“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş təlim keçirilib

22-04-2025 / 16:23

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi üzrə Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş təlim keçirilib.

Xeberler.az məlumat verir ki, təlimin əvvəlində iştirakçılara 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, bununla bağlı həyata keçirilən tədbirlərin hüquqi və ictimai əhəmiyyəti, Hüquq fakültəsi tələbələrinin bu prosesdə fəal iştirakı barədə ətraflı məlumat təqdim olunub.

Sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin prokuroru Məhərrəm Əzizbəyov “Süni intellekt texnologiyalarının prokurorluq orqanlarında tətbiq istiqamətləri” mövzusunda təqdimat edib. O, hüquq-mühafizə orqanlarında süni intellektin tətbiq sahələri, istintaq prosesində bu texnologiyaların istifadə perspektivləri və effektivliyin artırılmasındakı rolu barədə iştirakçılara geniş məlumat verib.

Təqdimat praktiki nümunələrlə izah olunub, real kazuslar əsasında təhlillər aparılıb və tələbələrlə interaktiv müzakirələr keçirilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə