Previous Next
Bağla

Prezident İlham Əliyev Sumqayıtda SOCAR karbamid zavodunun açılışında iştirak edib

16-01-2019 13:19
Prezident İlham Əliyev Sumqayıtda SOCAR karbamid zavodunun açılışında iştirak edib

Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib.

Xeberler.az  bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və zavodun direktoru Xəyal Cəfərov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdilər.

Qeyd edək ki, karbamid zavodunun layihəsi Prezident İlham Əliyevin 2008-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və 2014-cü ilin dekabrında imzaladığı Sərəncamla təsdiq edilmiş “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən icra edilib. Təməli 2011-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun tikintisi ilə əlaqədar elan olunan beynəlxalq açıq tenderin nəticələrinə əsasən 2012-ci ildə Koreya Respublikasının “Samsung Engineering” şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib. Layihənin ammonyak və karbamid istehsalı üzrə texnoloji avadanlığı müvafiq olaraq Danimarka və Hollandiya şirkətləri tərəfindən təmin edilib. Həmçinin layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinin həyata keçirilməsi məqsədilə 2015-ci ildə Finlandiya şirkəti ilə müvafiq müqavilə imzalanıb. Tikintinin pik vaxtında zavodun inşasına, ümumilikdə, 3600 nəfərdən artıq işçi cəlb olunub. İnşaat zamanı təhlükəsizlik tələblərinə maksimum dərəcədə riayət edilib, iş həcmi qəzasız şəraitdə yerinə yetirilib.

Məlumat verildi ki, “SOCAR karbamid” zavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək. Bu zavodun işə düşməsi Azərbaycanda kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Belə ki, karbamid gübrəsi ən yüksək azot tutumuna malikdir və buna görə də ən keyfiyyətli azot gübrəsi hesab olunur. Suda tez həllolma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidə tələbat onun aşağı maya dəyəri, qənaətcil daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlığı ilə əlaqədardır. Bu məhsuldan digər kimyəvi maddələrin istehsalında və əczaçılıqda da geniş istifadə olunur.

İndiyədək azot gübrələri Azərbaycana idxal edildiyi halda, yeni zavod həm daxili bazarın tələbatını tam ödəyəcək, həm də istehsal etdiyi məhsulun təxminən 70 faizini ixrac edəcək. Nəticədə, daha əvvəl idxal üçün sərf edilən illik 90 milyon dollara qədər valyuta vəsaitləri ölkədə qalacaq, eyni zamanda, zavod respublikamız üçün əlavə gəlir mənbəyinə çevriləcək.

“SOCAR karbamid” zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihədir və ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib. Zavodun inşası zamanı bir sıra beynəlxalq banklardan dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Zavodda təxminən 500 nəfər daimi işlə təmin ediləcək. Bunun üçün SOCAR təhsil və təqaüd proqramları vasitəsilə ixtisaslı mütəxəssisləri əvvəlcədən hazırlayıb.

Prezident İlham Əliyev zavodu işə saldı.

Sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının əsas rezidentlərindən olan “SOCAR karbamid” zavodunun fəaliyyətindən bəhs edən filmə baxdı.

Daha sonra dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşdü.

Prezident İlham Əliyev zavodda istehsal olunacaq məhsullara da baxdı. Zavodda gün ərzində 2000 ton karbamid istehsal ediləcək.

Sonda xatirə şəkli çəkdirildi.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan Texnoparklarının uğurları davam edir

14-08-2019

“Biznes və investisiya mühiti təkmilləşdirilir”

28-09-2016

İlham Əliyev Balakəndə ABAD Mərkəz-in açılışında-Foto

03-08-2017

Fariz Cəfərov DİF-in Proqram rəhbəri ilə görüşüb

26-01-2026

Heydər Əliyev adına Neft Emalı Zavodunda müasir texnoloji qurğular inşa ediləcək

31-07-2015

STP-nin Kabel Zavodu daha bir ilkə imza atıb

30-06-2016

Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

23-01-2026

HP şirkəti Rusiyada kompüter zavodunun fəaliyyətini dayandırdı

29-07-2015

4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

01-05-2026

Azərpoçt Khazar SD markalı avtomobillər alacaq

28-11-2018

“Azərbaycan İnvestisiya Şirkəti” tərəfindən 560 milyon manatlıq layihələr təsdiq edilib

10-01-2024

Naxçıvan Avtomobil Zavodunda elektromobil istehsal olunacaq

04-10-2018

Teslanın yeni zavodu ildə 500 min avtomobil istehsal edəcək

12-07-2018

Azərbaycanda ilk sənaye partlayıcıları zavodu inşa edilir

15-02-2023

“Kür” zavodu 2010-cu ildə 150-dək informasiya köşkləri istehsal etməyi planlaşdırır

17-11-2009

SOCAR və Özbəkistan əməkdaşlığa başlayır

28-07-2025

STP beynəlxalq sertifikatlar əldə edib

20-04-2018

Asiyanın İT şirkətləri “Kür” ilə birgə istehsal imkanları öyrənir

26-05-2015

Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

11-01-2019

212 saylı məktəbdə də internet sistemi yaradılıb

07-09-2017

“Lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır”

18-01-2016

Prezident İlham Əliyev "Leonardo" şirkətinin baş həmdirektoru ilə görüşüb

17-02-2024

SOCAR-la “ExxonMobil” arasında Memorandum imzalanıb

08-08-2025

“Bu il daha 3 “ASAN xidmət” mərkəzi açılacaq”

10-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə