Previous Next
Bağla

Azərbaycan və Türkmənistan dövlətlərarası saziş imzaladı

28-11-2019 17:01
Azərbaycan və Türkmənistan dövlətlərarası saziş imzaladı

28 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində baş tutan “Türkmentel 2019” 12-ci Beynəlxalq Telekom və İT Sənayesi sərgisi çərçivəsində Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə magistral kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş imzalanıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının və Türkmənistanın rabitə operatorları tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili” haqqında dövlətlərarası saziş Azərbaycan tərəfdən Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Zeynalov tərəfindən Türkmənistan tərəfdən isə bu ölkənin Sənaye və Kommunikasiyalar Nazirliyinin “Türkmenaraqatnaşık” (“Türkmenaragatnaşyk) Agentliyinin sədri Hacımurad Xudayquliyev tərəfdən imzalanıb.

Sazişə əsasən, Xəzər dənizinin dibi ilə çəkiləcək magistral fiber-optik kabel xətti Azərbaycan tərəfdən magistral internet provayderi “AzerTelecom” şirkəti, Türkmənistan tərəfdən isə bu ölkənin telekommunikasiya operatoru “Türkmentelekom” tərəfdən reallaşdırılacaq. Kabel xətti Siyəzən və Türkmənbaşı coğrafi məkanları arasında çəkiləcək.

“AzerTelecom” şirkəti tərəfindən belə bir magistral kabel xəttinin çəkilməsi Azərbaycandan keçəcək və Avropa ilə Asiyanı birləşdirəcək Rəqəmsal İpək Yolunu formalaşdıracaq. Magistral xətt Avropa internet mərkəzlərindən internet trafikinin məhz Azərbaycan vasitəsilə Türkmənistana, daha sonra isə Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistana ötürülməsinə imkan verəcək. Belə bir magistral xətt Avropa ilə Cənubi Asiya arasında internet trafikinin ötürülməsində Azərbaycanı mərkəzi ölkəyə çevirəcək və rəqəmsal telekommunikasiya dəhlizini formalaşdıracaq. Kabel xətti hər iki ölkənin telekommunikasiya sektorunun inkişafına, eləcə də regional inkişafa töhfə verəcək.

Qeyd edək ki, “AzerTelecom” Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi istiqamətində icra etdiyi “Azerbaijan Digital Hub” proqramı çərçivəsində ölkə daxilində və ölkə xaricində iri infrastruktur quruculuğu layihələri icra edir. Ölkə xaricində infrastruktur quruculuğu Azərbaycan və Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumat ötürmə imkanlarına malik magistral kabel xəttinin çəkilməsini nəzərdə tutur. Layihə iki istiqamətdən – Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutlarından ibarətdir. Artıq Azərbaycan və Qazaxıstan arasında uzunluğu 380-400 km olan Transxəzər Fiber Optik kabel xəttinin (TransCaspian Fiber Optic - TCFO) çəkilməsi ilə bağlı operatorlar arasında müqavilə və iki ölkə arasında dövlətlərarası saziş mövcuddur.

“AzerTelecom” – Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir.

“AzerTelecom” şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

14-04-2020

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq konfransda təqdim edilib

14-11-2022

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019

Tokayev: “2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişini başa çatdıracağıq”

02-09-2024

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021

AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

03-12-2019

Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

18-06-2024

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019

Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

10-04-2019

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023

Dörd ölkənin telekommunikasiya operatorları Əməkdaşlıq Memorandumu imzalayıb

13-10-2021

“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

05-03-2021

Moskva və Astana Xəzərin dibi ilə fiber-optik rabitə xətti çəkəcək

31-10-2025

Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair sənəd imzalanıb

04-03-2025

AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

27-01-2020

“Azertelecom” və “SOCAR Turkey Enerji” ortaq şirkət yaradır

23-08-2021

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb  

23-06-2022

Xəzər dənizinin dibi ilə fiber-optik kabelinin çəkilməsi sürətləndirilir

10-01-2023

Transxəzər magistralı layihəsi xarici medianın diqqətində

07-06-2019

Yusif Cabbarov: “Rəqəmsal İpək Yolu”nun yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək

14-03-2025

Transxəzər Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlanıb

09-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə