Previous Next
Bağla

Orta Dəhliz boyunca rəqəmsal platforma yaradılır

13-03-2024 12:35
Orta Dəhliz boyunca rəqəmsal platforma  yaradılır

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) boyunca rəqəmsal platforma (kəsintisiz rəqəmsal dəhliz) yaradılır və o, bu ilin sonu və ya gələn ilin əvvəlində istifadəyə veriləcək.

Bunu Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov deyib.

Onun sözlərinə görə, platforma Sinqapurun “PSA International” şirkətinin törəməsi olan “Global DTC” (Digital Transport Corridor) tərəfindən hazırlanır və o, bütün dəhliz boyu əməliyyatları sürətləndirmək üçün nəzərdə tutulub.

Q.Abdikerimov həmçinin fevral ayında “Qazaxıstan Dəmir Yolu” (KTZ) milli dəmir yolu şirkəti ilə Çinin “Huawei” şirkəti tərəfindən yaradılmış İnnovasiya Mərkəzinin açılışını da xatırladıb. Bu layihənin TITR-in inkişafına yeni təkan verəcəyi və Avrasiyada ticari-iqtisadi əməkdaşlığı gücləndirəcəyi gözlənilir.

 

İnnovasiya Mərkəzi dəmir yolu nəqliyyatının səmərəliliyini artırmaq üçün rəqəmsal həllər təqdim edən “Smart Railway” layihəsini həyata keçirmək üçün yaradılıb.

Q.Abdikərimov eyni zamanda yaxın gələcək üçün dəmir yollarının və limanların inkişafı ilə bağlı planları da açıqlayıb: “Hazırda ümumi dəyəri 6,5 milyard ABŞ dolları olan infrastruktur layihələri, o cümlədən Dostıq-Aktoqay-Moyıntı və Şalkar-Beyneu-Mangistau dəmir yolu qovşaqlarının ikinci xəttinin, həmçinin Almatı dolama dəmir yolunun tikintisi həyata keçirilir. Bu layihələr tıxac problemlərini həll etməklə gələcək nəqliyyat dəhlizlərində əhəmiyyətli irəliləyişlər vəd edir. Bu kimi infrastruktur layihələri nəqliyyat sıxlığının azaldılması və aradan qaldırılması üçün vacibdir”.

Onun sözlərinə görə, hazırda Aktau limanında böyük konteyner qovşağının tikintisi, eləcə də orada və Kurık limanında su havanının dərinləşdirilməsi üzrə səylər davam etdirilir, bundan əlavə, buğda terminallarının tikintisi davam etdirilir.

“Orta Dəhliz üzrə yük axınının 80 %-i Qazaxıstandan gəlir. Qazaxıstanın ixracına neft və neft məhsulları, əlvan metallar, taxıl məhsulları, buğda, kükürd daxildir - bütün bunlar Orta Dəhliz vasitəsilə reallaşdırılır”, - Q.Abdikerimov bildirib.

Qeyd edək ki, Azərbaycan Qazaxıstan nefti və uranının aşınma məntəqəsi olmaqla yanaşı, Qazaxıstan mallarının, o cümlədən buğdanın istehlakçısı kimi çıxış edir.

TITR Beynəlxalq Assosiasiyası 2017-ci ildə yaradılıb. Əvvəlcə 3 ölkədə - Qazaxıstan, Azərbaycan və Gürcüstanda 7 şirkətlə qurulan bu qurum hazırda 25 infrastruktur və logistika şirkəti ilə 11 ölkəni əhatə edir.(Report)

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Orta Dəhlizin rəqəmsallaşma konsepsiyası hazırlanır

Orta Dəhlizin rəqəmsallaşma konsepsiyası hazırlanır

24-11-2023
Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

10-02-2026
Orta Dəhlizdə rəqəmsal həllərin tətbiqinə dair iş aparılır

Orta Dəhlizdə rəqəmsal həllərin tətbiqinə dair iş aparılır

21-08-2025
Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirildi

Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirildi

11-04-2019
Ləki-Qəbələ dəmir yolunun nə vaxt tikiləcəyi açıqlandı

Ləki-Qəbələ dəmir yolunun nə vaxt tikiləcəyi açıqlandı

30-04-2019
 Yaxın zamanda Özbəkistan Azərbaycanla icazə sistemi tətbiq edəcək

Yaxın zamanda Özbəkistan Azərbaycanla icazə sistemi tətbiq edəcək

20-11-2024
ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzalayıb

ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzalayıb

09-07-2025
Orta Dəhlizin rəqəmsallaşma konsepsiyası yaradılır - Baş katib

Orta Dəhlizin rəqəmsallaşma konsepsiyası yaradılır - Baş katib

16-06-2023
Rəqəmsal sistem Trans-Xəzər marşrutunun inkişafını təmin edəcək

Rəqəmsal sistem Trans-Xəzər marşrutunun inkişafını təmin edəcək

01-12-2025
"Dayanıqlı və Rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" adlı dəyirmi masa keçirilib

"Dayanıqlı və Rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" adlı dəyirmi masa keçirilib

20-11-2024
Azərbaycan Orta Dəhlizin regional süni intellekt habının mənzil-qərargahı ola bilər

Azərbaycan Orta Dəhlizin regional süni intellekt habının mənzil-qərargahı ola bilər

02-03-2026
Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023
Prezident: Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik

Prezident: Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik

10-05-2026
NRYTN-in nümayəndə heyəti 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak edir

NRYTN-in nümayəndə heyəti 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak edir

07-10-2021
Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə müzakirələr aparılıb

Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə müzakirələr aparılıb

27-01-2024
Ekspertlər dəmir yolunun rəqəmsallaşdırılmasını müzakirə edib

Ekspertlər dəmir yolunun rəqəmsallaşdırılmasını müzakirə edib

02-11-2022
"Qazaxıstan Dəmir Yolları" süni intellektin sınaqdan keçirilməsi üçün rəqəmsal poliqonlar yaradır

"Qazaxıstan Dəmir Yolları" süni intellektin sınaqdan keçirilməsi üçün rəqəmsal poliqonlar yaradır

01-02-2025
Şimal bölgəsində də qatarlara bilet kompüterlərlə satılacaq

Şimal bölgəsində də qatarlara bilet kompüterlərlə satılacaq

31-03-2009
ADY-nin rəqəmsallaşdırılması istiqamətində irəliləyişə nail olunub

ADY-nin rəqəmsallaşdırılması istiqamətində irəliləyişə nail olunub

03-06-2025
Dəmir yolu boyunca yeni fiber-optik kabel çəkilir

Dəmir yolu boyunca yeni fiber-optik kabel çəkilir

21-01-2019
Nazir müavini Rövşən Rüstəmov Türkiyənin ticarət nazirinin müavini Rıza Tuna Turaqayla görüşüb

Nazir müavini Rövşən Rüstəmov Türkiyənin ticarət nazirinin müavini Rıza Tuna Turaqayla görüşüb

18-08-2022
“Rəqəmsal İpək Yolu” layihəsinin icrası davam edir   

“Rəqəmsal İpək Yolu” layihəsinin icrası davam edir  

26-05-2022
"ADY" süni intellektin tətbiqinə hazırlaşır

"ADY" süni intellektin tətbiqinə hazırlaşır

03-06-2025
Beynəlxalq tədbirdə Azərbaycanın nəqliyyat üzrə rəqəmsallaşdırılması müzakirə edilib

Beynəlxalq tədbirdə Azərbaycanın nəqliyyat üzrə rəqəmsallaşdırılması müzakirə edilib

09-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə