Previous Next
Bağla

Reklamla bağlı qadağalar yenidən müzakirəyə çıxarılır

24-04-2015 12:04
Reklamla bağlı qadağalar yenidən müzakirəyə çıxarılır

“Reklam haqqında” Qanun layihəsi üçüncü oxunuşda müzakirə edilmək üçün Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.

Xəbərlər-in verdiyi məlumata görə, bu barədə qərar Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında qəbul edilib.

Qeyd edək ki, qanun layihəsində bir sıra qadağalar nəzərdə tutulur. Belə ki, yeni qanun layihəsinə əsasən, Azərbaycanda dərslik, dərs vəsaiti, tədris materialı, məktəb gündəliyi, dəftər, albom, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz. Həmçinin yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə onlara aid olmayan əmtəələrin, alkoqollu içkilərin reklamı qadağandır.

Bununla yanaşı, teatr tamaşasının gedişində və kinofilmlərin nümayişi zamanı reklamın yayımlanması qadağan edilir.

Yeni layihəyə əsasən, dövlət və bələdiyyə orqanlarının yerləşdiyi binalarda, tarixi və memarlıq abidələrinə aid edilmiş tikililərdə reklamın yerləşdirilməsi qadağan edilir.

Eyni zamanda, Azərbaycan ərazisində hərbi təyinatlı bütün növ silahların, texnikanın (icazə verilmiş ov və idman silahları istisna olmaqla) reklamı qadağan edilir. Yeni layihəyə əsasən, hərbi təyinatlı silahların və texnikanın reklamı Azərbaycanın xarici ölkələrlə hərbi-texniki əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə və sərgilərdə ola bilər.

Həmçinin yeni qanun layihəsinə əsasən, mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil, səhiyyə müəssisələrindən ən azı 100 metr uzaqda olan reklam daşıyıcılarında yerləşdirilməlidir.

Yeni qanun layihəsində Azərbaycanda idman-mərc oyunlarının reklam vaxtının məhdudlaşdırılaraq axşam saat 23:00-dan səhər saat 07:00-a qədər yayımlanması, sosial reklamların isə səhər saat 09:00-dan axşam saat 00:00-a qədər yayımlanması təklif olunur.(trend)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Reklamlarla bağlı yeni qadağalar qəbul edildi

15-05-2015

"İnternet portallarında qanunsuz idman mərc oyunları reklam edilir"

16-02-2023

Rəqəmsal platforma təsisçisi reklam subyektləri sırasına daxil edilir

18-03-2025

Uşaq verilişlərində verilən reklama məhdudiyyət qoyulacaq

18-09-2019

Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

18-03-2025

Kabel şəbəkəsi yayımı ilə bağlı bəzi qadağalar olacaq

16-05-2017

Dövlət Xidməti istehlakçılara qanunsuz idman mərc oyunlarının təbliğatını aparan internet səhifələrinə etimad göstərməməyi tövsiyə edir

14-05-2024

Reklamlarda uşaqların görüntüsünün istifadəsinə məhdudiyyət qoyulur

28-01-2026

Milli Məclisə "Kosmik fəaliyyət haqqında" yeni qanun layihəsi daxil olub

11-05-2023

“Aviasiya haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib

20-10-2023

Reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam şərtləri müəyyənləşir

04-02-2025

Fransa məktəblərində mobil telefon qadağan edilə bilər

01-01-2026

Saytlara şəxsi heyət və texnikanın hərəkəti haqqında məlumatları yaymaq qadağan edilir

12-12-2023

Sosial şəbəkədə qumar oyunlarını reklam edənlər saxlanılıb

07-11-2025

Yeni nəsil rəqəmsal hüquqlarla bağlı qanun layihəsi hazırlanacaq

23-01-2025

Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

04-02-2025

Orta məktəblərdə mobil rabitə vasitələrinin qadağan olunması təklif olunur

06-09-2018

Reklam haqqında Qanuna dəyişikliklər təklif edilib

04-11-2022

Bələdiyyələrin vahid informasiya sistemi yaradılır

20-05-2025

Reklam blok edən proqramların sayı artır

19-10-2015

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

24-06-2025

Mobil reklam bazarının həcmi artıb

02-09-2015

Azərbaycanda qanunsuz mərc oyunlarının fəaliyyəti məhdudlaşdırılacaq

24-05-2023

İnternetlə bağlı qanunlara dəyişikliklər 1-ci oxunuşda qəbul edilib

10-03-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə