Previous Next
Bağla

NRYTN-in nümayəndə heyəti 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak edir

07-10-2021 13:55
NRYTN-in nümayəndə heyəti 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak edir

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti beynəlxalq 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak məqsədilə Türkiyədə səfərdədir.

Xeberler.az məlumat verir ki, tədbirin əsas müzakirə mövzusunu “COVID-19” pandemiyasından sonrakı dövrdə nəqliyyat və rabitə sistemlərinin inkişafı, rəqəmsallaşmanın genişləndirilməsi təşkil edir. Səfər çərçivəsində Rəşad Nəbiyev Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu və sabiq Baş nazir, Ədalət və İnkişaf Partiyasının vitse-prezidenti Binəli Yıldırımla görüşüb. Görüş zamanı Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi haqqında fikir mübadiləsi aparılıb.

Rəşad Nəbiyev 12-ci Nəqliyyat və Rabitə Şurasının “Logistika, Mobillik və Rəqəmsallaşma” mövzusunda Nazirlər Toplantısında iştirak edib. Toplantıda qlobal inkişafı dəstəkləmək üçün nəqliyyat və rabitə üzrə sərmayələrin qoyulması, rəqəmsallaşdırma yolu ilə nəqliyyat və logistika sistemlərindən səmərəli istifadə, dayanıqlı nəqliyyat sisteminin qurulması, müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsi mövzuları müzakirə predmeti olub.

Nazir Rəşad Nəbiyev çıxışında bildirib ki, post-COVID dövrü daha sıx regional əməkdaşlıq tələb edəcək və bu kontekstdə regional inteqrasiya mexanizmləri mühüm rol oynaya bilər. Nəqliyyat dəhlizləri vasitəsilə sərhədlərarası əlaqənin yaxşılaşdırılması istiqamətində işlərə davam etməliyik. Tranziti asanlaşdırmaq, əməliyyatları rəqəmsallaşdırmaq, nəqliyyat və ticarət üçün tənzimləyici və prosedur maneələri aradan qaldırmaq üçün səylərimizi gücləndirmək vacibdir.

Qeyd edilib ki, 2015-ci ildə Azərbaycan tərəfdaşları ilə birlikdə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” layihəsi vasitəsilə bu dəhlizə yeni həyat bəxş etdi. Dəhliz hazırda Çindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçir, Ukrayna, Bolqarıstan və Rumıniyaya qədər uzanır. 2020-ci ildə pandemiya ilə əlaqədar bütün çətinliklərə baxmayaraq Şərq-Qərb dəhlizi ilə 8,4 milyon ton yük daşınıb.

Diqqətə çatdırılıb ki, təkcə son bir neçə ildə Azərbaycan nəqliyyat infrastrukturuna milyardlarla dollar sərmayə qoyub. Dünya İqtisadi Forumunun məlumatına görə, bu addımlar sayəsində Azərbaycan hazırda yolların keyfiyyətinə görə dünyada 27-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə isə 12-ci yerdədir.

Əlavə edilib ki, 2017-ci ilin oktyabr ayında Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrini birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. İllik 6,5 milyon ton yükdaşıma qabiliyyətinə malik olan dəmir yolu, Çin ilə Cənub-Şərqi Avropa arasında daşınma müddətini 70 faiz azaltmağa imkan verir.

“Azərbaycan erməni işğalından azad etdiyi Qarabağda kütləvi yenidənqurma işlərinə başlayıb. Nəqliyyat infrastrukturunun bərpası və dəmir yolu dəhlizlərinin yenidən qurulması nəinki Cənubi Qafqazda dəmir yolu şəbəkəsinin inteqrasiyasını genişləndirəcək, həm də Qərbi Çindən Türkiyənin Mersin limanına ən qısa yolu təmin edəcək”, – deyə vurğulanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nazir Rəşad Nəbiyev Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində Axalkələk stansiyasında görülmüş işlərlə tanış olub

Nazir Rəşad Nəbiyev Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində Axalkələk stansiyasında görülmüş işlərlə tanış olub

04-04-2022
Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirildi

Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirildi

11-04-2019
Ramin Quluzadə beynəlxalq forumda iştirak edir

Ramin Quluzadə beynəlxalq forumda iştirak edir

28-11-2017
Rəşad Nəbiyev Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb

Rəşad Nəbiyev Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb

15-04-2026
Prezident: Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik

Prezident: Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik

10-05-2026
Rəşad Nəbiyev 5-ci Tbilisi İpək Yolu Forumunda iştirak edib

Rəşad Nəbiyev 5-ci Tbilisi İpək Yolu Forumunda iştirak edib

22-10-2025
Azərbaycan nümayəndə heyəti “Yeni İpək Yolu” forumunda iştirak edib

Azərbaycan nümayəndə heyəti “Yeni İpək Yolu” forumunda iştirak edib

02-10-2025
Rəşad Nəbiyev İranın yol və şəhərsalma naziri ilə görüşüb

Rəşad Nəbiyev İranın yol və şəhərsalma naziri ilə görüşüb

14-10-2025
Azərbaycan İran ilə nəqliyyat sahəsində yol xəritəsi hazırlayacaq

Azərbaycan İran ilə nəqliyyat sahəsində yol xəritəsi hazırlayacaq

24-02-2026
Nazir Rəşad Nəbiyev Türkiyənin nəqliyyat və infrastruktur naziri ilə  görüşüb

Nazir Rəşad Nəbiyev Türkiyənin nəqliyyat və infrastruktur naziri ilə görüşüb

04-10-2024
Nazir Rəşad Nəbiyev Levan Davitaşvili ilə görüşüb

Nazir Rəşad Nəbiyev Levan Davitaşvili ilə görüşüb

15-04-2022
Nəqliyyat və rabitə üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun ilk iclası keçirilib   

Nəqliyyat və rabitə üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun ilk iclası keçirilib  

01-07-2022
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb

Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb

11-03-2025
Rəşad Nəbiyev Gürcüstanın iqtisadiyyat naziri ilə görüşüb

Rəşad Nəbiyev Gürcüstanın iqtisadiyyat naziri ilə görüşüb

12-07-2025
Azərbaycanla Türkiyə arasında peyk xidmətləri üzrə əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Türkiyə arasında peyk xidmətləri üzrə əməkdaşlıq müzakirə olunub

31-05-2021
Nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib

Nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib

27-02-2019
Elektron imzaların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır

Elektron imzaların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır

06-06-2018
Nazir Rəşad Nəbiyev Belarusun nəqliyyat və kommunikasiya naziri ilə görüşüb

Nazir Rəşad Nəbiyev Belarusun nəqliyyat və kommunikasiya naziri ilə görüşüb

16-05-2024
Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

10-02-2026
Beynəlxalq tədbirdə Azərbaycanın nəqliyyat üzrə rəqəmsallaşdırılması müzakirə edilib

Beynəlxalq tədbirdə Azərbaycanın nəqliyyat üzrə rəqəmsallaşdırılması müzakirə edilib

09-02-2026
Rəşad Nəbiyev nəqliyyat nazirlərinin görüşündə iştirak edib

Rəşad Nəbiyev nəqliyyat nazirlərinin görüşündə iştirak edib

27-11-2025
Rəşad Nəbiyev “DP World” şirkətinin baş icraçı direktorunun müavini ilə görüşüb

Rəşad Nəbiyev “DP World” şirkətinin baş icraçı direktorunun müavini ilə görüşüb

04-08-2025
Nazir Rəşad Nəbiyevin Türkiyə Respublikasına səfəri başa çatıb

Nazir Rəşad Nəbiyevin Türkiyə Respublikasına səfəri başa çatıb

19-02-2021
Nazir Rəşad Nəbiyev Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb

Nazir Rəşad Nəbiyev Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb

04-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə