texnologiyalardan istifadə emissiyaların təsirlərini azaldır

16-11-2024

COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub

11-11-2024

Vüsal Qasımlı: "10 startapdan 1-i inkişaf edə bilir"

19-05-2023

Koreya azad olunmuş ərazilərdə sərmayə yatırmaqda maraqlıdır

05-04-2022

Vüsal Qasımlı: "Hər beş sahibkardan biri qadındır"

19-10-2023

Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

06-05-2021

İİTKM və Nottingem Universiteti arasında əməkdaşlıq gücləndirilir

24-06-2025

Azərbaycan Estoniya ilə kibertəhlükəsizliyi müzakirə edib

15-11-2022

Rəqəmsal Ticarət Qovşağı Brüsseldə təqdim olundu

18-05-2017

Vüsal Qasımlı Vyetnamın nümayəndə heyətini qəbul edib

30-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə