Fevralın 1-dən 4-dək Qətərdə 3-cü “Web Summit 2026” keçiriləcək.
Xeberler.az QNA informasiya agentliyinə istinadən məlumat verir ki, bununla bağlı təşkilat komitəsinin iclası keçirilib. İclasda qlobal tədbirə son hazırlıq məsələləri, o cümlədən ötən həftə başa çatan Lissabon “Web Summit”inin nəticələri müzakirə edilib. Hökumət Kommunikasiya ofisinin direktoru və sammitlə bağlı yaradılmış Daimi Komitənin sədri Şeyx Casim bin Mansur bin Cəbr Al Tani bildirib ki, sammitdə startaplar və investorlar üçün əlverişli mühit yaradılacaq, regional və qlobal miqyasda fikir mübadiləsi aparmaq və rəqəmsal iqtisadiyyatın gələcəyini formalaşdırmaq üçün ideal bir platforma təmin ediləcək.
Qeyd olunub ki, “IBM” şirkəti Qətər sammitinin rəsmi süni intellekt tərəfdaşı olacaq. Eyni zamanda, “IBM” və Qətər “Web Summit”inin birgə təşkilatçılığı ilə idman texnologiyaları və süni intellekt sahəsində müsabiqə açıq elan edilib. Müsabiqənin birinci mərhələsi Qətər “Web Summit”ində başlayacaq və növbəti Lissabon sammitində başa çatacaq. Müsabiqədə startap layihələri təqdim ediləcək. (Azərtac)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları