Çərşənbə axşamı bir sıra Qərb mediası və xidmətlərinin, xüsusən Britaniyanın internet səhifələri açılmır. Bəzi KİV və servislərin səhifələrinin hazırda da işləməməsinin şahidi olmaq mümkündür.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, xüsusilə, Britaniya hökumətinin veb-saytı açılmır. Bir müddət öncə isə "Financial Times" qəzetinin veb-səhifəsi işləmirdi. "The Guardian" qəzeti "Twitter" səhifəsində qeyd edib ki, qəzetin saytı və mobil tətbiqi hazırda internetin miqyaslı kəsilməsi səbəbindən açılmır.
"Downdetector" portalının məlumatına görə, "The New York Times" qəzetinin elektron versiyasında da nasazlıq yaranıb. Bundan başqa, "Amazon" xidməti və qlobal onlayn ödəmə sistemi "PayPal"la da bağlı problemlər müşahidə olunur.
"Associated Press" hadisənin mümkün səbəbini ABŞ-ın "bulud" xidmətləri təminatçısı "Fastly" şirkətinin işindəki nasazlıqlarla əlaqələndirib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri