Previous Next
Bağla

Rasim Bəxşi "Everpure" şirkətinin regional satış meneceri təyin olunub

04-06-2026 14:35
Rasim Bəxşi "Everpure" şirkətinin regional satış meneceri təyin olunub

Beynəlxalq texnologiya şirkəti Everpure Rasim Bəxşini Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə ərazi satış meneceri vəzifəsinə təyin edib.

Xeberler.az məlumat verir ki, yeni vəzifəsində Rasim Bəxşi şirkətin regionda biznesinin inkişafı, tərəfdaşlar və müştərilərlə əməkdaşlığın genişləndirilməsi, həmçinin Everpure həllərinin bazarda təşviqi istiqamətində fəaliyyət göstərəcək.

Qeyd edək ki, informasiya texnologiyaları və korporativ satışlar sahəsində təxminən 30 illik təcrübəyə malik olan Rasim Bəxşi karyerası ərzində rəqəmsal transformasiya layihələrinin həyata keçirilməsi, tərəfdaş şəbəkələrinin qurulması və korporativ müştərilər üçün texnoloji həllərin tətbiqi sahələrində çalışıb.

O, Everpure-a qoşulmazdan əvvəl Lenovo Global Technology Azerbaijan şirkətinin direktoru vəzifəsində işləyib. Həmin dövrdə iştirak etdiyi mühüm layihələrdən biri Azərbaycanın ən böyük bulud xidmətləri provayderi olan AzInTelecom bazasında ölkənin ilk superkompüter mərkəzinin yaradılması olub. Mərkəz yüksək məhsuldarlıqlı Lenovo ThinkSystem serverləri üzərində qurulub.

Rasim Bəxşi təyinatla bağlı LinkedIn səhifəsində paylaşdığı fikirlərdə bildirib ki, məlumatların biznes üçün əsas resursa çevrildiyi və süni intellekt texnologiyalarının yeni imkanlar yaratdığı bir dövrdə fəaliyyət göstərirlər.

“Biz elə bir dövrə qədəm qoymuşuq ki, məlumatlar biznes üçün açar resursa çevrilir, süni intellekt isə onlardan istifadə üçün yeni imkanlar açır. Karyeram boyu mən təşkilatlara məlumatlardan maksimum dəyər əldə etməyə kömək edən texnologiyalarla işləməyə çalışmışam. Buna görə də Everpure-a qoşulmaq mənim üçün məntiqli addım və şirkətin, eləcə də onun regiondakı müştərilərinin inkişafına töhfə vermək imkanı oldu”, – deyə o qeyd edib.

Məlumata görə, təyinat Everpure-in Cənubi Qafqaz və Mərkəzi Asiya bazarlarında mövqeyini gücləndirmək strategiyasının tərkib hissəsidir. Son illərdə regionda məlumatların saxlanılması, qorunması və idarə olunması həllərinə marağın artması, bulud texnologiyaları, analitik platformalar və süni intellekt layihələrinin genişlənməsi şirkətin fəaliyyət istiqamətlərinə əlavə imkanlar yaradır.

 

 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Lenovo Global Technology Azərbaycanda törəmə şirkət təsis edib

Lenovo Global Technology Azərbaycanda törəmə şirkət təsis edib

23-10-2019
Bakıda keçirilən “Lenovo Günü” çərçivəsində İT bazarının tendensiyaları müzakirə edilib

Bakıda keçirilən “Lenovo Günü” çərçivəsində İT bazarının tendensiyaları müzakirə edilib

19-12-2023
HP şirkətinin meneceri:“ Azərbaycanda noutbukların satışı ikiqat artıb”

HP şirkətinin meneceri:“ Azərbaycanda noutbukların satışı ikiqat artıb”

13-07-2009
Lenovo ilk blokçeyn layihəsini təqdim etdi

Lenovo ilk blokçeyn layihəsini təqdim etdi

18-12-2018
Intel, Nutanix və Lenovo şirkətinin birgə konfransı keçirilib

Intel, Nutanix və Lenovo şirkətinin birgə konfransı keçirilib

18-07-2018
Təşkilatların təklif etdiyi İT həllər bəzi hallarda ölkə qanunvericiliyinə ziddir

Təşkilatların təklif etdiyi İT həllər bəzi hallarda ölkə qanunvericiliyinə ziddir

23-09-2019
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub

“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub

15-12-2025
Delta Telecom yüksək statusa layiq görülüb-Foto

Delta Telecom yüksək statusa layiq görülüb-Foto

03-10-2016
"TikTok” və “Google”da rəhbər vəzifədə çalışmış şəxs “Visa”nın Azərbaycan üzrə rəhbəri təyin edilib

"TikTok” və “Google”da rəhbər vəzifədə çalışmış şəxs “Visa”nın Azərbaycan üzrə rəhbəri təyin edilib

19-05-2023
Bakıda "Lenovo Day 2025" İT Forumu keçirilib

Bakıda "Lenovo Day 2025" İT Forumu keçirilib

05-12-2025
 Bakıda Oracle Day konfransı keçirilir

Bakıda Oracle Day konfransı keçirilir

15-05-2018
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

08-06-2026
“AzInTelecom” və Lenovo Azərbaycanda ilk Superkompüter Mərkəzini istifadəyə verib

“AzInTelecom” və Lenovo Azərbaycanda ilk Superkompüter Mərkəzini istifadəyə verib

19-02-2026
Rəqəmsal infrastrukturda yeni mərhələ: Milli Superkompüter Mərkəzi

Rəqəmsal infrastrukturda yeni mərhələ: Milli Superkompüter Mərkəzi

25-05-2026
"Azərkosmos"da yeni təyinat

"Azərkosmos"da yeni təyinat

11-05-2022
“Aztelekom” Azərbaycan-Türkiyə İş Adamları Birliyinə üzv olub

“Aztelekom” Azərbaycan-Türkiyə İş Adamları Birliyinə üzv olub

24-04-2026
Akademik: “ATU-da yaradılan AI laboratoriyası tədrisə dəstək verəcək”

Akademik: “ATU-da yaradılan AI laboratoriyası tədrisə dəstək verəcək”

22-06-2026
Visa Azərbaycan üzrə yeni direktor təyin edib

Visa Azərbaycan üzrə yeni direktor təyin edib

05-07-2019
Azerfon-a​ yeni baş icraçı direktor təyin olunub

Azerfon-a​ yeni baş icraçı direktor təyin olunub

05-12-2017
Microsoft Azerbaijan şirkətinə yeni baş menecer təyin edilib

Microsoft Azerbaijan şirkətinə yeni baş menecer təyin edilib

07-11-2019
Uber Azərbaycan üzrə regional direktor təyin etdi

Uber Azərbaycan üzrə regional direktor təyin etdi

13-06-2018
Kasperski Laboratoriyası SAP ilə əməkdaşlığa başladı

Kasperski Laboratoriyası SAP ilə əməkdaşlığa başladı

14-04-2016
Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edib

Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edib

05-01-2026
Sərxan Həşimova Microsoft-da yeni vəzifə verildi

Sərxan Həşimova Microsoft-da yeni vəzifə verildi

28-11-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə