Previous Next
Bağla

Ekspert: Kim hazırdır, kim geridə qalır? AI reytinqində Azərbaycanın mövqeyi

07-01-2026 13:28
Ekspert: Kim hazırdır, kim geridə qalır? AI reytinqində Azərbaycanın mövqeyi

Dünyada ölkələrin süni intellekt üzrə hazırlıq səviyyəsini və imkanlarını ölçən əsas beynəlxalq reytinqlər sırasında Oxford Insights, Stanford AI Index və Beynəlxalq Valyuta Fondunun (IMF) rəqəmsal hazırlıq indikatorları xüsusi yer tutur. Bu reytinqlər dövlətlərin süni intellekti nə dərəcədə effektiv şəkildə idarə edə və tətbiq edə bildiyini qiymətləndirir.

Xeberler.az bildirir ki, bu fikirlər Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüzün sosial şəbəkə paylaşımında əksini tapıb.

Ekspert qeyd edib ki, “Oxford Insights” tərəfindən açıqlanan Government AI Readiness Index 2025 reytinqi ölkələri dörd əsas istiqamət üzrə qiymətləndirib. Bunlara siyasət və idarəetmə (Policy & Governance), data və AI infrastrukturu (Data & AI Infrastructure), dövlət sektorunda süni intellektin tətbiqi (Public Sector Adoption), eləcə də insan kapitalı və innovasiya ekosistemi (Human Capital & Innovation) daxildir.

2025-ci il hesabatına əsasən Azərbaycan reytinqdə 111-ci yerdən 70-ci yerə yüksələrək, bir il ərzində qlobal miqyasda ən sürətli irəliləyiş göstərən ölkələrdən biri olub. Bu nəticə ölkədə süni intellekt strategiyasının qəbul edilməsi, dövlət tərəfindən süni intellektlə əlaqəli iki Superkompüter Mərkəzinin yaradılması, eləcə də dövlət sektorunda koordinasiyanın gücləndirilməsi ilə əlaqələndirilir.

Reytinqdə Özbəkistan və Qazaxıstanın əhəmiyyətli irəliləyişi, eləcə də NVİDİA ilə ciddi əməkdaşlığa malik olan Ermənistanın nisbətən geridə qalması diqqət çəkən məqamlardandır.

Hesabatdan göründüyü kimi, Azərbaycanın ən güclü tərəfləri hüquqi və institusional çərçivənin formalaşdırılması ilə bağlıdır. Bununla yanaşı, kadr hazırlığı, elmi-tədqiqat fəaliyyəti, həmçinin genişmiqyaslı innovasiya proqramları və praktik tətbiqlər hələlik zəif tərəflər kimi qiymətləndirilir - deyə ekspert vurğulayıb.

Reytinqdə bəzi ölkələrin mövqeyi belədir:

  • ABŞ – 1-ci yer

  • Böyük Britaniya – 2-ci yer

  • Ukrayna – 40-cı yer

  • Rusiya – 47-ci yer

  • Türkiyə – 48-ci yer

  • Qazaxıstan – 60-cı yer

  • Özbəkistan – 62-ci yer

  • Azərbaycan – 70-ci yer

  • Gürcüstan – 84-cü yer

  • Ermənistan – 108-ci yer

  • Qırğızıstan – 116-cı yer

  • Belarus – 121-ci yer

Osman Gündüzün fikrincə, Azərbaycanın mövqeyinin daha da yaxşılaşması üçün süni intellekt üzrə kütləvi kadr hazırlığına, AI texnologiyalarının dövlət xidmətlərində və biznesdə geniş tətbiqinə, eləcə də akademik mühitdə tədqiqatların gücləndirilməsinə xüsusi diqqət yetirilməlidir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edib

Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edib

05-01-2026
Süni intellekt üzrə qlobal reytinq yenilənib: Azərbaycanın mövqeyi güclənib

Süni intellekt üzrə qlobal reytinq yenilənib: Azərbaycanın mövqeyi güclənib

05-01-2026
Beynəlxalq reytinqdə təmsil olunan universitetlərin sayı 28-ə yüksəlib

Beynəlxalq reytinqdə təmsil olunan universitetlərin sayı 28-ə yüksəlib

23-06-2025
Azərbaycan dünya startap reytinqində 6 pillə irəliləyib

Azərbaycan dünya startap reytinqində 6 pillə irəliləyib

20-05-2025
“Biznesin inkişaf səviyyəsi” indeksində geriləmişik - Ekspert

“Biznesin inkişaf səviyyəsi” indeksində geriləmişik - Ekspert

17-09-2025
“Azərbaycanın innovasiya ixracı hələ dünya səviyyəsinə çatmayıb” - Ekspert

“Azərbaycanın innovasiya ixracı hələ dünya səviyyəsinə çatmayıb” - Ekspert

23-09-2025
"SOCAR Hackathon 2025"ə qeydiyyat başlayıb

"SOCAR Hackathon 2025"ə qeydiyyat başlayıb

01-12-2025
Azərbaycan genişzolaqlı internetin inkişafına görə MDB-nin lideridir

Azərbaycan genişzolaqlı internetin inkişafına görə MDB-nin lideridir

31-10-2014
Azərbaycan süni intellekt indeksində 64-cü yerdədir

Azərbaycan süni intellekt indeksində 64-cü yerdədir

24-09-2019
BANM “Impulse4Women” və IDEA tərəfindən keçirilən hakatonun qalibi olub

BANM “Impulse4Women” və IDEA tərəfindən keçirilən hakatonun qalibi olub

14-04-2025
Azərbaycan kibertəhlükəsizlik reytinqində 21 pillə irəliləyib

Azərbaycan kibertəhlükəsizlik reytinqində 21 pillə irəliləyib

05-05-2026
Nazir müavini: Azərbaycan süni intellekt üzrə mövqeyini gücləndirir

Nazir müavini: Azərbaycan süni intellekt üzrə mövqeyini gücləndirir

11-02-2026
AzTU “QS dünya universitetləri reytinqi”ndə 801–850-ci yerdə qərarlaşıb

AzTU “QS dünya universitetləri reytinqi”ndə 801–850-ci yerdə qərarlaşıb

18-06-2026
Ekspert: Ölkədə innovasiya sahəsində mövcud potensialdan istifadə vəziyyəti səmərərəli və effektiv deyil

Ekspert: Ölkədə innovasiya sahəsində mövcud potensialdan istifadə vəziyyəti səmərərəli və effektiv deyil

01-10-2024
Azərbaycan Qlobal İnnovasiya İndeksində irəliləyib

Azərbaycan Qlobal İnnovasiya İndeksində irəliləyib

17-09-2025
“Qlobal İnnovasiya İndeksi-2020”-nin illik hesabatı açıqlanıb

“Qlobal İnnovasiya İndeksi-2020”-nin illik hesabatı açıqlanıb

23-02-2021
Azərbaycan İT ixracında region ölkələrindən geri qalır - Osman Gündüz

Azərbaycan İT ixracında region ölkələrindən geri qalır - Osman Gündüz

14-04-2026
“Qoldenpey” ASC istifadəçilərinə hədiyyələr təqdim etdi!   

“Qoldenpey” ASC istifadəçilərinə hədiyyələr təqdim etdi!  

18-07-2022
Ölkəmiz İT-nin inkişafı reytinqində 5 pillə irəliləyib

Ölkəmiz İT-nin inkişafı reytinqində 5 pillə irəliləyib

11-04-2013
Azərbaycan İKT sektoru 2014-cü il səviyyəsindən xeyli geridədir- Hesabat

Azərbaycan İKT sektoru 2014-cü il səviyyəsindən xeyli geridədir- Hesabat

18-08-2016
Azərbaycan internet xidmətləri üzrə dünyanın TOP beşliyində yer alıb

Azərbaycan internet xidmətləri üzrə dünyanın TOP beşliyində yer alıb

06-01-2026
Azərbaycanda populyar kompüter oyunları üzrə onlayn çempionat keçiriləcək

Azərbaycanda populyar kompüter oyunları üzrə onlayn çempionat keçiriləcək

12-08-2020
  Gəncədə keçirilən startap müsabiqəsinin qalibləri

Gəncədə keçirilən startap müsabiqəsinin qalibləri

17-10-2017
Məktəblilərimiz Beynəlxalq Olimpiadada tarix yazdı - Ekspert

Məktəblilərimiz Beynəlxalq Olimpiadada tarix yazdı - Ekspert

02-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə