Previous Next
Bağla

Azərbaycanda banklara qarşı İT tələblərə yenidən baxılacaq

19-05-2017 12:22
Azərbaycanda banklara qarşı İT tələblərə yenidən baxılacaq

Bu gün Bakıda Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA: Accountants and Risk Professionals Association) “Maliyyə sektorunda informasiya texnologiyaları risklərinin idarəedilməsi” mövzusunda forumu keçirilir.

Assosiasiyadan Xeberler.az-a verilən məlumata görə, forumda ARPA-nın əsas tərəfdaşları - Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə ADA Universitetidir. Sponsor qismində isə AtaBank ASC, Deloitte Azərbaycan şirkəti və Beynəlxalq Maliyyə Korporasiyası çıxış edir.

Forumda Azərbaycanda fəaliyyət göstərən və ölkəmizin hüdudlarından kənarda risklərin idarə olunması, İT, bank və maliyyə sektorlarında kifayət qədər nüfuz qazanmış 50-dən artıq dövlət və özəl qurumları, mötəbər reytinq agentlikləri, qlobal auditor şirkətlərindən 100-ə yaxın nümayəndə iştirak edir.

Forumun moderatoru Growth International şirkətinin partnyoru İlqar Əliyev bu gün qlobal miqyasda İT risklər və onların iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən maliyyə sektoruna göstərdiyi təsir haqqında məlumat verərək, kiberhücumlara qarşı mübarizənin aktuallığı və bu istiqamətdə mövcud durumun Forumda geniş müraciət ediləcəyini söylədi və Forum iştirakçılarının peşəkar risk, maliyyə və İT mütəxəssisləri olmasını nəzərə alaraq hamını müzakirələrdə fəal iştirak etməyə dəvət edib.

Toplantıda qeyd olunub ki, banklarda effektivliyi artıran rəqəmsallaşma İT arxitekturasına zərurət yaradacaq. Banklarda rəqəmsallama ilə bağlı mövcud durumu araşdırmaq üçün Palatada məsul işçi qrupu yaradılaq və bankların rəqəmsalaşamaya hazırlığı qiymətləndiriləcək:

"İT qaydalarına dəyişikliklər həyata keçiriləcək. Banklarda rəqəmsallaşmanın sürətlənməsi dəstəklənəcək. Banklara qarşı irəli sürülən İT tələblərə yenidən baxılacaq".

ARPA-nın Müşahidə Şurasının Sədri Rüfət Mahmud iri həcmli məlumatların mühafizəsi, kibertəhlükələrə və İT təhlükəsizlik baxımından qorunması məsələlərini işıqlandırmaqla, forumun ana mövzusuna giriş verib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş Analitiki İlqar Hidayətov “Kredit təşkilatlarında informasiya təhlükəsizliyinin idarə olunması” mövzusunda təqdimata keçməzdən əvvəl qonaqlara və təşkilatçılara təşəkkürünü bildirdi, eyni zamanda çalışdığı qurumun bu sahədə gördüyü işlər haqqında ətraflı məlumat verməklə yanaşı, tənzimləyici orqanda bu istiqamətdə gözləntiləri də açıqlanıb.

Rusiyadan gəlmiş KPMG-nin İnformasiya Risklərinin İdarəedilməsi Qrupunun Baş Meneceri Andrey Drozdov Azərbaycanın bu sahədə irəliləyişlərinə sevindiyini və moderatorun peşəkarlığını İT risklər istiqamətində dünyada mövcud sertifikatların hamısına sahib olmasını vurğulayaraq ölkəmizdə informasiya texnologiyaları üzrə mütəxəssis sahəsində irəliləməsindən qürurla söz açıb.

“Maliyyə sektorunda informasiya təhlükəsizliyi risklərinin idarə edilməsinin təşviqində tənzimləyici orqanların rolunun artırılması” mövzusunda təqdimatı zamanı natiq bu istiqamətdə mövcud beynəlxalq standartlar, Rusiya modeli üzərində həmin standartların tətbiqi, üstünlükləri və zəif cəhətləri haqqında danışdı və qlobal miqyasda tətbiq edilən yeniliklər haqqında ətraflı məlumat verdi. Təqdimat böyük maraqla qarşılandı.

Növbəti natiq ADA Universitetinin İT və Mühəndislik Məktəbinin professoru, Məlumat Elmi-Araşdırma və Təlim Mərkəzinin həmdirektoru Abzetdin Adamov “İri həcmli məlumatlar və onların etibarlılığı - açıqlıq və gözləntilər” mövzusunda təqdimatında gündəlik həyatda rəqəmsal dünyada məlumat mübadiləsi və onları gözləyən təhlükələrdən bəhs edib.

Çıxış zamanı qlobal şəbəkədə məlumat həcminin artıq mövcud hüdudları aşdığını və onlar DVD disk formatınəa keçirilərsə, toplu halında artıq Yerdən Aya qədər həcmə malik olduğunu bildirdi. Hətta sosial şəbəkələrdə yerləşdirilən və pozulan məlumatların yalnız vizual olaraq silindiyini və fərdi məlumatların serverlərdə hər zaman qaldığını deyərək, bizim sosial şəbəkələrdə uzun illərdən bəri yerləşdirdiyimiz məlumatları toplayaraq təhlil edən insanın bizi özümüzdən daha yaxşı tanımaq imkanı əldə etdiyini söyləməklə, Forum iştirakçılarının diqqətini irihəcmli məlumatların yerləşdirilməsi və mühafizəsində, İnternet şəbəkəsinə açıqlığında xüsusi olaraq ehtiyatlı olmağa cəlb etdi.

Soraqça saytlarda səsli və yazılı axtarışlar zamanı şəxsi məlumatların serverlərdə saxlanması, SMART TV istifadəçılərinin irihəcmli məlumatlarının təhlükələrini xüsusilə qeyd etdi. Çıxış peşəkarlar arasında geniş müzakirələrə səbəb oldu.

Forum Britaniya Standartlar Institutunun aparıcı auditoru Nikolay Aqrinskinin “İT risklərin idarəedilməsi: beynəlxalq standartlar və qabaqcıl təcrübə” mövzusunda çıxışı ilə davam etdi.

Daha sonra Forum Deloitte şirkətinin direktoru Tural Hacıyev “Azərbaycanda İT idarəetmə” mövzusunda, Baker McKenzie şirkətindən partnyor Altay Mustafayev “Maliyyə bazarları nöqteyi-nəzərindən kibertəhlükəsizliyin hüquqi aspektləri” mövzusunda, Microsoft şirkətinin Mühasibatlıq Texnologiyaları üzrə Strategiyaçı Qaçay Mirzəyev “Yoluxma xəritəsi və kibertəhlükəsizlik” mövzusunda, PwC şirkətinin Baş Meneceri Otabek Sidikov “Azərbaycanın maliyyə təşkilatlarında informasiya texnologiyalarına dair əsas məsələlər” mövzusunda, ADA Universitetinin İnformasiya Sistemləri üzrə Baş mütəxəssisi Rahid Ələkbərli “İnformasiya sistemləri” mövzusunda, Cisco şirkətinin nümayəndəsi Viktoriya İskoviç “Şəbəkə təhlükəsizliyi” mövzusunda, BEST Solution şirkətinin partnyoru Jana Krimpe “Mobil İT təhlükəsizlik” mövzusunda çıxışı və iştirakçılarla məhsuldar müzakirə şəraitində davam etməkdədir.

Müzakirələrdə Maliyyə Bazarlarına Nəzarət Palatasının, KPMG, ADA Universiteti, Böyük Britaniyanın Standartlar İnstitutu, Deloitte, Baker McKenzie, Microsoft, Ernst & Yang, CİSCO, PwC, Azərbaycanın dövlət qurumlarının, bank, maliyyə, sığorta, audit, konsaltinq şirkətlərinin nümayəndələri, ARPA-nın fərdi və korporativ üzvləri sözügedən istiqamətdə qarşılaşdıqları problemlər, əldə etdikləri nailiyyətlər və mövcud modellər haqqında danışdılar.

ARPA ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətlərində mədəniyyətin zənginləşməsinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədi ilə 19 mart 2009-cu ildə təsis edilib. Hazırda Assosiasiya 1000-dən çox fərdi, 30-dan çox korporativ üzvə malikdir.

Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

RiskTech adlı Forum təşkil olunacaq

18-10-2019

Azərbaycanda banklara edilən kiberhücumlar müzakirə ediləcək

02-05-2017

Maliyyə texnologiyasında yeni trendlər müzakirə ediləcək

08-05-2018

Nazir: “Bulud texnologiyası həyatın ayrılmaz bir hissəsi olub”

30-01-2018

Palatada elektron bankçılıq xidmətləri sahəsində tədbir keçirilib

30-04-2019

9-cu Beynəlxalq Bankçılıq Forumu keçirilir

19-11-2025

II Maliyyə və İnvestisiya Forumu baş tutub

06-06-2018

Bakıda RiskTech forumu keçirilir

30-10-2019

“İnformasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda beynəlxalq forum keçirilib

29-06-2021

Microsoft-un təşkilatçılığı ilə Kibertəhlükəsizlik həftəsi sona çatıb

19-03-2019

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

30-11-2024

Maliyyə uçotunda İT-nin tətbiqi müzakirə olunacaq

07-04-2017

Kibertəhlükələrə qarşı koordinasiya gücləndirilir

12-03-2026

Azərbaycanda maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlanır

24-11-2022

XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

03-10-2025

AZSTAND: Azərbaycanda internet standartı hazırlanır

24-06-2025

Azərbaycanda “Youth Cybersecurity Forum 2025 ” adlı tədbir keçirilib

23-04-2025

XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

25-04-2025

AMB: "Maliyyə sektorunun bulud texnologiyalarına inteqrasiyasına qadağa yoxdur"

13-04-2023

“Son istifadəçi təhlükəsizliyinin idarəedilməsi” mövzusunda konfrans keçirilib

08-06-2023

AMB: Maliyyə qurumlarına informasiya təhlükəsizliyi ilə bağlı ciddi tələblər qoyulub

25-06-2025

Mərkəzi Bank banklara göstəriş verib

10-04-2025

"Maliyyə sektorunda risklərin idarə edilməsində kibertəhlükəsizlik kənarda qalır"

14-06-2023

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə