Previous Next
Bağla

Azercell yeni genişmiqyaslı layihəyə start verdi

02-08-2022 09:20
Azercell yeni genişmiqyaslı layihəyə start verdi

Abunəçilərinin dinamik şəkildə artan ehtiyaclarını nəzərə alan Azercell ölkə boyunca 4G (LTE) şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi və ötürmə qabiliyyətinin artırılması üzrə daha bir irimiqyaslı layihəyə start verdi.

Xeberler.az bildirir ki, bu proqram çərçivəsində növbəti 18 ay ərzində 300-dən çox yeni baza stansiyanın quraşdırılması və 1600-ə yaxın mövcud stansiyanın təkmilləşdirilməsi nəzərdə tutulur. Beləliklə, ölkənin aparıcı mobil operatorunun LTE stansiyalarının ümumi sayı 3200-ü ötəcək.

Layihənin icrası nəticəsində Azercell-in 4G şəbəkəsinin tutumu Bakı və Abşeron yarımadasında 80%, rayonlarda isə 75% artacaq! Bu da, öz növbəsində, abunəçiləri yüksək ötürülmə sürəti, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eləcə də sosial şəbəkələr, multiplayer oyunları, interaktiv onlayn proqramlar, videokonfranslar, video zənglər və bir çox digər rəqəmsal həlləri özündə cəmləşdirən multimedia xidmətlərinə sürətli çıxış imkanı ilə təmin edəcək.

Azercell-in şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi layihəsi işğaldan azad edilmiş əraziləri də əhatə edir. Vətənə geri qaytarılan torpaqlarımızda ilk mobil infrastrukturu qurmağa müvəffəq olan Azercell, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər əraziləri öz şəbəkəsi ilə əhatə edib. Qeyd olunan rayonlarda Azercell artıq 80-dan çox baza stansiyası quraşdırıb və bu istiqamətdə apardığı işləri planlı şəkildə davam etdirməkdədir.

Onu da qeyd edək ki, operator ötən il 4G (LTE) yüksəksürətli mobil interneti Bakı Metropoliteninin bütün stansiya və tunellərində əlçatan edib.

Azercell öz infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsinə sərmayə yatırmağı davam edəcək. Bu, şirkətə Azərbaycan bazarında yeni nəsil texnologiyaların tətbiqi üçün zəruri platformanı təmin etməyə imkan verəcək. Eyni zamanda, Azercell aktiv şəkildə telekommunikasiya sənayesinin ən son tendensiyalarına cavab verən məhsul və rəqəmsal həlləri ərsəyə gətirməyi davam edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell öz şəbəkəsinin genişləndirilməsini yüksək templə davam etdirir

Azercell öz şəbəkəsinin genişləndirilməsini yüksək templə davam etdirir

05-09-2022
Xankəndi artıq "Azercell" in əhatə dairəsində!

Xankəndi artıq "Azercell" in əhatə dairəsində!

01-10-2023
"Azercell"in mobil internet xidmətindən istifadə son 1 ildə 30 %-dən çox artıb

"Azercell"in mobil internet xidmətindən istifadə son 1 ildə 30 %-dən çox artıb

03-08-2023
“Azercell” azad olunmuş ərazilərdə şəbəkəsini genişləndirir

“Azercell” azad olunmuş ərazilərdə şəbəkəsini genişləndirir

09-08-2021
Azercell müştərilərinin mobil internetdən istifadə həcmi 30 faiz  artıb

Azercell müştərilərinin mobil internetdən istifadə həcmi 30 faiz artıb

09-12-2022
Bakı və Abşeronda mobil internetin sürəti 30 faiz artacaq

Bakı və Abşeronda mobil internetin sürəti 30 faiz artacaq

30-10-2021
Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır

Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır

02-04-2024
Azercell 4G Naxçıvanda

Azercell 4G Naxçıvanda

19-01-2023
Azercell Eksklüziv tezliklə Şuşada!

Azercell Eksklüziv tezliklə Şuşada!

15-03-2022
“Azercell” azad edilmiş ərazilərdə 100-ə yaxın baza stansiya quraşdırıb

“Azercell” azad edilmiş ərazilərdə 100-ə yaxın baza stansiya quraşdırıb

10-03-2023
Azercell LTE şəbəkəsinin əhatə dairəsini 85 faizə çatdırıb

Azercell LTE şəbəkəsinin əhatə dairəsini 85 faizə çatdırıb

08-12-2020
Azercell Mobil Müştəri Xidmətləri Şuşada

Azercell Mobil Müştəri Xidmətləri Şuşada

25-09-2021
"Azercell"in LTE şəbəkəsinin əhatə dairəsi 85 faizi ötüb

"Azercell"in LTE şəbəkəsinin əhatə dairəsi 85 faizi ötüb

25-01-2021
Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyev Azercell ilə  görüş keçirib

Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyev Azercell ilə  görüş keçirib

23-08-2022
Azercell-in 4G şəbəkəsi Naxçıvan şəhərini əhatə etdi!

Azercell-in 4G şəbəkəsi Naxçıvan şəhərini əhatə etdi!

26-05-2023
Son 18 ay ərzində Azercell-in LTE şəbəkəsinin əhatəsi 85 faiz yüksəlib

Son 18 ay ərzində Azercell-in LTE şəbəkəsinin əhatəsi 85 faiz yüksəlib

10-08-2020
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib

"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib

20-09-2021
Azercell-dən regionlar üçün sürətli mobil internet

Azercell-dən regionlar üçün sürətli mobil internet

17-05-2018
Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

14-10-2022
“Nar” şəbəkəsi Hadrutda və Cəbrayılda

“Nar” şəbəkəsi Hadrutda və Cəbrayılda

04-06-2021
Azercell-in ölkədə neçə baza stansiyası var?

Azercell-in ölkədə neçə baza stansiyası var?

31-03-2017
Metro qatarında Azercell-in mobil internet sürətini kəşf et

Metro qatarında Azercell-in mobil internet sürətini kəşf et

23-06-2021
"Azercell" LTE şəbəkəsinin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib

"Azercell" LTE şəbəkəsinin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib

23-04-2021
Azercell-in LTE istifadəçilərinin sayı 1 milyonu keçdi

Azercell-in LTE istifadəçilərinin sayı 1 milyonu keçdi

03-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə