Qazaxıstan Çini Mərkəzi Asiya, Qafqaz, Yaxın Şərq və Avropa ilə birləşdirən əsas nəqliyyat və logistika habına çevrilməlidir.
Xeberler.az Azərtaca istinadən məlumat verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şanxayda Çinin yüksək texnologiya şirkətlərinin rəhbərləri ilə görüşündə bildirib.
Dövlət başçısı vurğulayıb ki, son 15 ildə ölkə nəqliyyat infrastrukturunun inkişafına 35 milyard dollardan çox sərmayə qoyub və hazırda 13 beynəlxalq dəhliz onun ərazisindən keçir ki, bu da Çin ilə Avropa arasında dəmir yolu daşımalarının təxminən 85 faizini təşkil edir.
Kasım-Jomart Tokayev Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) artan tutumunu qeyd edib.
“XXI əsrdə nəqliyyat dəhlizinin rəqabət qabiliyyətini onun infrastrukturunun keyfiyyəti ilə ölçmək kifayət deyil. Hazırda bu cür layihələrin uğuru, hər şeydən əvvəl, məlumat mübadiləsinin sürətindən, rəqəmsal inteqrasiya səviyyəsindən və logistikanın şəffaflığından asılıdır. Bu səbəbdən beynəlxalq yükdaşımaları üçün vahid rəqəmsal ekosistemin təməlini qoyuruq. Qazaxıstanın bu sahədəki əsas layihəsi “Smart Cargo” platformasıdır. Bu, gömrük, logistika və kommersiya xidmətlərini ortaq rəqəmsal mühitə inteqrasiya edən vahid rəqəmsal pəncərədir. Əsas məqsəd Avrasiya üçün vahid rəqəmsal nəqliyyat məkanı yaratmaqdır", - deyə dövlət başçısı bildirib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları