Nazir ərəb ölkələrinin nümayəndələri ilə görüşüb

06-11-2025 / 11:37

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-Dabi İnkişaf Fondu, Küveyt Ərəb İqtisadi İnkişaf Fondu və Səudiyyə İnkişaf Fondunun nümayəndə heyətləri ilə görüş keçirib.

Xeberler.az bildirir ki, görüş zamanı qonaqlara AZCON Holding-ə daxil olan şirkətlərin fəaliyyət istiqamətləri, həyata keçirdikləri layihələr və gələcək planları barədə ətraflı
məlumat verilib.

Xüsusilə telekommunikasiya, rəqəmsallaşma və nəqliyyat sahələrində innovativ layihələrin maliyyələşdirilməsi, beynəlxalq maliyyə resurslarının cəlb olunması, eləcə də bu istiqamətlərdə investisiya təşəbbüslərinin həyata keçirilməsi imkanları müzakirə edilib.

Eyni zamanda birgə əməkdaşlığın gücləndirilməsi və uzunmüddətli tərəfdaşlıq mexanizmlərinin formalaşdırılmasına dair fikir mübadiləsi aparılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə