“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq konfransda təqdim edilib

14-11-2022 / 23:26

Avropanı Mərkəzi və Cənubi Asiyaya bağlayacaq rəqəmsal telekommunikasiya dəhlizinin formalaşmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi 10-11 noyabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş “Türkmentel 2022” -Türkmənistan İKT Konfransında təqdim edilib.

Bu barədə Xeberler.az-a qurumdan məlumat verilib.

Konfransda rəqəmsallaşma, vahid kommunikasiya, peyk texnologiyaları, kibertəhlükəsizlik kimi mövzular üzrə geniş müzakirələr aparılıb, təqdimatlar edilib.

 “AzerTelecom” şirkətinin Direktorlar Şurasının Sədri Fuad Allahverdiyev konfransda“Bağlantı” (Connectivity) panelində çıxış edib. O, AzerTelecom şirkəti tərəfindən icra olunan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin Asiya seqmenti olan Xəzər dənizinin dibi ilə Azərbaycan-Türkmənistan marşrutu üzrə magistral fiber-optik kabel xəttinin (Transxəzər Fiber Optik Kabel Xətti) reallaşmasından danışıb.

 Layihəyə böyük beynəlxalq marağı vurğulayan Fuad Allahverdiyev sualtı infrastruktur layihəsinin reallaşması üçün layihənin icraçıları (AzerTelecom və Türkmentelekom) tərəfindən birgə müəssisənin yaradılması istiqamətində işlərin başladığını qeyd edib.

Bildirilib ki, layihənin icrası Azərbaycan və Türkmənistanın telekommunikasiya sektoru, ümumilikdə isə regionda telekommunikasiya ekosisteminin inkişafına mühüm töhfə verəcək. Azərbaycanla Türkmənistan arasında Siyəzən və Türkmənbaşı coğrafi nöqtələri arasında Xəzər dənizinin dibi ilə magistral kabel xəttinin çəkilməsi Avropa ilə Cənubi Asiya arasında ən qısa və məlumat ötürülməsində sürətin yüksək olduğu rəqəmsal dəhlizi formalaşdıracaq.

 “AzerTelecom” Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur.
Şirkət müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 

Xeberler.az


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə