Daşkənddə “Süni intellekt və beynəlxalq hüquq” mövzusunda beynəlxalq konfrans keçirilib.
Xeberler.az Özbəkistanın UzA informasiya agentliyinə istinadən məlumat verir ki, tədbirdə Birləşmiş Millətlər Təşkilatının, dövlət qurumlarının, xarici və yerli ali təhsil müəssisələrinin, tədqiqat mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı süni intellektin hüquqi tənzimlənməsi tendensiyaları, beynəlxalq standartlar, informasiya mübadiləsi mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılara Özbəkistanın bu sahədə milli strategiyası və praktiki təşəbbüsləri barədə də məlumat verilib.
Tədbirin yekununda Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində siyasət, hüquq və iqtisadiyyat sahələrində süni intellektin tədqiqi üçün xüsusi mərkəzin yaradılması məsələsinə baxılıb. Süni intellektin səhiyyə, kənd təsərrüfatı, bank və maliyyə, vergi və gömrük sahələrində tətbiqi imkanları da müzakirə olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları