Previous Next
Bağla

Təltif olunan rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə dövlət mükafatları təqdim edilib

08-01-2022 17:22
Təltif olunan rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə  dövlət mükafatları təqdim edilib

6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif edilmiş sahə əməkdaşlarına dövlət mükafatlarının təqdim olunma mərasimi keçirilib.

Xeberler.az bildirir ki, tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təltif olunan sahə işçilərini təbrik edib, cənab Prezidentə göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.

“İnanıram ki, əməyinə verilən bu yüksək qiymət hər bir sahə işçisini daha məsuliyyətli olmağa, böyük motivasiya və əzmlə çalışmağa sövq edəcək”, –
deyə nazir vurğulayıb.

Rəşad Nəbiyev bildirib ki, Sovet hakimiyyəti dövründə və müstəqil Azərbaycanda rabitə sektorunun inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Cənab Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsində innovativ layihələrin tətbiqi geniş vüsət alıb.

Tədbirdə nazirliyin ötən il əldə etdiyi nailiyyətlər, xüsusilə işğaldan azad edilmiş ərazilərdə görülmüş işlər haqqında məlumat verilib.

Bildirilib ki, 150 min ev təsərrüfatında müasir yüksək sürətli internetə imkan verə bilən fiber-optik xətlər çəkilib. 2024-cü ilin sonunadək evlərin 100 faizi müasir texnologiyalarla yüksək sürətli internetlə təmin ediləcək.

Əlavə edilib ki, 2021-ci ildə avtomobillərə “Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirilib, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar üçün “İcazə blankları”nın bölgüsü qaydaları dəyişdirilib, dənizçilərə sertifikatların verilməsi prosesi sadələşdirilib.

Qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə ötən il ərzində təxminən 50 faiz ərazidə “4G” mobil texnologiyaların şəbəkəsi qurulub, 35 faiz teleradio yayımı bərpa edilib, 4 istiqamətdə poçt xidmətlərinin göstərilməsinə başlanılıb. Eyni zamanda, 1400 km uzunluğunda fiber-optik xətlərin çəkilişi davam etdirilir. Hazırda 1500 km-dən çox avtomobil yollarının, 3 hava limanının, regionu digər regionlarla bağlayan strateji dəmir yollarının inşası üzrə işlər davam edir.

Nazir çıxışının sonunda 2022-ci ildə rəqəmsallaşma və nəqliyyat sahəsində həyata keçirilməsi nəzərdə tutulan işlər barədə danışıb.

Sonra Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illik yubileyinə həsr edilmiş sənədli film nümayiş etdirilib.

Tədbirin davamında 3-cü dərəcəli “Əmək” ordeni, “Tərəqqi” medalı və “Əməkdar mühəndis” fəxri adı ilə təltif olunmuş şəxslərə dövlət mükafatları təqdim olunub.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2021-ci il tarixli “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təltif olunmuş əməkdaşlarına medallar təqdim edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Təltif olunan rəqəmsal inkişaf və nəqliyyat sahəsi işçilərinə dövlət mükafatları təqdim edilib

20-09-2024

Nəqliyyat sahəsi işçilərinə dövlət mükafatları təqdim edilib

16-12-2025

Azərbaycanda 150 min ev təsərrüfatı fiber-optik xətlərlə təmin olunub

08-01-2022

Təltif olunan rabitə və informasiya texnologiyaları işçilərinə mükafatlar təqdim edilib

19-12-2024

Rabitə və informasiya texnologiyaları sahəsi işçiləri medallarla təltif edilib

06-12-2008

Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

06-12-2025

6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

06-12-2024

Rabitə sahəsi işçilərinin peşə bayramı Gəncədə qeyd olunub

06-12-2016

6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

06-12-2021

Bakıda rəqəmsal inkişaf və nəqliyyat prioritetlərinə dair seminar keçirilir

27-01-2022

Prezident rabitə və yüksək texnologiyalar sahəsinin işçilərini təltif edib - Siyahı

06-12-2017

Nazirliyin bəzi dövlət qulluqçuları səmərəli fəaliyyətlərinə görə təltif ediliblər

23-06-2020

Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

02-06-2020

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə təbrik

05-12-2015

Prezident İlham Əliyev İKT sahəsi işçilərini təltif edib

02-12-2016

Dövlət Xidmətində Peşə Bayramı münasibətilə tədbir keçirilib

26-09-2025

Laçında Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupun iclası keçirilib

08-08-2023

Prezident rabitə və informasiya texnologiyaları sahəsində çalışanları təltif edib

06-12-2021

Rabitə və informasiya texnologiyaları sahəsi işçiləri təltif edilib

05-12-2024

Xocalı rayonu telekommunikasiya xidmətləri ilə təmin edilib

21-02-2025

Xankəndidə olan yaşayış yerləri telekommunikasiya ilə təmin edilib

18-03-2025

Azad edilmiş ərazilərdə TV-radio yayımının təşkili müzakirə edilib

28-12-2021

Zəngilanda radio və televiziya yayımı təmin olunub

20-10-2021

Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

04-10-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə