“Qızlara ağ yaraşır” daha bir Qran-pri qazanıb

10-10-2023 / 838:59

Azercell və Azərbaycan Cüdo Federasiyasının birgə tərəfdaşlığı ilə həyata keçirilən “Qızlara ağ yaraşır” layihəsi Mərkəzi Asiyanın ən böyük kommunikasiya festivalında — “Red Jolbors”da Qran-pri mükafatına layiq görülüb. Qran-pri ilə yanaşı, layihə 3 qızıl, 1 gümüş və 2 bürünc mükafat da qazanıb.

APA-Economics” xəbər verir ki, “Qızlara ağ yaraşır” 6 ölkədən (Qazaxıstan, Özbəkistan, Azərbaycan, Gürcüstan, Qırğızıstan, Rusiya) daxil olan 509 müraciət arasından aşağıdakı nominasiyalar üzrə qalib seçilib:

  1. Festivalın 2023-cü il üçün Qran-pri mükafatı
  2. “PR Kampaniyaları” kateqoriyasında qızıl mükafat
  3. “PR Strategiyası” kateqoriyasında qızıl mükafat
  4. “Kampaniya Strategiyası” kateqoriyasında qızıl mükafat
  5. “İnteqrasiya Olunmuş Reklam Kampaniyası” kateqoriyasında gümüş mükafat
  6. “Sosial film” kateqoriyasında bürünc mükafat
  7. “Tərəfdaşlıq” kateqoriyasında bürünc mükafat

Jüri qismində isə Böyük Britaniya, Malayziya, Rusiya, İtaliya və Yeni Zelandiyadan olan reklam peşəkarları çıxış ediblər. Qeyd edək ki, “Qızlara ağ yaraşır” kampaniyasının yaradıcı tərəfdaşı “Endorphin” reklam agentliyidir.

Bu, “Qızlara ağ yaraşır” sosial layihəsinin qalib gəldiyi ikinci beynəlxalq festival və qazandığı ikinci qran-pri mükafatıdır. Belə ki, layihə ötən ay Gürcüstanda baş tutmuş “Ad Black Sea” festivalında da 13 kateqoriyanın 6-da mükafata layiq görülmüşdü.

“Azercell Telekom” MMC-nin Azərbaycan Cüdo Federasiyasının tərəfdaşlığı ilə həyata keçirdiyi “Qızlara ağ yaraşır” sosial layihəsi qızları inkişaf və idmana cəlb etmək məqsədi daşıyır. Kampaniya eyni zamanda erkən nikah mövzusuna da toxunur.

“Qızlara ağ yaraşır” çərçivəsində Azərbaycan Cüdo Federasiyası cüdo məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən 7-14 yaşlı ilk 1000 qıza cüdoqi hədiyyə olunub.

“Qızlara ağ yaraşır” layihəsi haqqında ətraflı məlumat əldə etmək üçün:

https://qizlaraagyarasir.az/#


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə