Fevralın 1-dən 4-dək Qətərdə 3-cü “Web Summit 2026” keçiriləcək.
Xeberler.az Sammitin Təşkilat Komitəsinə istinadla xəbər verir ki, tədbirdə 124 dövlətdən 30 minə yaxın qonaq, 700 investor, eləcə də 600 media nümayəndəsi iştirak edəcək. Bundan əlavə, sammitə Almaniya, İsveçrə, İtaliya, Niderland, Serbiya, Pakistan və Fələstindən hökumət nümayəndə heyətləri qatılacaq.
Qeyd edək ki, sammitdə startaplar və investorlar üçün əlverişli mühit yaradılacaq, regional və qlobal miqyasda fikir mübadiləsi aparmaq və rəqəmsal iqtisadiyyatın gələcəyini formalaşdırmaq üçün platforma təmin ediləcək. Tədbirə müxtəlif ölkələrdən 1600-dən çox startap işlərini təqdim edib. Azərbaycandan “KidFi” və “Ebiletstore” startapları da tədbirdə təqdim olunacaq. “KidFi” interaktiv şəkildə maliyyə, gəlir, xərc, yığım və yatırım haqqındadır. “Ebiletstore” isə ən müasir texnologiyalardan istifadə edərək bilet alış-verişini daha asan və rahat edən rəqəmsal platformadır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları