“PAŞA Holdinq” taksi bazarına da daxil olur-ŞƏRH

03-05-2023 / 14:50

“PAŞA Holdinq” əsasən xarici taksi şirkətlərinin hökmranlıq etdiyi Azərbaycanın taksi bazarına daxil olur.

Xeberler.az məlumat verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz paylaşıb.

O bildirib ki, Azərbaycanda taksi xidməti ilə məşğul olan xarici şirkətlərin sayı artıb:

“Ukraynanın taksi şirkəti “Uklon Umico” da Azərbaycanda fəaliyyətə başlayıb. “Umico” “PAŞA Holdinq” investisiyalı şirkətdir.

Belə görünür ki, “PAŞA Holdinq” çatdırılma, e-ticarət, taksi xidməti və s. funksionallıqlara sahib olan “Umico”nu daha nəhəng bir platformaya çevirmək niyyətindədir.

Beləliklə , Azərbaycanda fəaliyyət göstərən xarici investisiyalı taksi şirkətlərin sayı 5-ə çatıb:

1. Uber (Bu brendin MDB-də sahibi “Yandex”dir. Belə ki, xeyli müddətdir Amerikanın qlobal taksi şirkəti olan “Uber” Azərbaycanda öz payını Rusiyanın “Yandex” şirkətinə satıb);

2. Bolt (Estoniya)

3. Yango (Rusiya, Yandex)

4. Maxim (Ukrayna)

5. Uklon Azərbaycan (Umico, PAŞA Holdinq)”.

Ekspert bildirib ki, taksi xidmətinin keyfiyyəti ilə bağlı zaman-zaman çoxlu narazılıqlar müşahidə olunur:

“Belə bir şəraitdə “Uklon”nun “Umico” ilə əməkdaşlıq çərçivəsində yerli şirkət olaraq bazara daxil olması çox maraqlıdır. Düşünmək olar ki, rəqabətin güclü olduğu bu bazara yeni şirkətin daxil olması xidmətin keyfiyyətinə müsbət təsir göstərəcək, bu baxımdan atılan addımı müsbət dəyərləndirmək olar.

Lakin burada digər yerli taksi şirkətlərinin, vergi ödəyiciləri olan taksi sürücülərinin rəqabətə davamlılığı ilə bağlı risklər də qaçılmaz ola bilər.

Ümumiyyətlə, qiymətlərin hədsiz ucuzlaşması ilə taksi bazarında 100-dək yerli, 5 xarici taksi şirkətinin olduğu bir şəraitdə taksi fəaliyyətinin iqtisadi cəhətdən səmərəliliyi də sual altında qalır”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə