Previous Next
Bağla

Azərbaycanda telefon rabitəsinin yaradılmasından 140 il ötür

22-06-2021 12:00
Azərbaycanda telefon rabitəsinin yaradılmasından 140 il ötür

Bu il Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 140 illiyi tamam olur.

Artıq yubileylə bağlı “Azərbaycan Telefon Rabitəsi 140” loqotipi hazırlanıb. Yubiley çərçivəsində il ərzində bir sıra silsilə tədbirlər həyata keçiriləcək.

Xeberler.az bildirir ki, jurnalistlər arasında mövzu ilə bağlı müsabiqənin keçirilməsi, İKT-də xüsusi rolu olan qadınların mükafatlandırılması, rabitənin 140 illiyinə həsr edilmiş markanın, zərfin və xatirə nişanının hazırlanması nəzərdə tutulur.

Eyni zamanda, regionlarda rabitə və yüksək texnologiyalar sahəsi haqqında biliklərin artırılması məqsədilə ödənişsiz onlayn kursların təşkili planlaşdırılır. Həmçinin könüllü qanvermə aksiyası, müvafiq mobil operator tərəfindən bir neçə regionda təmənnasız səyyar mobil diş və mobil göz klinikaları təşkil olunacaq.

Müvafiq mobil və sabit şəbəkə operatorları müxtəlif xidmətlər üzrə xüsusi güzəştli kampaniyalar keçirəcək.

Rabitənin tarixi barədə sənədli filmin çəkilişi də görüləcək işlər sırasındadır. Rabitəçi şəhid ailələri, qocaman rabitəçilər evlərində ziyarət ediləcək, rabitə sahəsində uzun müddət çalışan əməkdaşlar xüsusi diplomlarla təltif ediləcək.

Xatırladaq ki, Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında “Qafqaz və Merkuri” Paroxod Cəmiyyəti tərəfindən inşa edilib. Xətt cəmiyyətin “Naberejnaya” küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən “Kaspi” neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında “Nobel qardaşları cəmiyyəti” telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və “Nobel qardaşları cəmiyyəti”nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin ilə təsadüf edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərpoçt” “Azərbaycan Telefon Rabitəsi 140” loqotipli bank kartları təqdim edib

03-11-2021

Telefon rabitəsinin yaranmasının 140 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb

06-12-2021

Rabitə sahəsi işçilərinin peşə bayramı Gəncədə qeyd olunub

06-12-2016

6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

06-12-2021

6 dekabr Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

05-12-2008

Rabitəçilər peşə bayramlarını qeyd edir

06-12-2016

Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

06-12-2025

Azərbaycanda mobil telefon abonentlərinin sayı artıb

26-07-2010

Bakı Telefon Rabitəsi-nin əməkdaşları təltif ediliblər

14-12-2019

Telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə əlaqədar jurnalistlər üçün müsabiqə elan olunub

21-10-2021

Bakının mərkəzində sakinlər telefonsuz qalıb

09-07-2011

Karantin günlərində “Aztelekom” və “Baktelecom” fəaliyyətini davam etdirəcək

13-06-2020

Telefon qovşaqlarının adları dəyişdirilib

30-11-2018

Şəhid övladları “Rabitə” muzeyini ziyarət ediblər

09-12-2021

Müharibə əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olundu

24-05-2019

Azərbaycanda krizis vəziyyətinə düşən gənclər üçün pulsuz psixoloji telefon xətti yaradılıb

24-10-2009

Azərbaycanda ilk telefon xətti bu gün işə düşüb

06-12-2015

Nazirliyin qurumu təşkilati hüquqi formasını dəyişdi

27-07-2017

Bakı Telefon Rabitəsi yenidən təşkil olunur

24-10-2018

140 illik tarix bağlandı: Baktelecom rəsmən tarixə qovuşdu - Ekspert

16-05-2025

Nazirlik güzəştli şərtlərlə telefon çəkilişlərinə başlayır

21-11-2015

Azərbaycanda hər 100 nəfərə 78 mobil telefon düşür

28-07-2009

Azərbaycanda mobil rabitə gəlirləri artıb

20-02-2026

Bu il mobil telefon rabitəsindən əldə olunan gəlir artıb

16-11-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə