Previous Next
Bağla

Qubad İbadoğlu: “Seçkilər ən az 10 il sonra virtual yolla keçirilə bilər”.

03-11-2010 08:36
Qubad İbadoğlu: “Seçkilər ən az 10 il sonra virtual yolla keçirilə bilər”.

Azərbaycanın ən müstəqil İKT portalı olan Xeberler.az-ın Seçki və İKT layihəsi davam edir. Müsahibimiz namizədliyini 20 saylı Nərimanov İkinci Seçki Dairəsindən irəli sürmüş Qubad İbadoğlu Bayramovdur.

- Seçki marafonunda internet və yeni medianın imkanlarından necə istifadə edirsiniz?

- Mən öz təbliğatımın aparılmasında facebookdan geniş istifadə edirəm. Görüşlərim barəsindəki elanları və bir çox məlumatları məhz facebook səhifəmdə yerləşdirirəm. Xüsusilə də mənim televiziyada çıxışımdan sonra rəyləri öyrənmək üçün məhz bu videonu facebooka yerləşdirdim. Öz çıxışımla bağlı bir çox şərhlər əldə etdim. Onu da qeyd edim ki, bizim dairədə internet istifadəçilərinin çoxluq təşkil etməsi facebookda seçicilərlə görüşmək imkanlarımı daha da artırır.

- Azərbaycanda internet son illərdə kütləviləşməyə başlasa da, hələ də elə insanlar var ki, internet haqda anlayışları yoxdur. Sizcə internetdəki təbliğatın effekti olacaqmı?

- Hesab eliyirəm ki, az da olsa bunun effekti olacaq. Ancaq tam effekt əldə etmək üçün ən azı 5 il lazımdır. Bayaq qeyd etdiyim kimi, mənim namizədliyim Bakı şəhərindəndir. Ona görə də, bölgələrə nisbətən bizim ərazidəki internet istifadəçilərinin sayı çoxluq təşkil edir.

- Ümumiyyətlə, maraqlanmısız ki, sizin dairədən olan insanların neçə faizi internetin imkanlarından yararlanır?

- Bu haqda məlumatım yoxdur, ancaq onu deyə bilərəm ki,  ən azından 5 nəfərdən birinin internetə çıxışı var.

- Sosial şəbəkələr və bloqlar. Sizcə təbliğat üçün hansı daha üstündür?

- Sosial şəbəkələr daha üstündür. Çünki bloqlarda müəyyən bir auditoriya ilə əlaqə yaratmaq imkanı olur. Ancaq, sosial şəbəkələrdə daha geniş auditoriyaya müraciət etmək imkanları var.

- Seçicilərlə görüşlərinizi bloqunuzda və ya youtube-də yayımlamaq fikiriniz varmı?

Bloqum olmasa da, görüşlərimin video çarxlarını “YouTube” a yerləşdirmişik. Bu da daha effekli olur.

- Internet portallara reklam verəcəksinizmi? Verəcəksizsə hansı şərtləri ödəyən saytlara üstünlük verəcəksiz?

- Təəssüf ki, mənim daha geniş kampaniya aparmaq imkanlarım olmadı. Buna görə də. reklamlarımı portallarda verməmişəm. Mənə elə gəlir ki, Facebook sosial şəbəkəsi məhz reklam üçün də əvəzolunmazdır. Bayaq qeyd etdiyim kimi, burda sənin reklamını bir çox insanın görmək imkanı var.

- Bəziləri düşünür ki, Azərbaycanda siyasi vəziyyət mürəkkəbləşsə facebook, youtube, tvitter kimi saytlara qadağa qoyulacaq. Sizcə belə bir hal ola bilərmi? Əgər olsa nə kimi tədbirlərə əl atacaqsınız?

- Düşünmürəm ki, Azərbaycanda hər hansı bir siyasi vəziyyət gərginləşən zaman, sosial şəbəkələrə qadağalar qoyula bilər. Sosial şəbəkələrin populyarlaşması hər hansı siyasi qanunun verilməsi ilə nəticələnə bilər. Ancaq, ümumiyyətdə bu halın yaşanacağına inanmıram. 

- Bu yaxınlarda deputatlığa namizədlərdən biri belə bir təklif irəli sürdü ki, seçkilərdən əvvəl virtual seçki keçirilsin. Onun fikrincə bu addım seçkiləri daha da şəffaf edər. Siz bu fikirlə razısınızmı? Sizcə belə bir şeyə ehtiyac varmı?

- Seçkilərin virtual yolla keçirilməsi mənə elə gəlir ən azı 10 ildən sonra ola bilər. Bu da təbiidir. Çünki internet artıq bizim günlük yaşantımıza çevrilib. Təbii ki, seçkilərin virtual yolla keçirilməsi şəffaflığın nə dərəcə də qorunacağı məsələsini ortaya çıxardır. 

- Namized.com saytındakı internet səsverməsində hazırda 4-cü yerdəsiniz. Sizcə 7 noyabrda daha yaxşı nəticə yaşanacaqmı?

- Bu səsvermələrin reaalığı əks etdirməsi biraz şübhə doğurur. Ona görə bu tip səsvermələrə elə də əhəmiyyət vermirəm. Bu səsvermələr ictimai rəyə təsir etmək üçün bir vasitədir. Hətda mən bildiyim qədərilə namized.com kimi bir sıra portallar da belə səsvermələrdən istifadə edir.

- Xeberler.az-ın yeni layihəsi olan “Seçki və İKT” haqqında nə deyə bilərsiniz?

- Bütövlükdə, Azərbaycanda şəffaflıq yönümü nəzərindən hökümətdə yaxşı idarəetmənin inkişafı üçün İKT-nin tətbiqi genişləndirilməlidir. İdarəetmə sitemində və bütövlükdə elektron hökümətin qurulmasında İKT-nin xidmətlərini yüksək qiymətləndirirəm. Xeberler.az portalına gələcək fəaliyyətində uğurlar arzulayıram.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Taryel Vəliyev: “Seçkilərin virtual keçirilməsi obyektivliyin qarşısını alar”.

01-11-2010

Nəsiman Yaqublu: “Mən internetin imkanlarından o qədər də istifadə etmirəm”.

26-10-2010

Qənimət Zahid: “Virtual seçki yeni texnologiyalardan kənarda qalan vətəndaşların siyasi proseslərdən kənarda saxlanması demək olardı”.

20-10-2010

Elşən Musayev: “Internet mənim üçün ən çox informasiya bazası rolunda çıxış edir”.

28-10-2010

Samir Əsədli: “Mənim namizəd olduğum dairədə heç 1% insan da internetdən istifadə etmir.”

28-09-2010

Razi Nurullayev: “Seçicilərlə görüşlərimi həm bloqumda, həm də facebookda yerləşdirəcəm”.

29-09-2010

Araz Quliyev: “Xaçmazda internet problemleminin aradan qaldırılması üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

16-10-2010

Bəxtiyar Hacıyev : “Biz internetdən təbliğat üçün yox, təşkilatlanmaq üçün istifadə edirik”

24-10-2010

Anar Qasımov: “İnternetdə təbliğatın seçki üçün çox mühüm əhəmiyyəti olacağına inanıram”

04-10-2010

Aydın Xan Əbilli: «Mən təklif edərdim ki, bizim seçki məcəlləsində dəyişiklik olsun və virtual seçki keçirilsin»

24-09-2010

Azər Həsrət: “İnternetin imkanlarından tam gücüylə istifadə etməyə çalışıram”

27-09-2010

“Bütün tərəfdarlarımı namized.com-da səsverməni dayandırmağa çağırıram”

01-11-2010

Facabook və digər bu kimi sosial şəbəkələrdə seçki təşviqatı qadağan oluna bilərmi ?

29-07-2010

Sosial media və seçkilər: Namizədlər yeni mediadan necə yararlanır?

24-09-2010

“İnternet ancaq uşaqlar üçün məhdudlaşdırıla bilər”

13-03-2013

Deputatlığa iddia edən Azər Həsrət reklam qiymətlərini açıqladı

22-09-2010

Facebooka nifrət etdirən 4 səbəb

10-11-2010

Sosial şəbəkələrin xəstəlik yaradıcılığı

07-01-2011

Seçkiqabağı kampaniya: internet televiziyaları ənənəvi televiziyaları əvəz edir

30-08-2013

İnternet inqilabı insanları tərəqqiyə, yoxsa tənəzzülə aparır?

22-07-2010

DEPUTATLIĞA NAMİZƏDƏ QARŞI FACEBOOK TƏXRİBATI

26-09-2010

Osman Gündüz: Facebook-un bağlanmasından söhbət gedə bilməz

03-12-2014

Facebookda şifrənizi qorumağın 3 yolu

18-03-2011

“AZƏRBAYCANDA SEÇKİLƏRİN İNFORMASİYA MƏNBƏYİ ROLUNDA ÇIXIŞ EDİRİK”

19-10-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə