Kolumbiyanın aparıcı media platformalarından biri olan “Las2orillas” portalında dövlət xidmətləri sahəsində ölkəmizin uğurlu təcrübəsi kimi tanınan “ASAN xidmət” modeli haqqında geniş məqalə dərc olunub.
Xeberler.az məlumat verir ki, “Prezident Petronun hər sahədə uzun növbələr problemini aradan qaldırmaq üçün güvəndiyi Azərbaycan modeli” sərlövhəli yazıda bu modelin Kolumbiyada tətbiqi perspektivlərindən və dövlət xidmətlərinin təşkilində yarada biləcəyi yeniliklərdən bəhs edilir.
Nəşrdə beynəlxalq səviyyədə özünü təsdiqləmiş “ASAN xidmət” modelinin Kolumbiyada tətbiqi istiqamətində artıq ilk addımın atıldığı, 2025-ci ilin fevralında Kolumbiya İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi ilə Azərbaycan tərəfi arasında imzalanmış anlaşma memorandumunun dövlət xidmətlərinin sadələşdirilməsini və innovativ inkişafını nəzərdə tutduğu vurğulanır. Kolumbiyanın Latın Amerikasında bu modeli tətbiq edəcək ilk ölkə ola biləcəyi diqqətə çatdırılır.
Yazıda 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə dövlət idarəçiliyinin modernləşdirilməsinə yönəlmiş institusional islahatların tərkib hissəsi kimi yaradılan “ASAN xidmət”in fəaliyyəti, vətəndaş məmnuniyyəti göstəriciləri və modelə beynəlxalq səviyyədə artan maraq barədə ətraflı məlumat verilir. Bildirilir ki, dövlət və özəl xidmətlərin “bir pəncərə” prinsipi əsasında təqdim olunmasını təmin edən bu yanaşma şəffaflıq və operativlik baxımından səmərəli nəticələr ortaya qoyur. Məqalədə modelin əsas sütunlarından birinin inklüzivlik olduğu, “ASAN Mobil sistemi”nin tətbiqi, “ASAN Radio” və “ASAN TV”nin fəaliyyəti vasitəsilə dövlətlə cəmiyyət arasında etimadın gücləndirildiyi, vətəndaşların məlumatlandırılması və ictimai iştirakın təşviq edildiyi vurğulanır.
Məqalədə “ASAN xidmət”in müxtəlif beynəlxalq mükafatlara layiq görüldüyü və artıq bir sıra ölkələrdə uğurla tətbiq edildiyi bildirilir. ASAN modelinin Kolumbiya tərəfi üçün də çox müsbət təəssürat yaratdığı və ikitərəfli əməkdaşlıq çərçivəsində praktik addımların tezliklə atılmasının gözlənildiyi qeyd olunur.
Həmçinin diqqətə çatdırılır ki, Kolumbiyada ASAN modelinin tətbiqi yalnız inzibati texnologiyanın ötürülməsi kimi qiymətləndirilməməlidir. Bu, ilk növbədə, dövlət-vətəndaş münasibətlərinin yeni məzmun qazanması, səmərəlilik, şəffaflıq və insan ləyaqətinin ictimai xidmətlərin əsas prinsiplərini təşkil edəcək konkret imkan kimi nəzərdən keçirilməlidir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları