Plastic Logic buraxılışa böyük ekranlı “elektron kitab” hazırlayır
Plastic Logic şirkətinin mütəxxəssisləri mətnləri elektron təqdimatda qura biliblər. Bu ekran bazardakı iri ekranlı digər oxşar məhsullardan fərqlidir.
E Ink texnologiyası istifadə olunan yeni ekranlar monoxrom mətnləri və illüstrasiyaları əks etdirə bilir. Ölçüləri 216 х 279 mm-dir. Belə ki, o, Kindle ekranlarından üç dəfə nazikdir. Bunun səbəbi ekranın hazırlanmasında şüşədən deyil, plastikdən istifadə olunmasıdır. Qurğu həm simli, həm də simsiz interfeyslə təchiz olunub. Yaddaşı “min sənəd” yerləşdirməyə imkan verir. Işləyə bildiyi formatlar siyahısına Microsoft Word, Excel, Powerpoint, Adobe PDF, eləcə də, “qəzetlər, dövri nəşrlər və kitablar” daxildir. Elektron kitabla idarəetmə jestlərin köməyi ilə həyata keçir.
Yeni məhsulun satışı 2009-cu ilin birinci yarısında gözlənilir. Qiyməti isə hələ məlum deyil.