Previous Next
Bağla

Radiotezliklərdən istifadə məsələləri ilə bağlı dəyirmi masa keçirildi

07-10-2022 16:34
Radiotezliklərdən istifadə məsələləri ilə bağlı dəyirmi masa keçirildi

7 oktyabr tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə radiotezliklərdən istifadə məsələləri ilə bağlı görüş keçirilib. Tədbirdə nazirlik yanında İctimai Şuranın üzvləri, radiotezlik istifadəçisi olan şirkət rəsmiləri, müxtəlif qurumların nümayəndələri və mütəxəssislər iştirak ediblər.

Xeberler.az bildirir ki, görüşdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov radiotezlik istifadəçilərini son dövrlər bu sahədə görülən işlər və yeniliklər barədə məlumatlandırıb: “Ölkəmizdə innovativ cəmiyyətin və rəqəmsal iqtisadiyyatın qurulması, habelə rəqəmsal transformasiya yolunda ən vacib element etibarlı, sürətli, əlçatan internet şəbəkəsinin olmasıdır. Bu istiqamətdə dövlət-özəl tərəfdaşlığı çərçivəsində 2021-ci ilin sonuna kimi GPON texnologiyası əsasında 370 min ev təsərrüfatı yüksəksürətli internet şəbəkəsinə qoşulub, 2022-ci ildə isə daha 420 min ev təsərrüfatının qoşulması nəzərdə tutulur. 2024-cü ilin sonunadək ölkə ərazisindəki bütün ev təsərrüfatlarının internetlə təmin edilməsi və internetin minimum ortalama sürətinin 25 mbps-ə çatdırılması hədəflənir”.

Nazir müavini qeyd edib ki, Radiotezliklər üzrə Dövlət Komissiyasının 4 illik fasilədən sonra 2022-ci ildən yeni tərkibdə və formatda fəaliyyətə başlaması ilə tezlik ayrılmasında xüsusi canlanma yaranıb. Sahəni tənzimləyən ciddi normativ tənzimləyici sənədlər qəbul edilib və Dövlət Komissiyasının fəaliyyət göstərmədiyi dövr də daxil olmaqla, 400-dək müraciətə baxılaraq qərar qəbul edilib.

Rövşən Rüstəmov bildirib ki, “Təmiz radioefir” konsepsiyası irəli sürülüb. Konsepsiyada radiotezlik idarəçiliyində avtomatlaşdırmanın tətbiqi ilə tezliklərdən icazəsiz istifadənin minimallaşdırılması, tezliklərdən istifadədə əlçatanlığın və efir təhlükəsizliyinin təmin edilməsi və proseslərin sadələşdirilməsi nəzərdə tutulur. Konsepsiyanın reallaşdırılması üçün artıq real işlərə başlanılıb. Belə ki, “Radioelektron vasitələrin qeydiyyatı və radiotezliklərin ayrılması prosedurunun sadələşdirilməsi” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində radioelektron vasitələrinə (REV) müvafiq icazələrin verilməsi və onların qeydiyyatı prosesinin “Vahid pəncərə” prinsipi əsasında göstərilməsi nəzərdə tutulur. İlin sonunadək xidmətin istifadəyə verilməsi planlaşdırılır.

Nazir müavini əlavə edib ki, eyni zamanda, PMR 446 analoq və rəqəmsal əldə daşınan radiostansiyaların istifadəsi məqsədilə 446,000-446,100 MHs tezlik zolağından istifadə sadələşdirilib. Artıq bu zolaqdan istifadə etmək istəyənlər Dövlət Komissiyasına deyil, birbaşa Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə müraciət etməklə və müvafiq sənədləri təqdim etməklə 3 gün ərzində tezlikdən istifadəsini reallaşdıra bilərlər. Buna qədər tezliyin ayrılması prosesi orta hesabla 2 ay müddətində baş tuturdu.

Görüşdə o da vurğulanıb ki, beynəlxalq təşkilatların qərar və tövsiyələri və dünyanın əksər ölkələrinin təcrübəsi nəzərə alınmaqla tezlik sahəsində yeni Tarif Metodikası qəbul edilib və tariflər 28 sentyabr 2022-ci il tarixindən etibarən bu metodikaya uyğun olaraq müəyyən edilir. Metodika yuxarı tezlik zolaqlarından daha ucuz qiymətlə istifadə etməyə, regionlarda 25%, işğaldan azad olunmuş ərazilərdə isə 2,6 dəfə aşağı tariflə radiotezliklərdən istifadəyə imkan verir. Əvvəlki tariflərlə müqayisədə qeydiyyat yığımı haqqı üzrə tariflər ləğv edilib. Yalnız birdəfəlik və illik istismar haqqı ödəniləcək. Əvvəlki tariflərdə əsasən radioelektron vasitələrin sayı əsas götürülürdüsə, yeni metodikada radiotezlik zolağının həcmi (genişliyi) əsas götürülür ki, bu da istifadəçilərin qeydiyyatsız REV-lərdən istifadə etməsini əhəmiyyətsiz edir. Bununla da Azərbaycan beynəlxalq yanaşmaya uyğun olaraq, “REV əsaslı tariflərdən tezlik əsaslı tarifə” keçidi təmin etmiş oldu.

Bəzi radiotezlik istifadəçiləri tərəfindən hələ də icazəsiz olaraq onlara ayrılmış tezliklərdə qeydiyyatda olmayan REV-lər, bəzi hallarda hətta onlara ayrılmamış tezliklərdən istifadə edirlər. 2021-ci ildə 3,0 min, 2022-ci ilin 9 ayında isə 3,5 min belə icazəsiz REV aşkarlanıb. İcazəsiz tezlik istifadəçilərinə və qeyri-qanuni olaraq REV-lərin idxalı və istifadəsinə qarşı digər tədbirlər davam etdirilir.

Qeyd edilib ki, radiotezlik sahəsində aparılan yeniliklərdə əsas məqsəd hüquqi, iqtisadi və texniki tənzimləmə alətləri ilə tezlik istifadəçilərinin radiotezliklərdən şəffaf, ədalətli və səmərəli istifadəsinin təmin edilməsi, xidmət səviyyəsinin artırılması, eyni zamanda ölkəmizdə yeni və simsiz texnologiyaların inkişafının və tezliklərdən effektiv istifadənin stimullaşdırılmasıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

RİNN radiotezliklərdən istifadə tariflərini yeni metodika əsasında müəyyən edəcək

28-09-2022

Əldə daşınan radiostansiyalar üçün tezliklərin ayrılması proseduru sadələşdirildi

13-07-2022

Radioelektron vasitələrin quraşdırılması və istismarı qaydası dəyişib

31-07-2023

Radiotezlik resurslarından istifadə edilməsi mövcud qanunvericilik çərçivəsində tənzimlənir

05-06-2024

Azərbaycanda radiotezliklərin ayrılması haqqında qərarın ləğv ediləcəyi yeni hallar müəyyənləşib

04-02-2023

Radiotezlik istifadəçiləri və radioelektron vasitələrin statistikası açıqlanıb

05-05-2015

Tezliklərdən istifadə və radiomonitorinq tədbirləri həyata keçirilir

15-11-2024

Radiotezlik istifadəçisinə vurulan zərərə görə kompensasiya veriləcək

28-12-2023

Radiotezlik istifadəçiləri haqda statistika açıqlanıb

02-10-2015

Ekspert: “Tezlik mənimdir, özüm bilərəm” dövrü başa çatdı

04-10-2022

Qeydiyyata alınan radiotezlik istifadəçilərinin sayı açıqlanıb

04-12-2015

Radiotezliklər üzrə Dövlət Komissiyasının iclası keçirilib

04-04-2025

Radiotezliklər üzrə Dövlət Komissiyası 33 müraciətə müsbət cavab verib

13-03-2026

Radiotezliklər üzrə Dövlət Komissiyası müraciətləri müsbət cavablandırıb

05-09-2025

Telefonların IMEI nömrəsinin dəyişdirilməsi ilə bağlı qadağalar təsdiqləndi

27-12-2022

Radiotezliklər üzrə Dövlət Komissiyasının vəzifə və hüquqları məlum olub

18-12-2021

Dövlət Radiotezliklər İdarəsininin fəaliyyəti müzakirə edilib

13-01-2023

Ölkə ərazisində radiotezlik resursları 10 il müddətinə ayrılacaq

10-02-2023

Radiotezliklərdən istifadə hansı halda məhdudlaşdırılacaq?

10-11-2022

Bu il Radiotezliklər üzrə Dövlət Komissiyası 19 müraciəti müsbət cavablandırıb

11-06-2024

Ekspert: Nazirlik tezlik sektorunda normal mühit formalaşdırmaqda israrlıdır

07-10-2022

Son 4 ayda Radiotezliklər üzrə Dövlət Komissiyası 17 müraciəti müsbət cavablandırıb

08-10-2024

“Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə” təsdiqlənib

18-12-2021

Radiotezliklər üzrə Dövlət Komissiyasının ilk iclası keçirilib

18-01-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə