Qarabağda “Zəfər”, ŞAKİR və “Şuşa” mobil stansiyaları qurulub

08-12-2020 / 15:12

Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarda “Zəfər”, ŞAKİR və “Şuşa” mobil stansiyaları qurulub.

Xeberler.az bildirir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

“Belə-belə işlər” layihəsi Qarabağda ilk mobil rabitə şəbəkəsinin yaradılması barədə videosüjet hazırlayıb. Videosüjetdə işğaldan azad olunmuş Qarabağımızda ilk mobil rabitə şəbəkəsinin qurulması prosesi barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, azad olunmuş torpaqlarımızın ilk rabitəçiləri Cəbrayılda “Zəfər” adlı stansiya qurub.

Eyni zamanda onlar “Şuşa-Ağdam-Kəlbəcər İmplementation Radio” sözlərinin abreviaturası olan ŞAKİR stansiyasını, eləcə də Şuşanın mərkəzində “Şuşa” stansiyasını quraraq istifadəyə veriblər.

Nazirlik Qarabağda yeni texnologiya əsasında telekommunikasiya və poçt infrastrukturu quracaq, radio-televiziya yayımını genişləndirəcək, modern sərnişindaşıma xidməti təqdim edəcək, bir sözlə, əhaliyə keyfiyyətli nəqliyyat, telekommunikasiya və poçt xidmətləri göstəriləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə