Previous Next
Bağla

Qabaqcıl texnoloji yeniliklər təqdim olunub

01-10-2015 21:18
Qabaqcıl texnoloji yeniliklər təqdim olunub

Müasir dövrdə elmi-texniki tərəqqi sayəsində az qala hər saniyədə yeni texnologiyalar icad edilir. İnnovativ qurğular – noutbuk, planşet, ağıllı telefonlar getdikcə vüsət alır. İKT sahəsində əldə olunan bu yeniliklər və yaranan imkanlar əksər fəaliyyət sahələrinə sürətlə nüfuz edir.

Xeberler.az-ın məlumatına görə, AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında təqdim edilən məruzələrdən biri də məhz İKT yenilikləri mövzusuna həsr olunub. Şöbə müdiri Şakir Mehdiyev İKT sahəsində baş verən yeniliklərlə bağlı geniş məruzəni iştirakçıların nəzərinə çatdırıb. Cari ilin avqust ayında San-Fransiskoda (ABŞ) keçirilən “Intel Developers Forum – IDF” haqqında məlumat verən məruzəçi İKT üzrə mühüm tədbirlərdən olan IDF 2015-də təqdim olunan əsas texnoloji yeniliklərdən bəhs edib. Dünyanın aparıcı İT-şirkətlərindən olan “Intel”in yeni 6-cı nəsil “Skylake Microarchitecture” prosessoru, tamamilə yeni növ yaddaş tutumlu “Intel Optane” seriyasından olan 3D XPoint fləş-daşıyıcıları haqqında məlumat verib.

Ş.Mehdiyev qeyd edib ki, alimlər bu yeni texnologiyanı yaddaş tutumu baxımından inqilabi hadisə hesab edirlər. “Intel və Micron şirkətlərinin birgə hazırladığı qurğunun məhsuldarlığı adi fləş kartdan 1000 dəfə çoxdur”. Məruzəçi 3D XPoint-in böyük həcmdə verilənlərin (Big Data) saxlanılmasında mühüm rol oynayacağını vurğulayıb.

Almaniyanın paytaxtı Berlində keçirilən IFA 2015 beynəlxalq istehlak elektronikası sərgisindən də söz açan Ş.Mehdiyev tədbirin istehlak elektronikası sahəsində aparıcı innovasiyalar sərgisi olduğunu bildirib. Qeyd edib ki, IFA pavilyonlarında hər il Samsung, LG, Philips, Sony və digər şirkətlərin flaqman məhsulları təqdim olunur. Onun sözlərinə görə, IFA 2015-də diqqətçəkən qurğulardan biri də Cənubi Koreyanın LG şirkətinin istehsal etdiyi yeni OLED-displey olub. 3 müxtəlif 65 düymlük 4K Ultra HD formatlı OLED-displey bazası əsasında yaradılmış və qalınlığı 5,3 mm olan ekranın unikallığı ikitərəfli olmasındadır.

Şöbə müdiri sərgidə Cənubi Koreyanın Samsung şirkətinin ağıllı ev üçün təqdim etdiyi 200-dən çox müxtəlif ev qurğusunun hərəkətini sinxronlaşdıran idarəetmə sisteminin üstünlükləri haqqında da məlumat verib. Samsung Smart Things Hub adlandırılan sistemin mərkəzi qurğusu bir növ sistemin ayrı-ayrı modullarından məlumatların daxil olduğu server rolunu oynayır. Qurğunu Android və ya iOS əməliyyat sistemləri üçün hazırlanmış mobil proqramın köməyilə idarə etmək olar”.

Verbatim şirkəti də məlumatların saxlanılması qurğularının üstünlüklərini də nəzərə çatdırıb. Bildirib ki, Verbatim M-Disc digər disklərdən uzunömürlülüyü ilə fərqlənir. M-Disc markası altında 4,7 Gb-dan 200 Gb-dək yaddaşa malik bir sıra optik disklər təklif edilir”.

Şöbə müdiri həmçinin 3D-çap texnologiyalarının imkanlarından da danışıb. Bu texnologiyaların getdikcə inkişaf etdiyini və bir çox sahələrlə yanaşı, tibdə də geniş tətbiq olunduğunu nəzərə çatdırıb. Avstraliyanın CSIRO şirkətinin üçölçülü printer vasitəsilə döş sümüyü və qabırğaların implantatını çap etdiyini, bunun tibbin inkişafında mühüm hadisə olduğunu bildirib: “3D-çap implantat xərçəng xəstəliyindən əziyyət çəkən 54 yaşlı xəstəyə uğurla implantasiya edilib. Bu implantatın üstünlüyü titandan hazırlanmasındadır”.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Samsung ağıllı ev sistemi yaradıb

07-09-2015

“IFA 2015” sərgisi başlayır

04-09-2015

IFA 2019 Beynəlxalq istehlak elektronikası sərgisi keçirilir

09-09-2019

2015-in ən son texnoloji yenilikləri

19-12-2015

Sony Xperia 5 smartfonu təqdim olunub

06-09-2019

Samsung şirkəti 17 düymlük Eclipse noutbuku təqdim etdi

30-08-2008

“IFA 2015” də təqdim olunan ağıllı saatlar

07-09-2015

3D printer vasitəsilə qabırğa və döş sümüyü çap edilib

17-09-2015

Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

16-11-2024

Rekord tutuma malik fləş daşıyıcı təqdim olunub

05-03-2016

Yaşıl İT sahəsində problemlər araşdırılır

02-05-2018

Vərəq-televizorlar erası başlayır

03-09-2010

Texniki xidmətlərin imkanları müzakirə edilib

18-07-2017

Müasir İKT yeniliklər müzakirə edilib

02-05-2018

“IFA 2015” sərgisinin qeyri-adi texnologiyaları

11-09-2015

Dron uçuşunun təhlükəsizliyi necə təmin edilir?

27-10-2016

E-tibdə bulud texnologiyalarının tətbiqi müzakirə edilib

20-05-2016

2015-ci ildə “Samsung” şirkəti elastik displey istehsal edəcək

07-11-2013

Məşhur sərgidə təqdim edilən yeni texnologiyalar

07-09-2016

Berlində 10-cu IFA 2018 sərgisi keçirilir

04-09-2018

CES 2012 sərgisi işə başladı

11-01-2012

Smartfondan nazik televizorlar istehsal edilib

03-08-2015

“Təhsildə İKT-nin tətbiqi ilə bağlı kadrlar yetişdirilməlidir”

17-01-2017

Kompüter oyunları üçün ən güclü prosessor

26-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə