Valideynlər “Rəqəmsal məktəb” platformasının (https://reqemsal.edu.az/) funksiyalarından istifadə etmək üçün bir neçə sadə mərhələni yerinə yetirərək qeydiyyatdan keçirlər. Qeydiyyat zamanı valideyn öz şəxsiyyətini və övladı ilə bağlı məlumatları təsdiqləyir ki, bu da platformadan təhlükəsiz və fərdi istifadəyə zəmanət verir.
Xeberler.az məlumat verir ki, qeydiyyat tamamlandıqdan sonra valideyn övladı üçün müəyyən etdiyi fərdi giriş şifrəsi vasitəsilə onun təhsil göstəricilərini, davamiyyətini və məktəblə bağlı məlumatlarını rahat və təhlükəsiz şəkildə izləyə bilir.
Bildirilir ki, təhsil prosesində şəffaflığın artırılması və valideyn–məktəb əməkdaşlığının gücləndirilməsi məqsədilə yaradılmış “Rəqəmsal məktəb” platforması valideynlərə övladlarının təhsil göstəricilərini real vaxt rejimində izləmək, məktəb həyatı ilə bağlı məlumatları vaxtında əldə etmək və rəy bildirmək imkanı yaradır.
Platforma həmçinin valideynlərin məktəblə daha çevik kommunikasiya qurmasına şərait yaradır və təhsil prosesində onların aktiv iştirakını təşviq edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları