Sofiyada Bakının “Rəqəmsal əkiz"i layihəsi təqdim olunub

06-11-2025 / 11:35

Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada Beynəlxalq Nəqliyyat Forumu (BNF) və “Eurostat”ın təşkil etdiyi “Məlumatlara əsaslanan qərar qəbuletmənin təşviqi” mövzusundakı konfransda təmsil olunub.

Xeberler.az bildirir ki, tədbirdə 20-yə yaxın ölkənin mütəxəssisləri səmərəli və dayanıqlı şəhər mobilliyi sistemlərinin formalaşdırılmasında rəqəmsallaşmanın rolunun gücləndirilməsinə dair müzakirələr aparıblar. Sessiyalar zamanı iştirakçılar ölkələrinin təcrübələrini bölüşüblər.

Azərbaycan nümayəndə heyəti Bakının “Rəqəmsal əkiz”i mövzusunda təqdimatla çıxış edib. Şəhər mobilliyinin idarə olunması, məlumat inteqrasiyası və qərar qəbuletmə proseslərinin təkmilləşdirilməsində bu layihənin rolu vurğulanıb. Təqdimat iştirakçılar arasında böyük maraq doğurub, sürətlə böyüyən şəhərlərdə rəqəmsal texnologiyaların nəqliyyatın planlaşdırılması və monitorinqini asanlaşdırmasına dair uğurlu nümunə kimi
qiymətləndirilib.

Tədbir Azərbaycanın rəqəmsal transformasiya və dayanıqlı nəqliyyat istiqamətlərində əldə etdiyi nailiyyətləri bölüşməsi üçün mühüm platforma rolunu oynayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə