“Rəqəmsal suverenliyin hüquqi aspektləri” mövzusunda vebinar keçirilib

26-11-2025 / 18:51

Elektron Təhlükəsizlik Xidmətində (ETX) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Rəqəmsal suverenliyin hüquqi aspektləri” mövzusunda vebinar təşkil edilib.
 
Xeberler.az bildirir ki, hüquq və tənzimləmə sektorunun təşkilatçılığı ilə baş tutan təlimin əsas məqsədi əməkdaşların rəqəmsal sahədə məlumatlılığının artırılması və informasiya təhlükəsizliyinin gücləndirilməsindən ibarət olub.

Vebinarda iştirakçılara rəqəmsal suverenlik, məlumatların qorunması və informasiya təhlükəsizliyi ilə bağlı aktual məsələlər barədə məlumat verilib. Həmçinin rəqəmsal suverenliyin əsas komponentləri üzrə hüquqi çərçivə izah edilib.
 
Tədbirdə məlumatların lokallaşdırılması və “suveren bulud” konsepsiyası kimi rəqəmsal suverenliyin təminatı üçün xüsusi əhəmiyyət kəsb edən məsələlər barədə də danışılıb.

Təlim interaktiv formada keçib, iştirakçıların sualları cavablandırılıb, rəy və fikirləri dinlənilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə