Previous Next
Bağla

Orta Dəhlizin rəqəmsallaşma konsepsiyası hazırlanır

24-11-2023 12:18
Orta Dəhlizin rəqəmsallaşma konsepsiyası hazırlanır

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) rəqəmsallaşma konsepsiyası hazırlanır.

Bunu  "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası"nın baş katibi Qaydar Abdikerimov bildirib.

"Orta Dəhlizin rəqəmsallaşması çox vacib və qaçılmaz məsələdir. Bunu tətbiq etməsək, digər dəhlizlər qarşısında rəqabətqabiliyyətliliyimizi itirə bilərik. Ona görə də bir sıra istiqamətlər üzrə iş aparırıq. Rəqəmsallaşma ilə bağlı beynəlxalq şirkətlərlə danışıqlar gedir", - deyə o qeyd edib.

Q.Abdikerimovun sözlərinə görə, Orta Dəhlizdə konteyner daşımaları üçün platformalar yaradılır: “Platformalar imkan verəcək ki, dəhliz boyunca rəqəmsallaşma həyata keçirək. Növbəti il üçün əsas hədəfimiz rəqəmsal platformaları dəhlizdə istifadə etmək, bununla da ekosistem yaratmaqdır. Bu platforma yükdaşıyanlar üçün xidmətdir”.

“Orta Dəhlizə üzv ölkələrin müxtəlif platformalarını inteqrasiya etmək lazımdır. Məsələn Azərbaycanın Gürcüstanla, Gürcüstanın Qazaxıstanla inteqrasiyası çox vacibdir. Bütün ölkələrin bir formatı olmalıdır. Bu, məlumatların rahat formada, məhdudiyyətsiz ötürülməsi üçün önəmlidir”, - deyə Q.Abdikerimov əlavə edib.

O, “Azərbaycan Dəmir Yolları” QSC, “Qazaxıstan Dəmir Yolu” SC və “Gürcüstan Dəmir Yolu” SC-nin paritet əsasda birgə müəssisə yaradılması ilə bağlı müqavilə imzalamasını irəliyə doğru atılmış addım hesab etdiyini deyib: "Bu dəhlizdə işlərin sürətlənməsinə xidmət edəcək, biz tezlikdə bu fəaliyyətin müsbət nəticəsini görəcəyik. Bu yükdaşıyanlar üçün yeni imkanlar yaradacaq. Orta Dəhliz inkişaf edir, şaxələnir. Dəhlizə üzv olan ölkələr infrastrukturlarını inkişaf etdirilər. Dəhlizin inkişafı ilə bağlı siyasi iradə var. Biz onu görürük. Bu isə bizim üçün çox vacibdir”.

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur(Report)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Orta Dəhlizin rəqəmsallaşma konsepsiyası yaradılır - Baş katib

16-06-2023

Orta Dəhlizdə rəqəmsal həllərin tətbiqinə dair iş aparılır

21-08-2025

Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

10-02-2026

Orta Dəhliz boyunca rəqəmsal platforma yaradılır

13-03-2024

Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə müzakirələr aparılıb

27-01-2024

Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirildi

11-04-2019

Rəşad Nəbiyev: "Orta Dəhlizin uğurları nəqliyyat-logistika sahəsində dəyişikliklərə səbəb olacaq"

16-11-2023

Yaxın zamanda Özbəkistan Azərbaycanla icazə sistemi tətbiq edəcək

20-11-2024

Beynəlxalq tədbirdə Azərbaycanın nəqliyyat üzrə rəqəmsallaşdırılması müzakirə edilib

09-02-2026

Azərbaycan Orta Dəhlizin regional süni intellekt habının mənzil-qərargahı ola bilər

02-03-2026

Orta Dəhliz boyu ölkələrinin "vahid tranzit portalı" yaradılıb

15-03-2023

"Dayanıqlı və Rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" adlı dəyirmi masa keçirilib

20-11-2024

ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzalayıb

09-07-2025

Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sahəsi üzrə məsul nazirlərinin üçtərəfli görüşü keçirilib  

23-08-2022

Prezident: Orta Dəhlizin rəqəmsallaşdırılmasına önəm veririk

21-05-2025

Rəqəmsal sistem Trans-Xəzər marşrutunun inkişafını təmin edəcək

01-12-2025

NRYTN-in nümayəndə heyəti 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak edir

07-10-2021

Orta Dəhlizin rəqəmsallaşdırılması müzakirə olunacaq

14-11-2024

Transxəzər Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlanıb

09-04-2026

Rəşad Nəbiyev Qazaxıstanın nümayəndə heyəti ilə görüşüb

06-08-2025

Qazaxıstanla Azərbaycan arasında sualtı fiber-optik xətlərinin çəkilməsi gələn il başa çatdırılacaq

18-10-2025

Xəzər dənizinin dibi ilə fiber-optik kabelinin çəkilməsi sürətləndirilir

10-01-2023

Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb

11-03-2025

"Qazaxıstan Dəmir Yolları" süni intellektin sınaqdan keçirilməsi üçün rəqəmsal poliqonlar yaradır

01-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə