Previous Next
Bağla

Azərbaycanda ilk telefon xətti bu gün işə düşüb

06-12-2015 12:06
Azərbaycanda ilk telefon xətti bu gün işə düşüb

Dekabrın 6-sı rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli Sərəncamına əsasən hər il dekabrın 6-sı ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayram kimi qeyd edilir.

Bu bayramın təsis olunması Azərbaycanda ilk telefon xəttinin işə düşməsi ilə bağlıdır.

Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdi.

Ölkəmizdə rabitə sahəsi ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb. Ötən əsrin 70-80-ci illərində poçt, teleqraf və teleradio proqramlarının yayımı sahəsində diqqətəlayiq nailiyyətlər qazanılmışdı. Bakıda Rabitə evi, onlarla rayon mərkəzində rabitə qovşaqları üçün binalar, 300-dən çox poçt şöbəsi binası tikilmişdi. 1979-cu ildə 310 metr hündürlüyə malik yeni teleqüllənin layihəsi təsdiq edilmiş və 1981-ci ildə obyektin tikintisinə başlanılmışdı. Bir sıra obyektiv və subyektiv səbəblər üzündən ləngiyən tikinti işlərini ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə başa çatdırmaq mümkün olmuşdu.

Son illər ölkəmizdə informasiya texnologiyaları sektoru sürətlə inkişaf edir. İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə gəlirlərin artım tempi dünya üzrə bu göstəricini bir neçə dəfə üstələyir. Azərbaycanda rabitə və İKT sektorunun hazırkı sürətli inkişafı Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində əldə olunub.

Azərbaycan rəqəmli fərqliliyin aradan qaldırılması və regionun İKT mərkəzinə çevrilməsi istiqamətində bir sıra mühüm irimiqyaslı regional layihələr həyata keçirir. “Trans-Avrasiya Super İnformasiya Magistralı”, milli telekommunikasiya peykinin orbitə çıxarılması, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması bu sektor üzrə həyata keçirilən işlərin yalnız bir qismidir.

Qeyd edək ki, Rabitə və yüksək texnologiyalar naziri səlahiyyətlərini icra edən, nazirin birinci müavini Ramin Quluzadə ötən gün Rabitə və informasiya texnologiyaları sahəsi işçilərini təbrik edib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

06-12-2025
6 dekabr Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

6 dekabr Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

05-12-2008
6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

06-12-2021
Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə təbrik

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə təbrik

05-12-2015
6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

06-12-2024
Rabitə sahəsi işçilərinin peşə bayramı Gəncədə qeyd olunub

Rabitə sahəsi işçilərinin peşə bayramı Gəncədə qeyd olunub

06-12-2016
Rabitəçilər peşə bayramlarını qeyd edir

Rabitəçilər peşə bayramlarını qeyd edir

06-12-2016
Bu gün rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

Bu gün rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

06-12-2022
Saytımızın təbriki!!!

Saytımızın təbriki!!!

06-12-2008
Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətində Heydər Əliyevlə bağlı tədbir keçirilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətində Heydər Əliyevlə bağlı tədbir keçirilib

08-05-2023
Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

11-11-2008
Ramin Quluzadə İKT sahəsində çalışanları təbrik etdi

Ramin Quluzadə İKT sahəsində çalışanları təbrik etdi

31-12-2015
RİNN əməkdaşları Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

RİNN əməkdaşları Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

06-12-2021
NRYTN-da Ulu Öndərin anadan olmasının 96-cı ildönümü qeyd edilib

NRYTN-da Ulu Öndərin anadan olmasının 96-cı ildönümü qeyd edilib

09-05-2019
Prezident İlham Əliyev İKT sahəsi işçilərini təltif edib

Prezident İlham Əliyev İKT sahəsi işçilərini təltif edib

02-12-2016
Təltif olunan rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə  dövlət mükafatları təqdim edilib

Təltif olunan rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə dövlət mükafatları təqdim edilib

08-01-2022
“CeBIT Bilişim Eurasia 2010” informasiya texnologiyaları sərgisinə start verilir.

“CeBIT Bilişim Eurasia 2010” informasiya texnologiyaları sərgisinə start verilir.

07-10-2010
Regionlarda müasir telekommunikasiya xidmətləri təşkil edilir

Regionlarda müasir telekommunikasiya xidmətləri təşkil edilir

02-02-2016
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tezliklə fəaliyyətə başlayacaq

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tezliklə fəaliyyətə başlayacaq

08-04-2013
Rabitəçilər “Virtual rinq”də

Rabitəçilər “Virtual rinq”də

15-11-2010
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramıdır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramıdır

26-09-2024
Nazir rabitəçilərə təbrik ünvanladı

Nazir rabitəçilərə təbrik ünvanladı

06-12-2018
İnformasiya Texnologiyaları İnstitutunda elmi konfrans keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda elmi konfrans keçirilib

22-12-2023
Sumqayıtda İKT-nin inkişafı məqsədi ilə seminar keçirilib

Sumqayıtda İKT-nin inkişafı məqsədi ilə seminar keçirilib

04-12-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə