Rəşad Nəbiyev Estoniya – Azərbaycan parlament qrupunun rəhbəri ilə görüşüb

01-11-2021 / 20:21

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə ölkəmizdə səfərdə olan Estoniya – Azərbaycan parlament qrupunun rəhbəri Sven Sester arasında görüş keçirilib.

Görüş zamanı bildirilib ki, Azərbaycanla Estoniya arasında əlaqələr yüksələn xətlə inkişaf edir və iki ölkə arasında bütün sahələrdə, o cümlədən rəqəmsal inkişaf və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün güclü potensial mövcuddur.

Xeberler.az bildirir ki, Estoniyanın rəqəmsal dövlət xidmətləri, innovasiya və startap ekosistemi, eləcə də digər texnoloji indikatorlar üzrə Avropa ölkələri arasında ilk sıralarda yer aldığı vurğulanaraq rəqəmsal transformasiyanın Azərbaycan Hökumətinin gündəliyində əsas yerlərdən birini tutduğu diqqətə çatdırılıb.

Sonra iki ölkə arasında innovasiya, rəqəmsallaşma və “ağıllı” şəhər həlləri sahələrində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə