 
 	
						 
 	
 				
Məlumat verdiyimiz kimi, dünən Berlində “IFA 2015” sərgisi başladı. Artıq dünyaca məşhur texnoloji şirkətlər yeni məhsullarının təqdimatına başlayıb.
Xeberler.az-ın məlumatına görə, Philips şirkəti sərgidə yeni televizor modellerini və görüntü texnologiyasını tanıdıb.
Şirkət yeni televizorunda Philips Ambilight və HDR texnolgiyasını tətbiq edib.
Philips təqdim etdiyi yeni televizorlarında olan Ambilight texnologiyası 9 mini proyektora sahibdir. Belə ki, bu proyektorlarla TV-dəki görüntü ətrafa yayılır. Ambilight ilə 65 düymlü televizorun təqdim etdiyi görüntü daha geniş 150 düymlü ekrandakı görüntü ilə eyni keyfiyyətdə olacaq.
Sərgidə qeyd edilib ki, yeni məhsulların 2016-ci ildə satışa təqdim ediləcəyi gözlənilir.
Philips yeni texnolgiyalı televizorlarının qiymətini isə açıqlamayıb.
Məltəm Talıbzadə
 
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
 Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
 
 Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
 
 Windows 10-u necə sürətləndirmək olar?
 
 Bizi idarə edən güc: Netokratiya
 
 Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
 
 Facebook müəmması
 
 4G mobil texnologiyası niyə ləngiyir?
 
 Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
 
 “Asan imzanı belə gördüm”- Azər Həsrət
 
 Satışa çıxarılmış Azərbaycan adları