İlin əvvəli ilə müqayisədə Azərbaycanda KOB-lara verilən kreditlərin həcmi 19 % artaraq 5,3 milyard manata çatıb.
Xeberler.az bildirir ki, bunu Bakıda keçirilən “Türk Maliyyə Sektoru Liderlər Zirvəsi”ndə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
O.Məmmədov qeyd edib ki, bu məbləğin əksər hissəsi, yəni 4,6 milyard manatı bankların öz vəsaitləri hesabına baş verib:
"Agentliyə daxil olan müraciətlərin və aparılan sorğuların təhlili sahibkarlıq subyektlərinin əksəriyyətinin kənar maliyyələşmə mənbəyi kimi güzəştli bank kreditlərinə üstünlük verildiyi aşkar olub. Həmçinin, beynəlxalq inkişaf təşkilatlarının hesabatlarına əsasən, KOB subyektlərinin maliyyə mənbələrinə çıxışı sahəsində üzləşdikləri əsas çətinliklər kimi yüksək faiz dərəcələri və sərt girov şərtləri, risklərin bölüşdürmə və kreditlərə zəmanət mexanizmlərinin zəif inkişafı, xüsusilə regionlarda daşınar əmlakın girov mexanizminin məhdud tətbiqi, faktorinq və lizinq əməliyyatları həcminin və alternativ maliyyə alətlərinin çatışmazlığını qeyd etmək olar".
O xatırladıb ki, sahibkarlığın maliyyə ehtiyaclarını dəstəkləmək üçün Azərbaycanda mütəmadi olaraq təşəbbüslər həyata keçirilir: "Aparılan islahatların nəticələri digər mötəbər hesabatlarla yanaşı, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının 2021-ci ildə dərc etdiyi “KOB Siyasəti İndeksi Hesabatı”nda da öz əksini tapıb. Hesabatda kredit informasiya sistemlərinin əhatə dairəsinin genişlənməsi, daşınar aktivlərin təhlükəsizliyi üçün reyestrin hazırlandığı, təminatlı əməliyyatlar üçün qanunvericilik bazasının mövcudluğu vurğulanıb".
O.Məmmədov əlavə edib ki, KOB subyektlərinin maliyyə əlçatanlığının genişləndirilməsi istiqamətində imzalanan Azərbaycan Prezidentinin müvafiq fərmanlarına əsasən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə digər vəzifələrlə yanaşı KOB-ların maliyyə resurslarına çıxışın genişləndirilməsi vəzifəsi də müəyyən edilib.
"Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, inkişaf etməkdə olan ölkələrdə formal kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün qarşılanmamış tələb kimi 5,2 trilyon ABŞ dolları həcmində maliyyə çatışmamazlığı aşkarlanıb. Azərbaycan və Türkiyənin daxil olduğu ölkələr qrupunda maliyyə çatışmazlığı göstəriciləri digər qruplarla nisbətdə daha aşağı – 15% olmasına baxmayaraq, dayanıqlı iqtisadi artıma nail olmaq üçün biznes kreditləşməsi üzrə göstəricilərin artırılmasına nail olmaq çox vacibdir", - deyə O.Məmmədov əlavə edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri