Previous Next
Bağla

Keyfiyyətli interneti təmin etmək üçün əlavə vəsait də nəzərdə tutulmalıdır

15-01-2020 20:09
Keyfiyyətli interneti təmin etmək üçün əlavə vəsait də nəzərdə tutulmalıdır

"Bir məsələ də yük daşımaları ilə bağlıdır. Azərbaycandan xaricə gedən yüklərin həcmi artır və artacaq. Qeyri-neft sektorumuz artır, qeyri-neft ixracımız keçən il 14 faiz artıbdır. Ancaq bizim bir çox yüklərimizi xarici şirkətlər daşıyır. Bu da onunla bağlıdır ki, Azərbaycanda yük daşımalarında istifadə edilən avtomaşınlar, tırlar yerli şirkətlər tərəfindən az təmin olunur. Ona görə bu məsələyə də diqqət yetirmək lazımdır".

Bunu Prezident İlham Əliyev bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən bildirib.

Dövlət başçısı vurğulayıb ki, birinci növbədə, təhlil aparılmalıdır və mənə məruzə edilməlidir ki, yük daşımalarının neçə faizi Azərbaycan şirkətləri tərəfindən icra edilir?: "Tır parkına baxış keçirilməlidir. Onların vəziyyət nə yerdədir və onların sayı bizim artan istehsalımıza uyğundur, yoxsa yox?! Əgər yeni tır maşınlarının alınmasında dövlət özəl şirkətlərə kömək edə bilərsə, biz buna hazırıq. Bu sahəyə də güzəştli kreditlər verilə bilər. Çünki bir halda ki, Azərbaycanın nəqliyyat sektoru yüksək templərlə inkişaf edir və beynəlxalq təşkilatlar bunu yüksək qiymətləndirir, nəqliyyat sektorunda bütün komponentlər yüksək standartlara cavab verməlidir. Əlbəttə, hər bir ölkə istəyir ki, onun yükləri yerli şirkətlər tərəfindən daşınsın. Ona görə bu məsələ ilə bağlı sizə tapşırıram, təhlil aparın və məlumat verin. Ötən ilin noyabr ayında Qazaxıstanda bu ölkə ilə Azərbaycan arasında yeni rabitə xəttinin çəkilməsinin təməlqoyma mərasimi keçirilmişdir. Bu da çox önəmli layihədir. Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində böyük uğurlar əldə edib. Ənənəvi "Bakutel" sərgisi çox böyük diqqət cəlb edir. Bu il bu istiqamətdə hansı işlər görüləcəkdir, bu barədə məlumat verin. Buna da çox diqqət yetirmək lazımdır".

Ölkə başçısı qeyd edib ki, "Bakutel" artıq 20 ildən çoxdur keçirilir və regionda əsas sərgi və konfransdır: "Bu sərgi və konfransda adətən Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbəri də iştirak edir. Bu təşkilatın rəhbərləri mənimlə görüş əsnasında daim Azərbaycanda bu sahədə görülən işlərə yüksək qiymət verirlər. Bir halda ki, Azərbaycan artıq Avrasiyanın önəmli nəqliyyat mərkəzlərinin birinə çevrilib, ölkəmiz mütləq rabitə, internet və fiberoptik rabitə xətlərinin çəkilməsi istiqamətində də mərkəzə çevrilməlidir. Ona görə ötən ilin noyabrında Qazaxıstanda keçirilmiş təməlqoyma mərasimi xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, bu xəttin çəkilişi tezliklə təmin ediləcəkdir. Bunun uzunluğu 400 kilometrdir. Eyni zamanda, Azərbaycanda internet istifadəçilərinin sayı getdikcə artır və artıq 80 faizə çatıbdır. Keyfiyyətli interneti təmin etmək üçün əlavə vəsait də nəzərdə tutulmalıdır.

Beləliklə, bu il bu sahədə görüləsi işlər çoxdur. Ancaq sevindirici hal ondan ibarətdir ki, artıq gözəl nəticələr əldə edilib və biz bundan sonra yalnız inkişaf yolu ilə gedəcəyik. Azərbaycan həm nəqliyyat, həm rabitə, həm də yüksək texnologiyalar sahəsində bundan sonra da regionda liderlik mövqelərini qorumalıdır və biz öz potensialımızı artırmalıyıq".

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev: "Azərbaycanda internet azaddır, heç bir senzura, heç bir məhdudiyyət yoxdur"

İlham Əliyev: "Azərbaycanda internet azaddır, heç bir senzura, heç bir məhdudiyyət yoxdur"

26-01-2021
Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020
“Verdiyim tapşırıq bəzən müəyyən müddətdən sonra icra edilmir”

“Verdiyim tapşırıq bəzən müəyyən müddətdən sonra icra edilmir”

26-01-2021
Prezident Ramin Quluzadəyə yeni müavin təyin etdi

Prezident Ramin Quluzadəyə yeni müavin təyin etdi

21-04-2017
Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

02-12-2019
“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

02-11-2016
Prezident: Güzəştli kreditlər portfelində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir

Prezident: Güzəştli kreditlər portfelində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir

04-02-2020
Bakutel 2017-də hansı yeniliklər olacaq?

Bakutel 2017-də hansı yeniliklər olacaq?

19-09-2017
Bakutel-2018-ə həsr olunan mətbuat konfransı keçirilib

Bakutel-2018-ə həsr olunan mətbuat konfransı keçirilib

03-12-2018
Regionun ən təhlükəsiz DATA mərkəzi Azərbaycandadır

Regionun ən təhlükəsiz DATA mərkəzi Azərbaycandadır

08-06-2018
Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

01-12-2020
“Qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcək”

“Qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcək”

25-11-2015
Nazir Ramin Quluzadə ABŞ səfiri ilə görüşüb

Nazir Ramin Quluzadə ABŞ səfiri ilə görüşüb

26-07-2019
Nazirlik BTİ-nin sertifikatına və gümüş medala layiq görülüb

Nazirlik BTİ-nin sertifikatına və gümüş medala layiq görülüb

12-09-2019
Rabitə və yüksək texnologiyalar sahəsində gəlirlər artıb

Rabitə və yüksək texnologiyalar sahəsində gəlirlər artıb

13-07-2015
Prezident İlham Əliyev Rəşad Nəbiyevi videoformatda qəbul edib

Prezident İlham Əliyev Rəşad Nəbiyevi videoformatda qəbul edib

26-01-2021
Ramin Quluzadə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri ilə görüşüb

Ramin Quluzadə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri ilə görüşüb

15-10-2019
Bakıda informasiya texnologiyaları sərgisi açıldı

Bakıda informasiya texnologiyaları sərgisi açıldı

04-12-2018
Ramin Quluzadə Fransanın Azərbaycana təyin olunmuş səfiri ilə görüşüb

Ramin Quluzadə Fransanın Azərbaycana təyin olunmuş səfiri ilə görüşüb

02-10-2019
“Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb”

“Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb”

10-10-2017
Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə təbrik

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə təbrik

05-12-2015
Nazir Ramin Quluzadə Latviya səfiri ilə görüşüb

Nazir Ramin Quluzadə Latviya səfiri ilə görüşüb

16-01-2020
“Neft gəlirləri azalır, daha çox innovasiyalara üstünlük verilməlidir”

“Neft gəlirləri azalır, daha çox innovasiyalara üstünlük verilməlidir”

08-09-2015
Prezident: “  Mütləq alternativ enerji mənbələri yaratmalıyıq”

Prezident: “ Mütləq alternativ enerji mənbələri yaratmalıyıq”

10-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə