QoldenPey ASC tender elan edir

27-04-2023 / 16:32

Azərbaycanın ilk və ən böyük onlayn ödəmələr şirkəti – QoldenPey ASC server-storage kompleksinin satın alınması üzrə Tender elan edir.

Tender üzrə elan edilmiş texniki tələblərə uyğun olaraq maliyyə və texniki təkliflər bir qapalı zərfdə 10 may 2023-cü il saat 18:00-a qədər Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 609, 12-ci mərtəbədə yerləşən “Qolden Pey” ASC-nin ofisinə təqdim edilməlidir.

Zərflərin açılışı 12 may 2023-cü il saat 15:00-da yuxarıda qeyd edilən ünvanda həyata keçiriləcəkdir.

Texniki tələblər

Rack Serverlər (2 ədəd)

1.1

Ümumi tələblər

Server, istehsalçının satışın sonu ("End of sale"), dəstəyin ("End of support") və ya həyat dövrünün bitdiyini ("End of life") elan etmədiyi bir model diapazonundan olmalıdır.

Rack-da quraşdırıla bilən server.

Server kabel çəkmək üçün bracket-lər ilə və rack-da quraşdırmaq üçün teleskopik relslərlə təchiz edilməlidir.

1.2

Prosessor

Prosessorlar 3rd Gen Intel Xeon Scalable-dan köhnə olmamalıdır.

Hər bir prosessorun fiziki core-larının sayı 20-dən az olmamalıdır, thread-ların sayı 40-dan az olmamalıdır, əsas takt tezliyi 2.3 GHz-dən az olamamalıdır, maksimal takt tezliyi 3.4 GHz-dən az olmamalıdır, keş yaddaşı üçüncü səviyyə 30 MB-dan az olmamalıdır.

Konfiqurasiyada hər server üçün iki fiziki prosessor olmalıdır.

1.3

RAM

Ümumi RAM həcmi ən azı 512 GB olmalıdır (3200 MT/s sürətlə işləyən Dual Rank DDR4-3200 və ya daha yuxarı).

Gələcək upgrade-lar üçün 8 boş slot təmin edilməlidir.

1.4

Şəbəkə adapter-ları

Ən azı 2x 10GbE Base-T portu olmalıdır.

Şəbəkə adapteri PCIe yuvasını tutmamalıdır.

Ən azı 2x 1GbE Base-T portu,

Ən azı 2x 10/25GbE SFP28 portu,

Gələcək genişləndirmə üçün ən azı bir boş PCIe yuvası,

Serverdə xüsusi 1GbE idarəetmə portu olmalıdır.

Serverə birbaşa qoşulmaq üçün ən azı 2 USB 3.0 portu və qrafik port olmalıdır.

1.5

Boot drive-lar

Hər biri ən azı 240 GB tutumlu, M.2 tipli ən azı 2 solid-state drive.

RAID1 dəstəkləməlidir.

1.6

Enerji təchizatı

1+1 sxeminə görə redundancy dəstəkli PSU.

Hər modulun gücü ən azı 1400W təşkil etməlidir ("hot replacement" dəstəyi ilə).

1.7

Soyutma alt sistemi

Serverdə N+1-dən pis olmayan, fail-safe konfiqurasiyada kifayət qədər fan-ları olan soyutma sistemi olmalıdır.

1.8

İdarəetmə

Lokal şəbəkə vasitəsilə serverin uzaqdan idarə edilməsi və monitorinqi üçün adapter.

Adapter və idarəetmə interfeysi aşağıdakıları təmin etməlidir:

- serverdən statistik məlumatların toplanması;

- server komponentlərinin vəziyyətini izləmək;

- brauzer vasitəsilə serverin qrafik konsoluna daxil olmaq;

- command line (local/remote);

- SSL, SSH istifadə edərək təhlükəsiz rabitə və giriş icazəsi üçün Active Directory ilə inteqrasiya imkanı.

- uzaqdan idarəetmə kanalının parolla qorunması.

1.9

Zəmanət və dəstək

İstehsalçıdan 36 ay müddətinə zəmanət dəstəyi, o cümlədən:

İstehsalçının mühəndisləri ilə real vaxt rejimində “hotline” dəstəyi,

İstehsalçının zəmanətdən sonrakı dövrdə istifadə etmək imkanı daxil olmaqla, mövcud yamaqlara, versiyalara və proqram relizlərinə access-in verilməsi,

 

Zəruri hallarda avadanlığın istismarı ilə bağlı məsələləri həll etmək üçün istehsalçının mühəndisinin Sifarişçiyə yerində baş çəkməsi.

2. Storage (1 ədəd)

2.1

Ümumi tələblər

Sistem, istehsalçının satışın sonu ("End of sale"), dəstəyin ("End of support") və ya həyat dövrünün bitdiyini ("End of life") elan etmədiyi bir model diapazonundan olmalıdır.

Aktiv controller-ların sayı ən azı 2 ədəd olmalıdır (iki, aktiv-aktiv ULP (ALUA)).

2.2

Performans və tutum

İstifadə edilə bilən disk sahəsi compression və deduplication texnologiyaları istisna olmaqla, ən azı 7 TB olmalıdır.

Disk storage növü – ən az SSD + 10K HHD disklər olmalıdır.

RAID-1, RAID-5, RAID-6, RAID-10 və digər RAID tipli disk qruplarını dəstəkləməlidir.

Drive-ların sayı (minimum):

  • hər biri ən azı 900 GB tutumlu ən azı 4 SSD drive
  • hər biri ən azı 1 TB tutumlu ən azı 7 10K HDD drive

Ən az 32 GB DDR RAM (prosessor keşi) olmalıdır (bir controller üçün 16 GB)

Sistem performansı 50/50 (Oxuma/Yazma) yük profili ilə ən azı 4600 IOPS, 8K blok olmalıdır.

2.3

İnterfeyslər

Sistem aşağıdakı şəbəkə adapterləri ilə FC və ISCSI protokollarını dəstəkləməlidir:

FC 32Gb/s

ISCSI 28Gb/s SFP28

ISCSI 10Gb/s Base-T

ISCSI 25Gb portlarının sayı storage başına ən azı 8 ədəd olmalıdır.

8 ədəd DAC SFP28 5M kabeli (hər port üçün bir) təmin edilməlidir. MGMT portları: ən azı 1GbE BaseT x 2 ədəd (bir controller üçün bir port)

2.4

Genişlənmə

SFF (24 disk) və high-density (80-dən çox disk) disk rəflərini dəstəkləməlidir.

Əlavə disk rəfindən istifadə etmədən ən azı 13 disk əlavə etməklə upgrade dəstəkləməlidir.

Disk qrupuna (pool) yeni disklər əlavə edildikdə sistem disk qruplarının (pool) məlumat balansını təmin etməlidir.

Genişlənməni (expansion) dəstəkləməlidir: minimum 200 ədədə qədər disk

2.5

Dayanıqlılıq

Drive-lar, enerji təchizatı, controller-lar, disk rəfinin konnektorları kimi massiv komponentlərini "hot" rejimdə əvəz etmək imkanı olmalıdır.

Bütün storage komponentlərinin təkrarlanması (Lack of a single point of failure) təmin edilməlidir.

Snapshot yaratmaq və onlardan sonra bərpa etmək imkanı olmalıdır.

Xarici elektrik kəsilməsi halında keş yaddaşını disklərə və ya qeyri-sabit yaddaşa saxlamaq imkanı olmalıdır.

2.6

Licensing and Management features

Sistem command-line və ya WEB interfeysi vasitəsilə idarə edilməlidir.

RAID, Thin Provisioning, SSD Read Cache, Replication, Snapshots, Tiering, Volume Copy, Encryption, Virtualization və s. daxil olmaqla heç bir məhdudiyyət olmadan bütün lisenziyalı proqram təminatları olmalıdır.

Müxtəlif iş rejimlərini dəstəkləməlidir (linear storage mapping / virtual storage mapping)

vCenter və SRM ilə inteqrasiyanı, storage idarəetməsinin avtomatlaşdırılmasını dəstəkləməlidir

2.7

Zəmanət və dəstək

İstehsalçıdan 36 ay müddətinə zəmanət dəstəyi, o cümlədən:

İstehsalçının mühəndisləri ilə real vaxt rejimində “hotline” dəstəyi,

İstehsalçının zəmanətdən sonrakı dövrdə istifadə etmək imkanı daxil olmaqla, mövcud yamaqlara, versiyalara və proqram relizlərinə access-in verilməsi,

Zəruri hallarda avadanlığın istismarı ilə bağlı məsələləri həll etmək üçün istehsalçının mühəndisinin Sifarişçiyə yerində baş çəkməsi.

Tender iştirakçısına olan tələblər:

  • Təchizatçının avadanlığın istehsalçısı ilə rəsmi əməkdaşlıq statusu olmalıdır.
  • Təchizatçı MAF (Manufacturer Authorization Form) təmin etməlidir.
  • Təchizatçı həllin bütün texniki tələblərə uyğun olduğuna dair əsaslandırma təqdim etməlidir.
  • Təchizatçı avadanlıqları müqavilə imzalandığı tarixdən ən gec 60 gün ərzində çatdırmalıdır.

Xüsusi qeydlər:

1-ci və 2-ci bəndlərdəki texniki tələblərlə oxşar və ya daha üstün performans, tutum, funksionallıq təmin edən təkliflər də qəbulediləndir.

Tenderlə bağlı sualları [email protected] elektron ünvanına göndərə və yaxud *0713 (daxili 705) telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə