Previous Next
Bağla

Microsoft Azərbaycanda növbəti sertifikatlaşdırma mərkəzi yaradır

02-03-2017 15:59
Microsoft Azərbaycanda növbəti sertifikatlaşdırma mərkəzi yaradır

Microsoft şirkəti İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.

AMEA-dan Xeberler.az-a verilən məlumata görə, bu barədə Microsoft Azərbaycan şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasında çıxışı zamanı məlumat verib.

İnstitut ilə əməkdaşlıq imkanlarından söz açan şirkət rəsmisi Microsoft Azərbaycan-ın sertifikatlaşdırma mərkəzinin məhz İnformasiya Texnologiyaları İnstitutunda təşkil olunmasının məqsədəuyğun olduğunu bildirib.

Şirkətin sertifikat proqramları və onların üstünlüklərindən  söz açan E.Axundov bütün məhsul və texnologiyalar üzrə sənaye sertifikatlaşdırmasının mümkün olduğunu, ali təhsil qurumlarında təhsil alan tələbələrə, akademik diplomla yanaşı, sənaye diplomunun da təqdim ediməsinin zəruriliyini qeyd edib.

O, Azərbaycan elmi ictimaiyyəti üçün böyük verilənlərin analitikası, superkompüterlərin gücü və bulud texnologiyalarından istifadə ilə bağlı təbliğat işlərinin aparılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Microsoft şirkətinin təqdim etdiyi Office proqramının mütəmadi olaraq yeniləndiyini  diqqətə çatdıran E.Axundov bu proqramın ən son məhsulları üzrə tədris vəsaitlərinin mövcud olduğunu, onların tərcümə edilərək elmi qurumların istifadəsinə verilməsinin vacibliyini önə çəkib.

O bildirib ki,  Microsoft institut əməkdaşlarına korporativ domen adı altında məhdudiyyətsiz e-poçt ünvanları, hər bir istifadəçiyə buludda onlayn video-konfransların təşkil edilməsi və yazılışı üçün 1 terabayt saxlanc, biznes-analitika üzrə 20-dən çox xidmət təqdim edir.

Emin Axundovun sözlərinə görə, İnformasiya Texnologiyaları İnstitutu da daxil olmaqla, AMEA-nın elmi təşkilatları da şirkətin elm və təhsil qurumları üçün nəzərdə tutduğu endirimlərdən yararlana, bir çox məhsulları pulsuz əldə edə biləcək.

Xeberler.az olaraq məsələ ilə bağlı daha ətraflı məlumat üçün  Microsoft Azerbaijan-la əlaqə saxladıq.

Şirkətdən sorğumuza cavab olaraq qeyd edilib ki, söhbət Microsoft  imtahanlarının keçirilə biləcəyi test mərkəzindən gedir.

Bakıda bu cür bir neçə mərkəz mövcud olduğunu deyən şirkət akademik auditoriya üçün isə İnformasiya Texnologiyaları İnstitutunda bu cür mərkəzin yaradılmasını məqsədəuyğun hesab etdiklərini bildirib.

Şirkətin məlumatına görə, burda tələbələr və gənc alimlər imtahanları güzəştli şərtlərlə verə biləcək.

Onu da bildirək ki, AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev  Microsoft  ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini yüksək qiymətləndirərək bu məqsədlə İşçi qrupun yaradılması və Fəaliyyət planının hazırlanmasının önəmini vurğulayıb.

O, rəhbərlik etdiyi qurumun AMEA-nın İKT siyasətini həyata keçirdiyini qeyd edən alim Microsoft Azərbaycan-ın sertifikat mərkəzinin məhz bu institutda təşkil edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

 Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

24-12-2019
Microsoft Texniki Universitet ilə əməkdaşlıq edəcək

Microsoft Texniki Universitet ilə əməkdaşlıq edəcək

12-10-2019
İnstitut əməkdaşları Microsoft-un sertifikatına layiq görülüb

İnstitut əməkdaşları Microsoft-un sertifikatına layiq görülüb

04-05-2017
Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

18-07-2019
Doktorluq imtahanları distant formada keçirilib

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017
“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı  ciddi problemlər var”

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

16-03-2018
Avropa təşkilatları İnformasiya Texnologiyaları İnstitutunda aparılan elmi tədqiqatları dəstəkləyir

Avropa təşkilatları İnformasiya Texnologiyaları İnstitutunda aparılan elmi tədqiqatları dəstəkləyir

17-07-2020
AMEA prezidenti :“İT mütəxəssislərə tələbat artır”

AMEA prezidenti :“İT mütəxəssislərə tələbat artır”

17-05-2017
İstək Liseyi Microsoft-un texnologiyasından istifadə edəcək

İstək Liseyi Microsoft-un texnologiyasından istifadə edəcək

07-06-2017
İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025
İKT-nin tətbiqi üzrə AICT 2016 konfransı başa çatıb

İKT-nin tətbiqi üzrə AICT 2016 konfransı başa çatıb

17-10-2016
Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013
AzScienceNet-in fəaliyyəti gücləndirilir

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016
Sosial medianın problemləri ilə bağlı  konfrans keçiriləcək

Sosial medianın problemləri ilə bağlı konfrans keçiriləcək

12-10-2016
“Dünyada İKT üzrə ən qabaqcıl bilikləri cəmiyyətə ötürürük”

“Dünyada İKT üzrə ən qabaqcıl bilikləri cəmiyyətə ötürürük”

11-10-2016
İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

04-05-2026
Kompüter xidmətlərinin keyfiyyəti artırılır

Kompüter xidmətlərinin keyfiyyəti artırılır

15-02-2016
Akademik Rasim Əliquliyev TÜBİTAK-BİLGEM-in nümayəndə heyəti ilə görüşüb

Akademik Rasim Əliquliyev TÜBİTAK-BİLGEM-in nümayəndə heyəti ilə görüşüb

15-02-2020
 Microsoft-un Data Mərkəzlərinin ümumi dəyəri nə qədərdir?

Microsoft-un Data Mərkəzlərinin ümumi dəyəri nə qədərdir?

07-04-2017
BANM tələbələri Microsoft sertifikatı  alıb

BANM tələbələri Microsoft sertifikatı alıb

19-04-2016
İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025
“Ölkədə distant tədris mərkəzlərinin  sayı artırılacaq”

“Ölkədə distant tədris mərkəzlərinin sayı artırılacaq”

08-01-2016
 Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017
Aleksandr Sergeyev İnformasiya Texnologiyaları İnstitutunda olub

Aleksandr Sergeyev İnformasiya Texnologiyaları İnstitutunda olub

22-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə