Previous Next
Bağla

Cenevrədə “WTDC-25” ilə bağlı diplomatik brifinq keçirilib

05-11-2025 17:34
Cenevrədə “WTDC-25” ilə bağlı diplomatik brifinq keçirilib

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Cenevrədəki qərargahında BMT missiyaları və beynəlxalq ictimaiyyətin nümayəndələri üçün diplomatik brifinq təşkil edilib. Sessiyaya BTİ-nin Baş katibi Dorin Boqdan-Martin, İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov rəhbərlik ediblər.

Xeberler.az bildirir ki, brifinqdə bu il 17-28 noyabr tarixlərində Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) barədə məlumat verilib. Müzakirələrdə tədbirin hamı üçün universal, əlverişli və əlçatan bağlantının təşviqində, eləcə də inklüziv və dayanıqlı rəqəmsal gələcəyin formalaşdırılmasında mühüm rolu vurğulanıb.

İştirakçılara, həmçinin konfrans çərçivəsində həyata keçirilən logistik hazırlıqlar, qeydiyyat prosesi, yerləşmə, nəqliyyat təminatı və dayanıqlılıq tədbirləri barədə məlumat təqdim olunub. Qeyd edilib ki, “WTDC-25” iştirakçıları üçün sadələşdirilmiş elektron viza sistemi artıq aktivdir və rəsmi onlayn portal vasitəsilə istifadəyə açıqdır. Bu, Azərbaycana giriş prosesini daha rahat və əlçatan edir.

BTİ rəhbərliyi Azərbaycan hökumətinə, Xarici İşlər və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinə “WTDC-25”in hazırlıqları çərçivəsində göstərilən sıx əməkdaşlıq və davamlı dəstəyə görə minnətdarlığını ifadə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan BTİ Şurasının illik sessiyasında iştirak edir

18-06-2025

Zavazava: Bakı Bəyannaməsi qlobal rəqəmsal inkişaf üçün strateji yol xəritəsi olacaq

17-11-2025

Rəşad Nəbiyev Baş katib Dorin Boqdan Martin ilə görüşüb

10-07-2025

Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı keçirilir

17-11-2025

“WTDC-25” çərçivəsində Qadınlar Şəbəkəsinin tədbiri keçirilib

20-11-2025

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına dair brifinq keçirilib

29-10-2025

ITU rəqəmsal inkişaf üzrə qlobal öhdəlikləri yerinə yetirməyə çağırır

17-11-2025

Azərbaycan beynəlxalq İKT konfransda iştirak edir

10-10-2017

Cenevrədə COP29 zamanı keçiriləcək Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü ilə bağlı brifinq təşkil olunub

25-10-2024

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçiriləcək

15-01-2025

Azərbaycanın BTİ Şurasına üzvlük üçün namizədliyi təqdim olunub

29-04-2026

Nazir BTİ-nin Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru ilə görüşüb

16-01-2025

“WTDC-25” Könüllülük Proqramında müsahibə mərhələsi başa çatıb

14-07-2025

Bakıda keçirilən “WTDC-25” iştirakçı sayı ilə rekord qırıb

08-12-2025

Azərbaycan nümayəndə heyəti BTİ-nin təşkilatçılığı ilə bir sıra görüşlər keçirib

16-10-2024

Bakıda Qlobal Gənclər Sammiti keçirilib

17-11-2025

Rəqəmsal əlçatanlığın inkişafı üzrə beynəlxalq plan qəbul edilib

28-11-2025

Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb

21-11-2025

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026

Azərbaycan Aİ ilə əməkdaşlığın genişləndirməsini müzakirə edib

15-11-2025

Beynəlxalq Telekommunikasiya İttifaqına yeni Baş katib seçilib

02-11-2018

Ölkəmiz Cenevrədə İKT konfransda təmsil olunur

18-04-2018

Prezident: Bakı həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır

17-11-2025

Azərbaycan BTİ-nın Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında təmsil olunur

08-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə